5-ci sinif Softswitchi



Yüklə 0,71 Mb.
səhifə33/33
tarix02.01.2022
ölçüsü0,71 Mb.
#43395
1   ...   25   26   27   28   29   30   31   32   33
NGN 32-61



Sual 61

SIGTRAN-ın arxitekturası siqnal informasiyalarının mübadilə-sini təmin edən funksional və fiziki obyektlər arasında (məsələn, siqnallaşma şlüzlərinin (Signaling Gateways, SG), nəqliyyat şlüz-lərinin kontrollerlərilə (Media Gateway Controllers, MGC)) qar-şılıqlı əlaqəni təsvir edir, siqnallaşma informasiyalarının daşınması üçün istifadə olunan interfeysləri, eləcə də kanal kommutasiyalı şəbəkələrin mövcud siqnal protokolları ilə təqdim edilən funk-sional və keyfiyyət tələblərini təyin edir. Siqnal informasiyasının daşınması IP şəbəkəsi üzərindən siqnallaşma protokollarının məl-umatlarının şəffaf verilişini təmin edir. Siqnal informasiyasının daşınması funksiyaları siqnallaşma şlüzü bloku (Signaling Gate-way Unit) və nəqliyyat şlüzünün kontrolleri (Media Gateway Con-troller Unit) arasında ÜİTf-in siqnallaşma informasiyalarının veril-məsi üçün istifadə olunmalıdır. Siqnal informasiyasının daşınması həm də nəqliyyat şlüzü bloku (Media Gateway Unit) və nəqliyyat şlüzünün kontroller bloku (Media Gateway Controller Unit) ara-sında, nəqliyyat şlüzlərinin kontrollerinin paylanmış bloku və siqnallaşma şlüzlərinin iki bloku arasında siqnallaşma məlumat-larının verilməsi zamanı istifadə olunmalıdır. Siqnal informasiya-larının daşınması SCN-in müxtəlif protokollarının inkapsulyasiya-siyasını və verilişini dəstəkləmək üçün istifadə olunur. SG, MGC və MG funksiyalarını ayıran ümumi funksional model müxtəlif üsullarla reallaşdırıla bilər (şək.6.1).



Şək.6.1. SIGTRAN-ın funksional modeli

Siqnal informasiyalarının daşınması interfeysləri: SG-MGC, SG -SG uyğun prortokolun daşınmasına qoyulan tələblərdən asılı olaraq MGC-MGC yaxud MG-MGC də ola bilər.

ÜKS7 və IP–in qarşılıqlı əlaqəsi zamanı fiziki obyektlərin funk-siyalarının reallaşdırılması nümunələri şək.6.2- də verilib.

Şək.6.2. Reallaşdırma nümunələri

ÜKS7, SG vasitələri ilə idarə olunan SCN-in qarşılıqlı əlaqəsi ÜKS7-in sonluq bəndi ilə təmin olunur və siqnallaşmanın daşın-ması imkanlarını istifadə etməklə siqnallaşma informasiyasını MGC -yə ötürür.

MG stansiyalararsı xətti başa çatdırır və MGC-dən aldığı siq-nalla xətti idarə edir. Bu zaman üç hal ola bilər:



  1. SG, MGC və MG ayrı-ayrı fiziki blokda reallaşdırıla bilər,

  2. MGC və MG – vahid fiziki blokda reallaşa bilər.

v) Xidmətlərin təqdim olunması ilə bağlı olan ÜKS7 bəndi stansiyalararası xətti sona çatdıran MGU qurğusu ilə qurtarır. Bu halda SG funksiyası MG funksiyası ilə birləşir və siqnal informa-siyasının daşınması MGCU istiqamətinə idarəetmə siqnallaşmanın “əks tranziti” (“backhaul”) üçün istifadə olunur.

Bir neçə reallaşmalarda SG funksiyası miqyaşlaşma, siqnallaş-ma və adresləşmə şəbəkələrinin idarə olunması üzrə bir neçə fiziki obyektlər arasında paylana bilər, yəni siqnal informasiyasının daşınması həm siqnal şlüzləri arasında, həm də SG-in MGC-yə birləşməsində istifadə oluna bilər (şək.6.3).



Şək. 6.3. Bir neçə SG-li variant



Bu konfiqurasiyada xidmətlərin təqdim olunması ilə bağlı siq-nallaşmanı emal edən bir neçə MGU (yəni, özünün şəxsi SG funksiyası olan bir neçə MGU) və yalnız bir SGU ola bilər. Bu zaman bir ÜKS7 səviyyəsinin məlumatlarının daşınması SG1 və SG2 və digər SG2 və MGC aralarında ola bilər. Məsələn, SG1 MTP3-in məlumatlarını SG2 istiqamətinə, SG2 isə ISUP-un məl-umatlarını MGC istiqamətinə verə bilər.
Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin