Microsoft Word Qabusname doc


QOCALIQ VƏ CAVANLIQ QAYDALARI HAQQINDA



Yüklə 1,84 Mb.
Pdf görüntüsü
səhifə36/103
tarix29.12.2016
ölçüsü1,84 Mb.
#3818
1   ...   32   33   34   35   36   37   38   39   ...   103
QOCALIQ VƏ CAVANLIQ QAYDALARI HAQQINDA 
Ey oğul, cavan olsan da qocaağıl ol. Demirəm ki, cavanlıq 
etmə, lakin özünü ələ ala bilən cavan ol, dağınıq və ölüvay 
cavan olma, diribaş cavan yaxşı olar. Filosof Ərəstu
48
 demişdir: 
"Cavanlıq da dəliliyin bir növüdür, ona görə cavana dəliqanlı 
deyirlər". Bundan əlavə süst cavan olma, diribaşlıqdan bəla 
törəməz, amma süstlükdən törəyər. Bacardığın qədər 
cavanlıqdan istifadə et, qocaldıqda özün bacarmayacaqsan. 
Necə ki, bir qoca kişi demişdir: "Cavanlığımda yaman fikir 
çəkirdim ki, heyf, qocalığımda gözəllər məni sevməyəcəklər, 
indi qocalmışam, mən özüm onları istəmirəm"
49

 
B e y t 
Böyük tanrım, coşqun cavan çağımda  
Gecə, gündüz bu idi fikrim, sözüm:  
Qocaldıqda kim sevəcəkdir məni?  
Qocalmışam indi, sevmirəm özüm! 
 
Nə qədər cavan olsan da, izzətli və böyük Allahı unutma, 
heç vaxt ölümdən arxayın olma, çünki ölüm qocalıq və 
cavanlığa baxmır. Bu barədə Əscədi
50
 belə demişdir: 
 
Yaşla olsa idi ölüm, hər zaman  
Qocalar ölərdi, ölməzdi cavan! 
 
Bil ki, doğulan mütləq öləcəkdir. Eşitmişəm ki: 
Hekayət. Bir şəhərdə bir dərzi var idi. Bu dərzi  şəhər 
dərvazasının yanında dükan açmışdı. Qəbristanlığın yolu bu 
dükanın qabağından keçirdi. Dərzi mıxdan bir kuzə asmış  və 
adət etmişdi ki, hər cənazə şəhərin darvazasından çıxarılanda, o 
kuzənin içərisinə bir daş salsın. Ay qurtardıqda kuzənin ağzını 
açıb daşları sayar, neçə adamın öldüyünü bilərdi. Sonra kuzəni 
boşaldar və yenidən daş salmağa başlardı. Bir gün çatdı, dərzi 
özü də öldü. Bir kişi dərzini çağırmaq üçün gəldi, onun 
öldüyünü bilmirdi. Dükanı bağlı gördükdə qonşusundan 
soruşdu: "Dərzi hardadır ki, qapısı bağlıdır?". Qonşusu cavab 
verdi: "Kuzədə". 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib


 
 
Ey oğul, ayıq ol, cavanlığına qürrələnmə. İstər taətdə
51 
 ol, istərsə mə'siyətdə5
2
, hər vəziyyətdə olursan ol, lakin o 
böyük yaradandan çəkin və bağışlanmanı istə, həmişə ölümdən 
qorx ki, ağır günahlarınla birlikdə  dərzi kimi qəflətən kuzəyə 
düşməyəsən.  
Həmişə cavanlarla oturub durma, hərdən bir qocalarla da 
gəlib-gedişin olsun. Dost və  aşnalarını  həm cavan və  həm 
qocalardan seç. Cavanlıq edib nalayiq bir iş görmək fikrinə 
düşsən qocalar ona mane olarlar, çünki qocaların bildiklərini 
cavanlar bilə bilməzlər. Hərçənd qocalara sataşıb gülmək 
cavanların adətidir, qocaların cavanlığa ehtiyacı olduqları üçün 
onları bu səbəbə görə  ələ salıb hörmətsizlik etmək cavanlara 
yaraşmaz.  Əgər qocalar cavanlıq arzu edirlərsə, cavanlar da, 
şübhəsiz, qocalıq arzusunda olarlar. Qocalar cavan olub, onun 
bəhrəsini də görüblər, lakin cavanların vəziyyəti daha çətindir, 
onlar bu arzuya çata da bilərlər, çatmaya da bilərlər. Diqqətlə 
baxsan, hər ikisinin bir-birinə ehtiyacı vardır. Hərçənd cavanlar 
özlərini hamıdan ağıllı, çoxbilən hesab edirlər, sən belə 
cavanlardan olma və qocalara hörmət et, onlara nalayiq sözlər 
demə, qocaların cavabı ağır olar. 
H e k a y ə t. Eşitmişəm, yüz yaşlı bir qoca varmış, beli 
bükülmüş, qəddi kaman tək  əyilmiş,  əsayə  təkyə edərək 
gəlirmiş. Bir cavan onu ələ salmaq üçün deyir: "Ey şeyx, bu 
kamanı neçəyə alıbsan, de mən də alım". Qoca deyir: "Əgər 
ömrün olsa, səbr etsən, onu sənə havayı bağışlayarlar". 
Nə  qədər ləyaqətli və iste'dadlı olsan da, yüngülbeyin 
qocalarla oturub durma, ağıllı-kamallı cavanlarla həmsöhbət 
olmaq yüngül qocalarla həmsöhbət olmaqdan yaxşıdır. Nə qədər 
cavansan cavanlıq et, qocaldın-qocalıq. Bu barədə iki beyt də 
mən demişəm: 
 
B e y t 
Dedim ört qapını, buyur otağa,  
Könlümə hakim ol, qəlbimə ağa!  
Dedi: "Get ağ saçı tutdur boyağa, 
Qocaldın, qoca ol, qoyulma lağa!" 
 
Cavanlara qocalıq yaraşmadığı kimi, qocalara da cavanlıq 
yaraşmaz. Qocalıqda cavanlıq eşqinə düşən məğlubiyyət zamanı 
qələbə  şeypuru çalana oxşar, necə ki, mən "Zöhdiyyat"
53
da 
demişəm: 
68 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
"Qoca vaxtı  eşqə düşüb cavanlığa başlamaq Məğlub ikən 
zəfər təbli çalmaq kimi bir işdir. 
Şıltaq qoca olma. Deyiblər ki, şıltaq qoca daha pis olar. 
Murdar şıltaq qocalardan özünü gözlə. Qocalığa qarşı cavanlığa 
nisbətən daha lütfkar ol! Çünki cavanın hələ qocalmaq ümidi 
var, qocanın isə ölümdən başqa bir gözləməsi yoxdur və başqa 
bir  şey gözləyə  də bilməz. Ona görə ki, sünbül ağardıqda onu 
biçməsələr özü tökülər, eləcə də meyvə dəydikdə dərilməsə özü 
düşər. Mən bu barədə demişəm: 
 
B e y t 
Əgər taxtın ayaqların ay üstünə belə qoysan,  
Süleyman
54
 tək dövlət və bəxt sahibi də əgər olsan,  
Ömrün başa çatan zaman, gərək yükü bağlayasan,  
Çünki meyvə yetişdimi ağacda saxlayanmazsan! 
 
Əli Əmirəlmö'minin də (Allah ondan razı olsun) demişdir: 
Ömr axıra yetəndə tez görünər nöqsanı, Elə ki sona çatdı, 
tərk eyləyər insanı. 
Onu da bilməlisən ki, səni həmişə olduğun kimi qalmağa 
qoymayacaqlar. Hisslərin kardan düşməyə başlayanda, görmə, 
danışma, eşitmə, qoxu bilmə, toxunma və dad bilmə qapıları 
sənin üzünə bağlananda nə  sən öz həyatından bir ləzzət 
alacaqsan, nə  də xalq sənin varlığından razı qalacaq, camaata 
yük olacaqsan. Belə yaşamaqdansa, ölmək yaxşıdır. 
Lakin elə ki qocaldın, gərək cavanlıq hoqqabazlıqlarından 
əl çəkəsən, çünki ölümə yaxın olduqca cavanlıqdan bir o qədər 
uzaqlaşırsan.  İnsanların ömrü günəş kimidir: cavanların günəşi 
şərqdə, qocalarınkı isə  qərbdə olar. Qərbdə olan günəşi isə 
batmış hesab et. Mənim dediyim kimi: 
 
B e y t 
Qocalığın əlində acizdir dünya şahı,  
Sinn altmışa çatdımı, demək yaxındır səfər.  
Gündüz namazı keçmiş, gəlmişdir əsr namazı,  
Əsr namazı getdimi, gecəninki tez gələr. 
 
Buna görə qoca cavanlıq fikrinə düşüb özünü cavan kimi 
aparmamalıdır. 
Həmişə qocalara qarşı mərhəmətli ol, çünki qocalıq elə bir 
xəstəlikdir ki, heç kəs onu yoluxmağa gəlməz, elə bir dərddir ki, 
ölümdən başqa heç bir həkim onu sağalda bilməz. Ona görə 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib


 
 
qoca ölməyincə canını əziyyətdən qurtara bilməz, hər xəstəlikdə 
yaxşılaşmaq ümidi var, qocalıqdan başqa. O hər gün ağırlaşar və 
yaxşılaşmaq ümidi olmaz. Bir kitabda oxumuşam ki: "Adam 
otuz dörd yaşına qədər hər gün boyca və qüvvətcə artar, otuz 
dörddən qırx yaşa qədər olduğu kimi qalar, artıb  əksilməz 
(Günəş  də zirvəyə çatdıqda batana qədər yavaş  hərəkət edir), 
qırxdan əlliyə qədər hər il keçmiş ilə nisbətən özündə daha çox 
zəiflik hiss edər,  əllidən altmışa qədər hər ay keçmiş aylara 
nisbətən daha çox zəifləməyə başlar, altımışdan yetmişə  qədər 
hər həftə keçən həftəyə nisbətən daha çox gücdən düşər, 
yetmişdən həştada qədər hər gün özünü dünənə nisbətən daha 
dis piss edər.  Əgər həştaddan çox yaşasa, saatbasaat dərdi və 
əziyyəti artar".  
Nərdivanın pilləsi qırx olduğu kimi, ömrün də  həddi qırx 
ildir, pilləkənın kəlləsində yuxarıya yol tapa bilmədiyin üçün 
qalxdığın yolla yenə də aşağı enməyə məcbur olacaqsan. 
Hər saat dərd və əziyyətinin üstünə yeni ağrı və sancı artan 
bir adam şadlana bilərmi? 
Ey oğul, görünür, qocalıqdan sənə çox şikayət etdim. Nə 
etməli?  İnsanlar qocalıqdan çox gileylənərlər və bu heç də 
təəccüblü deyildir. Çünki qocalıq düşməndir, düşməndən isə 
şikayət edərlər. Necə ki, mən demişəm: 
 
N ə z m  
Ondan şikayət etsəm, təəccüblənmə məndən, 
O mənim duşmənimdir, giley olar düşməndən! 
 
Ey oğul, mənim  ən yaxın dostum sənsən, düşməndən isə 
şikayəti yalnız dostlara edərlər. Allah qoysa, sən də mənim kimi 
bu şikayəti öz övladının övladına edəcəksən. Bu barədə mənim 
iki beytim də vardır: 
 
B e y t 
Qocalıqdan, ah, kimə edim şikayət?  
Sənsən dərman bu dərdə, digəri yoxdur.  
Ey qoca, gəl, dərdimi söyləyim sənə,  
Cavanların bu dərddən xəbəri yoxdur. 
 
Odur ki, qocalığın iztirabını qocalardan başqa heç kəs başa 
düşməz. 
H e k a y ə t. Atamın hacibləri
55
 içərisində bir hacib var idi, 
ona Kamil hacib deyərdilər, yaşı həştadı keçmiş bir qoca idi, at 
70 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
almaq istəyirdi. Mehtər ona bir cins at gətirdi, rəngi gözəl, özü 
kök,  əliayağı düz idi. Haçib atı gördükdə  bəyəndi, 
qiymətləşdilər, lakin dişlərinə baxdıqda, qoca olduğunu bildi, 
almadı, başqa birisi aldı. Mən ona dedim: "Ey hacib, filankəs 
alan atı  sən nə üçün almadın?" Dedi: "O cavan bir adamdır, 
qocalıqdan xəbəri yoxdur, o at isə zahirən cözəldir,  əgər elə 
adam belə bir ata vurulursa, üzrlü hesab edilə bilər. Lakin 
mənim qocalıq əzab və əziyyətindən xəbərim var, qocalığın nə 
olduğunu bilirəm, qoca at alsam, bu, mənim üçün üzrlü 
sayılmaz". 
Ey oğul, çalış, qocalıqda bir yerdə özünə  məskən sal. 
Qocalıqda səfərə çıxmaq yaxşı iş deyildir, xüsusilə yoxsul üçün. 
Çünki həm qocalıq düşməndir, həm yoxsulluq. İki düşmənlə 
yola çıxmaq isə ağıllı adama yaraşmaz. Lakin əgər təsadüfən və 
ya zərurət üzündən səfərə çıxmalı olsan, Allah-taala sənə rəhm 
edib qürbətdə işini düz gətirsə, bu, bir yerdə oturub qalmaqdan 
yaxşıdır, belə halda öz doğma yurdunun havası başına vurmasın, 
harada işin düz gətiribsə, orada da özünə  məskən sal. Harada 
sənə yaxşı keçirsə, oranı da özünə  vətən hesab et. Doğrudur 
deyiblər ki, "Vətən ikinci anadır", lakin buna çox da aludə olma 
və öz işlərinin yaxşı getməsinə çalış. Deyiblər ki, "xoşbəxtləri 
xoşbəxtlik özü çəkər, bədbəxtləri isə doğma yurd". Lakin elə ki, 
işlərinin yaxşı getdiyini gördün, əlinə faydalı bir peşə keçdi, 
çalış onu əldən buraxma, özünü orada möhkəmlət. Elə ki, 
möhkəmləndin, artıq  şey tələb etmə, qorx ki, artıq  əvəzinə, 
azlığa düşməyəsən! Deyiblər: yaxşı qoyulmuş  şeyi daha yaxşı 
qoyma ki, artıq tamahlıq üzündən daha pis vəziyyətə 
salmayasan. Lakin gün keçirib dövran sürməkdə başı pozuq 
olma.  İstəyirsən dost-düşmən gözündə  qədir-qiymətin olsun, 
gərək xalq arasında əsil-nəsəbin, dərəcə və rütbən aydın olsun. 
Avara həyat keçirmə, öz yaşayışına fikir ver, ifrata varma. 
 
 
 
 
 
 
 
 
 
 
 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib


 
 
 
 
 
 
 
 

Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin