5-ci sinif Softswitchi


Şəbəkə birləşməsinin məhsuldarlıq xarakteristikaları



Yüklə 0,71 Mb.
səhifə19/33
tarix02.01.2022
ölçüsü0,71 Mb.
#43395
1   ...   15   16   17   18   19   20   21   22   ...   33
NGN 32-61

Şəbəkə birləşməsinin məhsuldarlıq xarakteristikaları

QoS mexanizminin tətbiq edilməsi şəbəkə birləşməsi tərəfdən məhsuldarlığın müəyyən məhdudiyyəti şərti ilə yerinə yetirilir. Şəbəkə birləşməsinin əsas məhsuldarlıq xarakteristikası buraxma zolağı, gecikmə, əsmə və paketlərin itirilməsi səviyyəsidir.



Buraxma zolağı (bandwidth)

Buraxma zolağı termini informasiya verilişi sistemində nominal burağma qabiliyyətinin təsvir etmək üçün istifadə olunur.

Veriliş zamanı paketlərin gecikməsi (paket delay) gözləmə vaxtı (latency), hər keçid vaxtı seriyalılıq gecikməsi, yayılma gecikməsi və kommutasiya gecikməsindən ibarət olur. Sadalanan gecikmə tipləri barəsində aşağıda məlumat verilir.

Seriyalılıq gecikməsi (serialization delay). Verilmiş buraxma zolağı enində avadanlığın paket verilişi üçün tələb etdiyi vaxtdır. Seriyalılıq gecikməsi buraxma zolağı enindən necə asılıdırsa, o qədərdə ötürülən paketin həcmindən asılıdır. Məsələn 3Mbit/s buraxma zolağında 64 bayt həcmində paketin ötürməsi üçün cəmi 171 nsan təşkil edir. Nəzər yetirək ki, seriyalılıq gecikməsi buraxma zolağından çox asılıdır: 64 bayt həcmli eyni paketi 19,2 Kbit/s buraxma zolağında ötürülməsi artıq 26 msan təşkil edir. Tez – tez seriyalılıq gecikməsini veriliş gecikməsi (transmission delay) kimi də adlandırırlar.

Yayılma gecikməsi (propagation delay). Ötürülən informasiya bitinin kanalın sonunda yerləşən qəbulediciyə çatdırılması üçün tələb olunan vaxtdır. Bu kəmiyyət çox əhəmiyyət kəsb edir, bir halda ki yaxşı halda veriliş sürəti işıq sürəti ilə müqayisə oluna bilər. Yayılma gecikməsi məsafədən və istifadə olunan verilş aralığından asılıdır, buraxma zolağından asılı deyil. Qlobal şəbəkələrin rabitə xətləri üçün yayılma gecikməsi millisaniyyələrlə ölçülür. Birləşmiş ştatların transkontinental şəbəkələri üçün yayılma gecikməsi qaydası 30 msan-dir.

Kommutasiya gecikməsi (switching delay). Paket əldə etmiş avadanlıq paketi növbəti avadanlığa ötürməyə başlaması üçün tələb etdiyi vaxtdır. Bir qayda olaraq, bu kəmiyyət 10 nsan – den az olur.

Paketlərin itkisi (Packet loss)

Paketlərin itirilməsi səviyyəsi (packet loss) veriliş zamanı itirilən paketlərin kəmiyyətini təyin edir. Paketlərin itirilməsinin əsas səbəbi şəbəkənin yüklənməsi və paketlərin rabitə xətti üzərindən verilən zaman zədələnməsidir. Adətən paketlərin tullanması yüklənmə yerlərində baş verir, hansı ki qəbul edilən paketlərin sayı çıxış növbələşməsinin ölçüsünün yuxarı sərhədini üstəliyir. Bundan başqa paketlərin tullanması çıxış buferinin ölçüsünün çatışmazlığı ilə əlaqədar ola bilər. Bir qayda olaraq, itki səviyyəsi müəyyən zaman intervalında paketlərin tullanması ilə ifadə edilir.

ITU I.380/Y.1540 tövsiyəsinə əsasən İP şəbəkələrdə QoS – u xarakterizə edən əsas parametrlər aşağıdakılardır:


  • paketlərin daşınması gecikməsi;

  • paketlərin gecikməsi müxtəlifliyi;

  • paketlərin itirilməsi əmsalı;

  • paketlərin səhv əmsalı.

Axırıncı parametr əsasən şəbəkənin veriliş sisteminin fiziki səviyyəsindən asılıdır və bir qayda onunla bağlı problem yaranmır. İP şəbəkələrdə QoS təmin edən mexanizmlər göstərilən birinci üç parametrlərin yaxşılaşdırılmasına istiqamətlənib. Məhz onlar nəqliyyat şəbəkəsinin əsas xarakteristikalarıdır, hansı ki səs verilişi keyfiyyətini təyin edir (şəkil 2.1). Bu parametrlər həmçinin, bir qayda olaraq, xidmət edilmə səviyyənin razılığında (Service Level Agreement – SLA) istifadə edilir, hansı ki aparıcı operatorlar öz klientlərinə təklif edirlər.

Səs verilişi keyfiyyətinin kateqoriyaları və klassları (sinif)

TIHPON layihəsi (Release 5, sentyabr 2003 il.) çərçivəsində hazırlanmış ETSI TS 102 024 – 2 sənədi keyfiyyətin üç sinif təyin edir:


  • genişzolaqlı (wideband), istifadəçilərə keyfiyyəti ÜİTŞ – dən daha yaxşı təmin edir. O, QoS – un tələblərinə uyğun layihələnmiş genişzolaqlı kodeklərin (3,1 kHS-dən çox olan analoq siqnalların emal edir) və İP şəbəkələrin istifadəsini tələb edir;

  • darzolaqlı (narrowband), istifadəçilərə ÜİTŞ - ə oxşar keyfiyyət tələb edir. O, QoS – un tələblərinə uyğun layihələnmiş İP şəbəkələrin istifadəsini tələb edir;

  • zəmanətsiz (best effort), xidmətlərin istifadəsinin zəmanətsiz birləşmə xarakteristikasıda yararlı verilişini təmin edir. Ola bilsin səs keyfiyyətinin periodik pisləşməsi baş versin və son məntəqələr arasında gecikmələr böyük olsun, hanı ki ümumi dialoq interaktivliyinə təsir göstərsin. Bu keyfiyyət sinifi QoS tələbləri nəzərə alınmadan hazırlanmış İP şəbəkələrdə xidmət göstərir, misal olaraq kütləvi İnternet.

Genişzolaqlı və darzolaqlı siniflər bütün birləşmənin 95% - i təmin edir.

Darzolaqlı sinif 3 sinifə bölünürlər:



  • yüksək (high), ISDN xidmətlərinin təmin edilməsinə uyğun keyfiyyət ilə təmin edir;

  • orta (medium), misal olaraq GSM şəbəkələrində EFR kodekləri və ya sistemlərindən İTU-T G.726 tövsiyyəsi ilə 32Kbit/s sürətindən istifadə edən yaxşı radio rabitə şərti ilə mobil rabitə xidmətlərinin göstərilməsinə uyğun keyfiyyət ilə təmin edir;

  • məqbul (acceptable), misal olaraq GSM şəbəkələrində FR kodekləri və ya sistemləri istifadə edən, özündə geostasionar peyklər daxil olan sadə mobil rabitə xidmətləri göstərilməsinə ekvivalent keyfiyyət ilə təmin edir,

Yuxarıda sadalanan hər bir sinif üç xarakteristika ilə təyin olunur:

  • veriliş keyfiyyətinin ümumi reytinqi (R)(qiyməti);

  • dinləyicinin qavaranıla bilən (son məntəqədən məntəqəyə birtərəfli interaktiv səs verilişi keyfiyyəti), səs keyfiyyəti;

  • məntəqədən məntəqəyə olan gecikmə (orta birtərəfli).

Hər bir keyfiyyət sinifi üçün bu xarakteristikalar aşağıdakı cədvəldə göstərilmişdir.


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin