5 nömrəli əlavə Nümunəvi forma



Yüklə 42,71 Kb.
səhifə2/5
tarix20.11.2023
ölçüsü42,71 Kb.
#162015
1   2   3   4   5
309863042931413231965 Yaradılması və istifadəsi ilə bağlı Müəllif Müqaviləsinin nümunəsi

2. Tərəflərin vəzifələri


2.1. Müəllif(lər) aşağıdakıları öhdəsinə götürür:
2.1.1. bu Müqavilənin 1.1-ci bəndində göstərilən ixtiranı, faydalı modeli və ya sənaye nümunəsini yaratdıqdan sonra bu barədə İddiaçıya və ya patent sahibinə (işəgötürən olmayan) 1 (bir) ay ərzində yazılı bildiriş göndərir və həmin obyektə dair bu Müqavilənin “Qeyd” hissəsində göstərilən sənəd və materialları üç aydan gec olmayaraq ona təqdim edir;
2.1.2. iddiaçının və ya patent sahibinin (işəgötürən olmayan) adına patent alınması üçün iddia sənədinin tərtibində ona köməklik göstərir;
2.1.3. iddia sənədi barədə məlumatlar Agentliyin rəsmi bülletenində dərc edilənədək yaratdığı (yaratdıqları) ixtira, faydalı model və sənaye nümunəsi barədə, habelə bu Müqavilə üzrə maliyyə məsələlərinə dair və tərəflərə ziyan vura bilən digər informasiyaları açıqlamır;
2.1.4. ixtira, faydalı model və sənaye nümunəsinin qeydiyyatı ilə bağlı Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə (bundan sonra - Agentlik) təqdim edilmiş iddia sənədinin ekspertizası zamanı ekspertizanın sorğu və bildirişlərinə İddiaçı və ya patent sahibi (işəgötürən olmayan) tərəfindən cavabların (izahların) hazırlanmasında və zərurət yarandığı hallarda iddia sənədi üzrə qanunvericilikdə müəyyən edilmiş digər prosedurların həyata keçirilməsində iştirak edir;
2.1.5. müəlliflik hüququnun gözlənilməsi şərti ilə (özünün (özlərinin) razılığı əsasında iddia sənədi haqqında məlumat dərc olunarkən adının (adlarının) müəllif kimi göstərilməməsi halı istisna olmaqla) ixtiranın, faydalı modelin və sənaye nümunəsinin qeydiyyatı ilə bağlı iddia sənədinə dair məlumatların dərc edilməsinə etiraz etmir (etmirlər).


Qeyd: Şərik müəlliflər arasında yazılı razılaşma (müqavilə) bağlanılır və müqavilədə ixtiranın, faydalı modelin və sənaye nümunəsinin yaradılmasında hər bir şərik müəllifin iştirakının həcmi (yaradıcılıq payı) göstərilir.



Yüklə 42,71 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin