Seriyalılıq gecikməsi (serialization delay). Verilmiş buraxma zolağı enində avadanlığın paket verilişi üçün tələb etdiyi vaxtdır. Seriyalılıq gecikməsi buraxma zolağı enindən necə asılıdırsa, o qədərdə ötürülən paketin həcmindən asılıdır. Məsələn 3Mbit/s buraxma zolağında 64 bayt həcmində paketin ötürməsi üçün cəmi 171 nsan təşkil edir. Nəzər yetirək ki, seriyalılıq gecikməsi buraxma zolağından çox asılıdır: 64 bayt həcmli eyni paketi 19,2 Kbit/s buraxma zolağında ötürülməsi artıq 26 msan təşkil edir. Tez – tez seriyalılıq gecikməsini veriliş gecikməsi (transmission delay) kimi də adlandırırlar.
Yayılma gecikməsi (propagation delay). Ötürülən informasiya bitinin kanalın sonunda yerləşən qəbulediciyə çatdırılması üçün tələb olunan vaxtdır. Bu kəmiyyət çox əhəmiyyət kəsb edir, bir halda ki yaxşı halda veriliş sürəti işıq sürəti ilə müqayisə oluna bilər. Yayılma gecikməsi məsafədən və istifadə olunan verilş aralığından asılıdır, buraxma zolağından asılı deyil. Qlobal şəbəkələrin rabitə xətləri üçün yayılma gecikməsi millisaniyyələrlə ölçülür. Birləşmiş ştatların transkontinental şəbəkələri üçün yayılma gecikməsi qaydası 30 msan-dir.
Dostları ilə paylaş: |