4. RƏQƏm mikrosxemləRİ, NÖVLƏRİ, parametrləRİ VƏ TƏTBİq sahəLƏRİ



Yüklə 92,17 Kb.
səhifə3/3
tarix14.06.2022
ölçüsü92,17 Kb.
#61446
1   2   3
mühazirə 4-2021

Maneəyədayanıqlıq. Maneəyədayanıqlıq maneənin girişindəki maksimal qiymətidir ki, bu halda element hələ öz normal işini davam etdirir.
Çıxış gərginlikləri – sxemin iki məntiqi vəziyyəti ilə təyin olunur və İS-in açılıb bağlanması halında gərginliklərdir. Bu gərginliklər müxtəlif seriyalı İS-lər üçün
Girişə görə budaqlanma əmsalı (m) – İS-in məntiqi girişlərinin sayına bərabərdir: adətən 2÷10 olur.
Çıxışa görə budaqlanma əmsalı (p) və ya yüklənmə əmsalı – verilmiş sxemə qoşula bilən analoji olan sxemlərin maksimal mümkün olan sayına bərabərdir ki, onları sxemin çıxışına eyni vaxtda qoşmaq mümkün olsun. Adətən 2÷50 olur.
MINTERMLƏR VƏ MAKSTERMLƏR
Iki dəyişəndən ibarət arqumentlər yığımı dörd şəkildə göstərilə bilıər:

Üç dəyişən üçün (A,B,C) səkkiz müxtəlif arqumentlər yığımı alarıq:



Məntiqi funksiyanı, mümkün olan hər bir arqument yığımında uyğun olaraq “0” və “1” simvolları yazılmış həqiqilik cədvəli şəklində göstərmək olar. Cədvəldə göstərilən qiymətlərə görə “VƏ” , “VƏ YA”, “YOX” əməliyyatının köməyi ilə məntiqi funksiyanın analitik ifadəsini yaza bilərik.

MİNTERM (Qi) – Boole ifadəsindəki dəyişənlərin birləşmələrinin AND (vurma) əməliyyatı nəticəsində 1 -ə uyğunlaşdırılmasıdır.
Ixtiyari sayda dəyişənlərin bütün mintermlərinin məntiqi cəmi məntiqi “1”-ə (vahidə) bərabərdir.


MAKSTERM (Dj) elementar dizyunksiya olub, “0”–ı müəyyən edən cəmdə, yalnız bir dəfə, düz və ya inkar şəkilində iştirak edən dəyişənlərin məntiqi cəmidir.

Müəyyən sayda verilmiş arqumentlərin minterm və makstermlərinin sayı, arqumentlərin müxtəlif yığımlarının sayına uyğun olur.

Mintermlər və makstermlər aşağıdakı xüsusiyyətlərə malikdir:
1) Ixtiyari sayda dəyişənlərin bütün mintermlərinin məntiqi cəmi məntiqi “1”-ə (vahidə) bərabərdir.

2) n- sayda dəyişənlərin bütün makstermlərinin məntiqi hasili məntiqi “0”-a


(sıfıra) bərabərdir:

3) Müxtəlif indekslərə malik olan mintermlərin məntiqi hasili (i j şərtində) sıfıra (0–a) bərabərdir,
Qi Qj=0
4) Müxtəlif indekslərə malik olan makstermlərin məntiqi cəmi (i j şərtində)vahidə (1-ə) bərabərdir.
Di Dj=1
Yüklə 92,17 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin