4 dekabr 2016-cı il, bazar
11
Xətai rayonu
BMT Baş Məclisinin
1992-ci ildə 3 dekabrın
“Əlilliyi olan insanların
Beynəlxalq Günü” kimi qeyd
olunması haqqında qəbul etdiyi
bəyannamədən keçən 24 ildə
Beynəlxalq Əlillər Günü adı
alan bu tarix Azərbaycanın
bütün regionlarında xü-
susi qeyd olunur. Məramı
dövləti və cəmiyyəti əlillik
problemlərinin həllinə cəlb
etmək, əlilliyi olan bütün in-
sanların hüquqlarını qorumaq
olan bu günün əsl bayram kimi
qeyd olunması paytaxtın Xətai
rayonunda da artıq bir ənənəyə
çevrilib.
Elə bu məramla da de-
kabrın 3-də Xətai Rayon İcra
Hakimiyyəti yüz əlliyə yaxın
əlilliyi olan rayon sakinini
“Mübarək” şadlıq sarayında bir
ailə kimi süfrə başına toplamış-
dı. Diqqətçəkən məqamlardan
biri giriş qapısındaca icra apara-
tı əməkdaşlarının əlil insanların
hər birini uzun illərin tanışları
kimi səmimi qarşılaması idi.
Toplantının rəsmi hissəsində
çıxış edən icra hakimiyyəti baş-
çısının müavini Jalə Abdıyeva
qonaqları salamlayaraq, “bu-
günün sahiblərini” icra başçısı
Razim Məmmədovun adından
səmimi təbrik etdi.
J.Abdıyeva diqqətə çatdırdı
ki, bu gün Azərbaycan dövləti
əlillərin də digər insanlar kimi
vətəndaş hüquqlarına tam riayət
edilməsinə və onların cəmiyyətin
həyatında fəal iştirakının təmin
olunmasına çalışır. Bununla
belə, Azərbaycan rəhbərliyi he-
sab edir ki, əlillər əhalinin başqa
təbəqələri ilə müqayisədə daha
çox sosial müdafiəyə, mənəvi
dəstəyə, humanist münasibətə
möhtacdırlar. Bu insanlar hətta
maddi cəhətdən təmin olunsalar
belə, onlara cəmiyyət tərəfindən
isti münasibət göstərilməli,
doğmaları ilə bərabər yadlar
da onlara qayğı, mərhəmət və
diqqət göstərməlidirlər. Bu
vətəndaşların insanlıq borcu-
dur və hamı bu borcunu dərk
etməlidir.
J.Abdıyeva son illər
Azərbaycan Prezidenti İlham
Əliyevin əlillərin hüquqlarının
qorunması və sosial vəziyyətinin
yaxşılaşdırılması istiqamətində
gördüyü tədbirləri, qanun-
vericilik bazasında münasib
dəyişiliklər edilməsini, onların
pensiyalarının artırılmasını
diqqətə çatdıraraq qeyd etdi ki,
bu, ümummilli lider Heydər
Əliyevin sosial siyasətinin
qətiyyətlə davam etdirildiyi-
ni göstərən faktlardan biridir.
Ölkəmizdə əlillərin sosial
müdafiəsinin gücləndirilməsi
istiqamətində tədbirlərin davamlı
olmasını bu gün həyata keçirilən
sosial-iqtisadi islahatlardan və
dövlət əhəmiyyətli proqramlar-
dan da aydın görmək olar. Məhz
bu islahatların nəticəsində əlillər
mənzil, maşın, əlil arabaları ilə
təmin olunur, müxtəlif ölkələrdə
dövlət vəsaiti hesabına müalicə
və bərpa kursları keçirlər.
Çıxışının sonunda dövlətin
əlil insanlarla bağlı siyasətinin
Xətai rayonunda da uğurla
həyata keçirilidiyini və icra
hakimiyyətində əlillərin sosial-
məişət problemlərinə son dərəcə
diqqət və qayğı ilə yanaşıldığını
qeyd edən J.Abdıyeva onların
problemlərinin həllinin daim
diqqətdə saxlandığını nəzərə
çatdırdı.
Tədbirdə çıxış edən əlillər
dövlətin, xüsusilə Prezident
İlham Əliyevin onlara göstərdiyi
diqqət və qayğıdan razılıqla-
rını bildirərək qeyd etdilər ki,
özümüzü çəmiyyətdən ayrı hiss
etməməyimiz bizim üçün çox
dəyərli bir məqamdır. Bunu
tədbirin gedişindən, əlil insanla-
rın salondakı çal-çağıra qoşulub
rəqs etmələrindən də aydın
görmək olurdu.
Suraxanı rayonu
3 dekabr – Beynəlxalq
Əlillər Günü münasibətilə Su-
raxanı Rayon İcra Hakimiyyəti
və Dövlət Sosial Müdafiə
Fondu rayon şöbəsinin
birgə təşkilatçılığı ilə əmək,
müharibə əlilləri, Çernobıl
qəzasının iştirakçıları və
müxtəlif səbəblərdən əlil olan
150 nəfər rayon sakininin işti-
rakı ilə mərasim keçirilib.
Tədbirdə rayon icra
hakimiyyəti başçısının müavini
Afət Həsənova çıxış edərək
ölkəmizdə xüsusi qayğıya
ehtiyacı olan insanlara göstərilən
diqqət və qayğıdan danışıb.
Bildirib ki, xüsusi qayğıya
ehtiyacı olan insanların təhsilə,
əmək fəaliyyətinə cəlb olunması
istiqamətində çox mühüm işlər
görülür, müharibə əlillərinə,
şəhid ailələrinə yüksək dövlət
qayğısı göstərilir. Ulu öndər
Heydər Əliyevin hakimiyyətə
yenidən gəlişi zamanı imza-
lanan ilk fərmanlarında biri
“Azərbaycan Respublikasını
erməni təcavüzündən müdafiə
edərkən əlil olmuş şəxslərin
sosial müdafiəsinin yaxşılaşdı-
rılması haqqında” sənəd olub.
Bununla da müharibə iştirakçı-
larının, əlillərin sosial müdafiəsi
istiqamətində tədbirlərin həyata
keçirilməsinə başlanılıb.
Hazırda rayonda 10994
nəfər əlil yaşayır. Onlardan
2550 nəfəri sosial əlil, 8444
nəfəri müharibə, əmək, silahlı
qüvvələrdə xidmət, Çernobıl
qəzası və digər əlil kateqo-
riyasına daxildir. 18 yaşına
çatmayan əlillərin sayı isə 830
nəfərdir. Onların hamısına
dövlət tərəfindən pensiya və
müavinət verilir. Bu qəbildən
olan insanların sosial rifahı-
nın yüksəldilməsi, müalicəsi,
reabilitasiyası, sosial təminatı
istiqamətində mühüm addımlar
atılır.
Afət Həsənova sonda vurğu-
layıb ki, Azərbaycan Prezidentı
cənab İlham Əliyev bu kateqo-
riyadan olan insanların həyat
şəraitinin yaxşılaşdırılması,
özlərini cəmiyyətin tamhüquqlu
üzvü kimi hiss etmələri üçün
bütün zəruri tədbirləri həyata
kecirir. “Hər bir vətəndaş bizim
üçün qiymətlidir, dəyərlidir.
Fiziki cəhətdən qüsurlu insanlar
isə xüsusi qayğıya layiqdirlər
və biz çalışırıq ki, bunu edək”,
– deyən dövlət başçısının bu
sözləri əlilliyi olan şəxslərin
sosial müdafiəsinin daim
gücləndirilməsində öz əməli
təsdiqini tapır.
Heydər Əliyev Fondunun
prezidenti, UNESCO-nun və
İSESCO-nun xoşməramlı səfiri,
Milli Məclisin deputatı Mehri-
ban xanım Əliyevanın rəhbərliyi
ilə adıçəkilən fond tərəfindən
son illər həyata keçirilən sosial
layihələr sayəsində əlillərin
sosial müdafiəsi ilə bağlı mühüm
irəliləyişlər əldə edilib. Fon-
dun əlilliyi olan şəxslərlə bağlı
fəaliyyətinin əsas istiqamətləri
onların müalicəsi və təhsil
hüquqlarının reallaşdırılmasıdır.
Mehriban xanım Əliyevanın
təşəbbüsü, diqqət və qayğısı
sayəsində bir çox əlil evləri
əsaslı təmir olunub, müasir stan-
dartlara tam uyğun yeni bərpa
mərkəzləri yaradılıb. Suraxanı
rayonu da bu qayğıdan kənarda
qalmayıb. Heydər Əliyev Fondu
tərəfindən rayonda xüsusi
qayğıya ehtiyacı olan uşaqlar
üçün reabilitasiya mərkəzi inşa
edilərək ən müasir avadanlıqlar-
la təchiz olunub.
Tədbirdə çıxış edən Dövlət
Sosial Müdafiə Fondu rayon
şöbəsinin müdiri Şahalı Cəbiyev
əlillərin dövlətimizin hərtərəfli
qayğısı ilə əhatə olunduğunu,
onların sosial həyatının daha
təminatlı olması üçün müxtəlif
tədbirlər həyata keçirildiyini
diqqətə çatdırıb.
Mərasimdə digər çıxış
edənlər bildiriblər ki, ümummil-
li lider Heydər Əliyev əlillərə
həmişə qayğı ilə yanaşıb, onların
sosial problemlərinin həllini
daim diqqət mərkəzində sax-
layıb. Hazırda Prezident İlham
Əliyev tərəfindən də bu kateqo-
riyadan olan insanlara yüksək
diqqət və qayğı göstərilir.
Sonda rayonun Səttar
Bəhlulzadə adına mədəniyyət
sarayının musiqi kollektivinin
üzvləri rəngarəng proqramla
çıxış ediblər.
Qazax rayonu
Qazax rayonunda
Beynəlxalq Əlillər Günü
münasibətilə tədbir ke-
çirilmişdir. Rayon icra
hakmiyyətinin təşkilatçılığı
ilə keçirilən tədbirə Böyük
Vətən müharibəsi əlilləri,
Qarabağ müharibəsi qaziləri,
rayonda fəaliyyət göstərən əlil
cəmiyyətlərinin üzvləri dəvət
olunmuşdur.
Tədbiri rayon icra
hakimiyyətinin başçısı Rəcəb Ba-
başov açaraq əlilləri salamlamış,
onlara uzun ömür və cansağlığı
arzulamışdır. Rayon rəhbəri
bildirmişdir ki, Birləşmiş Millətlər
Təşkilatının təşəbbüsü ilə dünya
miqyasında keçirilən Beynəlxalq
Əlillər Günü ümummilli lider
Heydər Əliyevin sərəncamı
ilə 1994-cü ildən etibarən
Azərbaycanda da geniş şəkildə
qeyd olunur.
Azərbaycan BMT Baş
Məclisi tərəfindən qəbul
edilmiş “Əlillərin hüquqla-
rı haqqında” Konvensiyaya
qoşulub. Ölkəmizdə əlillərin
sosial müdafiəsi ilə bağlı
həyata keçirilən genişmiqyaslı
tədbirlərin əsası ulu öndər Heydər
Əliyev tərəfindən qoyulub. İnsan
amilini xüsusi diqqətdə saxla-
yan görkəmli dövlət xadiminin
Azərbaycana rəhbərliyi dövründə
əlillərin sosial müdafiəsi, onların
cəmiyyətə inteqrasiyası ildən-ilə
gücləndirilib. Ölkədə əlillərin
sosial müdafiəsi ilə bağlı dövlət
proqramı hazırlanıb. Həmin
proqramda əlilliyin qarşısının
alınması, əlillərin reabilitasiyası
və sosial müdafiəsi haqqında
qanunun bütün müddəaları öz
əksini tapıb.
Ümummilli lider Heydər
Əliyevin “Biz əlillər üçün, onların
yaşaması üçün, əmək fəaliyyətinə
cəlb olunması, öz daxili im-
kanlarından, istedadlarından
istifadə etmələri üçün daha da
geniş şərait yaradacağıq” fikri
dövlətimizin sosial siyasətinin
mühüm prioritetlərindən biri kimi
müəyyən olunub. Prezident İlham
Əliyevin uğurlu sosial siyasəti,
digər sahələrdə olduğu kimi, bu
tədbirlərin də getdikcə daha geniş
vüsətlə davam etdirilməsinə imkan
yaradıb.
Əlillərin, şəhid ailələrinin və
müharibə veteranlarının sosial
müdafiəsi ölkə Prezidentinin
daim diqqət mərkəzindədir.
Dövlət başçısının əhalinin sosial
problemlərinin həllinə xüsusi
qayğısı əlillərin həyat şəraitinin
yaxşılaşmasına, onların ictimai
hüquqlarının bərpasına şərait
yaradıb. Əlilliyi olan şəxslərin
maddi təminatının gücləndirilməsi
dövlət siyasətinin əsas
istiqamətlərindəndir. Bu sahədə
qanunvericilik təkmilləşdirilib.
Dövlət əlil vətəndaşların çoxsaylı
sosial proqramlara, o cümlədən
sağlamlıq, reabilitasiya, pul-
suz istirahət, texniki bərpa və
nəqliyyat vasitələri ilə təminat
proqramlarına cəlb olunması-
nı həyata keçirir. Paytaxtda və
bölgələrdə yeni reabilitasiya
mərkəzləri istifadəyə verilib.
Əlillərin ölkədə, eləcə də xaricdə
müalicəsi də xüsusi diqqətdə
saxlanılır.
Dövlət başçısının tapşırığı-
na əsasən, əlillərin evlə təmin
olunması istiqamətində də böyük
işlər görülüb və görülməkdədir.
Bu insanlar üçün hər il orta
hesabla 700-dən çox mənzil tikilir.
Əlillərin minik avtomobili ilə
təminatı proqramı da həyata keçi-
rilir. Minik avtomobili ilə təmin
olunan əlillərin sayı da ildən-ilə
artır.
Əlillərə ödənilən pensiya və
müavinətlərin məbləği də hər il
artırılır. Beynəlxalq Pensiya və
Sosial Fondlar Assosiasiyasının
məlumatına əsasən, Azərbaycan
hazırda əmək pensiyasının baza
hissəsinin məbləğinə görə MDB
ölkələri arasında ilk yerlərdən
birini tutur.
Rayonda 440 nəfər tənha
yaşayan əlil və ahıl vətəndaşlara
evlərdə xidmət göstərilir. Əlillik
statusu olan vətəndaşlardan 43
nəfəri sanatoriyaya, 8 nəfəri
“Sağlamlıq imkanları məhdud
gənclərin peşə reabilitasiya
mərkəzi”nə, 2 nəfəri “Sağlam-
lıq imkanı məhdud şəxslərin
evi”nə, 1 nəfəri isə qocalar evinə
göndərilmişdir.
Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi tərəfindən
Qarabağ əlilləri və şəhid ailələri
üçün rayonumuzda 2016-cı il
ərzində 8 mənzil tikilib istifadəyə
verilmiş, bu il daha 8 mənzilin
tikilməsinə başlanılmışdır.
Məlumat üçün bildiririk ki,
nazirlik tərəfindən əhalinin sosial
müdafiəsinin möhkəmləndirilməsi
üçün yeni pilot layihələri
üzərində işlənilir.
Rayon rəhbərliyi tərəfindən
Dəmirçilər, Ürkməzli və Quş-
çu Ayrım kəndlərində Qarabağ
müharibəsi əlillərinin mənzil
şəraitinin yaxşılaşdırılıması
istiqamətində əsaslı işlər görül-
müşdür.
2014-2016-cı illərdə I, II
və III qrup Qarabağ əlillərindən
12 nəfərinə avtomobil verilmiş-
dir. Növbədə olan 26 nəfərə isə
qarşıdakı illər ərzində avtomobilin
verilməsi nəzərdə tutulub.
Rəcəb Babaşov demiş-
dir ki, əlillər ölkə və rayon
rəhbərliyi tərəfindən daim diqqət
mərkəzindədir və onlara qayğı
daim olacaqdır.
Rayon icra hakimiyyəti baş-
çısının müavini Gulaya Həsənova,
Böyük Vətən müharibəsi əlili
Xanqulu Süleymanov, Qarabağ
Müharibəsi Veteranları, Əlilləri və
Şəhid Ailələri İctimai Birliyinin
rayon şöbəsinin sədri Xasay Bala-
yev, Silahlı Qüvvələrin “Ehtiyatda
olan zabitlər” Konfederasiyası
rayon şöbəsinin sədri, I qrup Qara-
bağ müharibəsi əlili Baxış Hüsey-
nov, ehtiyatda olan baş leytenant,
Qarabağ qazisi Kamil Müsəvi,
Azərbaycan Yazıçılar Birliyi
Qazax filialının sədri, Əməkdar
incəsənət xadimi, şair Barat Vüsal
və başqaları çıxış edərək ölkə
Prezidenti İlham Əliyevin əlillərə
göstərdiyi diqqət və qayğıdan
danışmış, bu istiqamətdə Qazax
rayonunda görülmüş işlər və
həyata keçirilmiş tədbirlər barədə
məlumat vermişlər.
Bayram tədbiri əyləncəli mu-
siqi proqramları ilə nahar süfrəsi
ətrafında davam etdirilmişdir. Əlil
qadınlara bayramla əlaqədar gül
dəstələri təqdim olunmuşdur.
İlqar RÜSTƏMOV,
Vaqif BAYRAMOV,
Hamlet QASIMOV,
“Xalq qəzeti”
Azərbaycan Neft və Kimya İnstitutunun məzunu
Eduardu duş Santuş Anqola prezidentliyindən gedir
1979-cu ildən Anqolaya
rəhbərlik edən Joze Eduardu duş
Santuş 2017-ci ildə keçiriləcək
prezident seçkilərində iştirak
etməyəcək.
APA-nın "Reuters" agentliyinə istinadən
verdiyi məlumata görə, Anqolanın hakim
partiyası olan Anqolanın Azadlığı Uğrun-
da Xalq Hərəkatının (MPLA) açıqladığı
sənəddə prezidentliyə namizədlərin siyahı-
sında hazırkı dövlət başçısının adı yoxdur.
MPLA rəhbərliyi partiyanın
prezidentliyə əsas namizədinin müdafiə
naziri Joau Lourenko olduğunu bəyan edib.
Qeyd edək ki, 74 yaşlı Joze Eduardu
duş Santuş Azərbaycan Neft və Kimya İns-
titutunun məzunudur (1963-1969). O, tələbə
vaxtı institutda Anqolanın azadlığı uğrunda
dərnəyə rəhbərlik edib. Neft mühəndisi
olan prezident heç vaxt öz ixtisası üzrə
işləməyib.
ABŞ Şimali Koreyaya qarşı
əlavə sanksiyalar tətbiq edib
ABŞ Şimali Koreyaya qarşı əlavə sanksiyalar tətbiq edib. APA-
nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ maliyyə
nazirliyinin məlumatında bildirilir.
Sanksiyalara məruz qalan hüquqi və
fiziki şəxslər Şimali Koreya hökuməti
və ölkənin atom proqramı ilə əlaqəsi
olanlardır. Onların arasında müəssisə
rəhbərləri, ticarət korporasiyası və atom
sənayesi nazirliyinin nümayəndələri də
var.
Sanksiya siyahısına, həmçinin
sənaye və inşaat korporasiyaları, “Air
Koryo” aviaşirkəti, “Koryo Bank”
daxil olmaqla bir neçə maliyyə və sığorta
şirkətləri salınıb.
Qeyd edək ki, dekabrın 1-də BMT
Təhlükəsizlik Şurası Şimali Koreyaya
qarşı yeni sanksiyalar tətbiq edib. Sanksi-
yalar Şimali Koreyanın sentyabrda həyata
keçirdiyi sayca beşinci nüvə sınağı ilə
əlaqədar tətbiq edilib.
ABŞ Konqresi Rusiya əleyhinə
4,3 milyard dollar ayırıb
ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiyanın təsir dairəsinin
zəiflədilməsi məqsədilə 4,3 milyard dolların ayrılmasını dəstəkləyib.
APA-nın “Reuters” agentliyinə
istinadən verdiyi xəbərə görə, Palata-
nın bu gün qəbul etdiyi qərar müdafiə
üzrə qanun layihəsinə daxil edilib.
Adıçəkilən təşəbbüslə fev-
ral ayında Prezident Obama çıxış
edib. Xərclər siyasi, iqtisadi, ictimai
diplomatiyaya və hərbi dəstəyə, o
cümlədən NATO-ya üzv ölkələr, eləcə
də Avropa, Avrasiya və Mərkəzi Asiyada
ABŞ-a tərəfdaş ölkələrə qarşı Rusiyanın
mümkün təcavüzünün qarşısını almağa
yönəlib.
Qanun
layihəsi Konqresin hər iki
Palatasında razılaşdırıldıqdan sonra
imzalanmaq üçün Prezident Obamaya
göndəriləcək.
Bundan başqa, ABŞ Nümayəndələr
Palatası Rusiya ilə əməkdaşlığı
məhdudlaşdıran müdafiə büdcəsini qəbul
edib.
Azərbaycan Respublikası Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək
Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən vətəndaş
müraciətlərinin obyektiv şəkildə araşdırılması və
nəticələrinə əsasən qanunauyğun tədbirlər görülməsi
istiqamətində işlər davam etdirilir.
Vətəndaşların
müraciətlərinə əsasən, cari
ilin yanvar-oktyabr aylarında
görülən tədbirlər nəticəsində
Dövlət Əmək Müfəttişliyi
Xidməti 787,3 min manat
məbləğində gecikdirilmiş
sosial xarakterli ödənişlərin
işəgötürənlər tərəfindən
işçilərə ödənilməsini təmin
etmişdir. Həmin məbləğin 94,6
faizi gecikdirilmiş əmək haqla-
rından, 3,2 faizi işəgötürənlər
tərəfindən ödənilməli olan
sosial müavinət və kompen-
sasiyalardan, qalan hissəsi isə
zərərə görə ödənclərdən ibarət
olmuşdur.
Eyni zamanda, Dövlət
Əmək Müfəttişliyi Xidmətində
qeyri-qanuni olaraq işdən azad
edilənlərin də müraciətlərinə
baxılmışdır. Yanvar ayından
ötən müddətdə, oktyabr ayı da
daxil olmaqla, qanunvericili-
yin tələbləri pozulmaqla işdən
azad edilmiş 20 nəfər vətəndaş
DMX tərəfindən yenidən öz
əvvəlki işlərinə bərpa olun-
muşdur.
Nazirliyin ictimaiyyətlə
əlaqələr şöbəsindən
bildirmişlər ki, xidmətin
əməkdaşları vətəndaşların
əmək hüquqlarının təmin
olunması, o cümlədən so-
sial xarakterli ödənişlərin
işçilərə ödənilməsi, əmək
müqaviləsinə xitam
verilməsinin əsasları və
qaydaları ilə bağlı aidiyyəti
işəgötürənlərə hüquqi izahatlar
vermişlər.
Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”
Dövlət Təhlükəsizliyi Xidmətinin ictimai əlaqələr şöbəsinin məlumatı
Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi əməliyyat-
axtarış tədbirləri nəticəsində 1978-cı il təvəllüdlü, Azərbaycan
Respublikasının vətəndaşı, 2007-ci ildə zərərsizləşdirilmiş “Əbu
Cəfər” ləqəbli Naif əl-Bədəvinin rəhbərlik etdiyi terrorçu təşkilatın
tərkibində fəaliyyət göstərdiyinə görə məhkum olunmuş Cami
Emin Əzizağa oğlunun cari ilin əvvəlində azadlığa çıxdıqdan sonra
yenidən ölkə hüdudlarından kənarda aparılan silahlı münaqişələrdə
iştirak edən qanunsuz silahlı birləşmələrin və beynəlxalq terrorçu
təşkilatların nümayəndələrinin tabeçiliyini qəbul edərək əlaqəli
fəaliyyət göstərməsinə, habelə Azərbaycan Respublikasının
ərazisində odlu silahdan və partlayıcı qurğulardan istifadə etməklə
terror-təxribat törədilməsini planlaşdırmasına əsaslı şübhələr
müəyyən edilib.
Bununla əlaqədar, 2016-cı il dekabrın 3-də Emin Caminin
saxlanılması üzrə əməliyyat tədbiri həyata keçirilərkən, sonuncu
müqavimət göstərərək üzərində olan “şəhid kəməri”ni partlatmağa
cəhd edib, cavab tədbiri olaraq xüsusi əməliyyat qrupu tərəfindən
məhv edilib.
Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Ermənistan silahlı qüvvələrinin
bölmələri atəşkəs rejimini 60 dəfə pozub
Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində
qumbaraatanlardan və iriçaplı pulemyotlardan da istifadə etməklə sutka
ərzində atəşkəs rejimini ümumilikdə 60 dəfə pozub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən
AZƏRTAC-a bildiriblər ki, Ermənistan
Respublikasının Noyemberyan rayonunun
Şavarşavan kəndində yerləşən mövqelərdən
Qazax rayonunun Fərəhli kəndində, Berd
rayonunun Mosesqex, Çinari kəndlərində və
adsız yüksəkliklərdə yerləşən mövqelərdən
Tovuz rayonunun Ağdam, Ağbulaq, Koxanəbi
və Muncuqlu kəndlərində yerləşən
mövqelərimiz atəşə tutulub.
İşğal altında olan Tərtər rayonunun
Göyarx, Ağdam rayonunun Şıxlar, Baş
Qərvənd, Cəvahirli, Şuraabad, Mərzili, Füzuli
rayonunun Horadiz, Qorqan, Qaraxanbəyli,
Aşağı Veysəlli, Xocavənd rayonunun Ku-
ropatkino kəndləri yaxınlığında, həmçinin
Goranboy, Tərtər, Füzuli, Xocavənd və
Cəbrayıl rayonları ərazisindəki adsız
yüksəkliklərdə yerləşən mövqelərdən də Silah-
lı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Əlillərə qayğı ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətlərindəndir
Gecikdirilmiş ödənişlər işəgötürənlər
tərəfindən ödənilmişdir