YUXU VƏ İSTİRAHƏT HAQQINDA Ey oğul, bil və agah ol ki, Rum alimlərin
77 də belə bir adət
vardır, onlar hamamdan çıxdıqdan sonra hamamın soyunacaq
otağında bir az yatmayınca dişarı çıxmazlar. Belə bir adət başqa
heç bir xalqda yoxdur. Müdrik adamlar yuxunu kiçik ölüm
adlandırmışlar, çünki istər yatmış olsun, istər ölmüş, heç birinin
bu dünyadan xəbəri olmur, fərq ondadır ki, biri nəfəsli ölüdür,
biri nəfəssiz. Çox yatmaq tə'riflənəsi adət deyildir: bədəni
süstləşdirər, xasiyyəti yerindən oynadar, insanın sifətini təbii
halından çıxarıb, qeyri-təbii hala salar. Beş şey insana üz
verdikdə dərhal onun simasını dəyişdirər: biri gözlənilməz
şadlıq, biri qəflətən baş vermiş bədbəxtlik, biri qəzəb, biri yuxu,
biri sərxoşluqdur. Altıncısı qocalıqdır, insan qocaldıqda onun
siması dəyişilər, amma bu başqa növ dəyişmədir.
Lakin insan yuxuda olarkən nə diri hesab edilə bilər, nə
ölü. Ölüyə irad tutmaq mümkün olmadığı kimi, yatmışa da irad
tutmaq olmaz. Mən demişəm:
R üb a i
Hərçənd cəfa edib bükdün belimi,
Lakin mən üzmərəm səndən əlimi.
Yatmısan, yatanı danlamaq olmaz,
İncidib atmaram mən gözəlimi.
Çox yatmaq ziyan olduğu kimi, az yatmağın da zərəri
vardır. Əgər bir adam yetmiş saat qəsdən yatmasa və ya zorla
onu oyaq saxlasalar, ölüm təhlükəsi qarşısında qalmış olar.
Lakin hər işin öz əndazəsi vardır. Alimlər deyiblər ki,
gecə-gündüz iyirmi dörd saatdır. Bunun iki hissəsini oyaq olub,
bir hissəsini yatmaq lazımdır, bunlardan səkkiz saatı Allaha
ibadətə və təsərrüfata, səkkiz saatını kef, əyləncə və ruhi ləzzətə,
səkkiz saatını isə istirahətə sərf etmək lazımdır ki, on altı saat
içərisində yorulmuş bədənin üzvləri rahatlanıb dincələ bilsin.
Cahil adamlar bu iyirmi dörd saatın yarısını yatıb, yarısını oyaq
qalarlar, tənbəllər iki hissəsini yuxulayıb bir hissəsini məşğul
olarlar, ağıllılar isə bir hissəsini istirahət edər, iki hissəsini ayıq
olarlar.
Dediyimiz kimi, hər səkkiz saatı başqa cürə geçirmək
lazımdır. Bilməlisən ki, haqq-taala gecəni yatmaq üçün,
86 /
ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ .……………………………………………..
bəndələrin dincəlməsi üçün yaratmışdır. Necə ki demişdir: "Biz
gecəni örtük yaratdıq"
78 . Bu həqiqəti də bil ki, bütün canlılar
bədən və candan ibarətdir. Bədən məskəndir, can isə onun
sakini. Canın üç xüsusiyyəti vardır: yaşamaq, yüngüllük və
hərəkət; bədənin də üç xüsusiyyəti vardır: ölmək, ətalət və
ağırlıq. Canla bədən bir yerdə olduqca can öz xüsusiyyətləri ilə
bədəni idarə edər, həm işlədər, həm yaşadar, bə'zən isə bədənin
öz xüsusiyyətləri onu işdən qoyar, qəflətə sövq edər. Bədən öz
xüsusiyyətini büruzə verdikdə ölüm, ağırlıq, ətalət, yatmağa
meyl göstərərlər, yatmaq evin dağılmağına oxşar, ev dağılanda
nə varsa, hamısı aşağı töküldüyü kimi, bədən də yatanda insanın
bütün ruhunu əhatə etmiş olar, nə qulaq eşidər, nə göz görər, nə
burun qoxu bilər, nə damaq ləzzət anlar, nə toxunmaq üzvü
ağırlıq, yüngüllük, bərklik və yumşaqlıq hiss edər, nə də dil
nitqə gəlib bir şey deyə bilər, hər nə öz yerindədirsə, hamısını
əhatə etmiş olar. Hafizə və fikir öz məkanlarından xaricdə
olduqlarından onlara tə'sir edə bilməz. Görmürsənmi, bədən
yatdıqdan sonra fikir müxtəlif yuxular görür, hafizə isə onu
yadında saxlayır və insan ayıldıqdan sonra nağıl edir ki; "elə
görmüşəm, belə görmüşəm". Əgər bunlar da öz yerlərində
olsaydılar, onları da əhatə edərdi, beləliklə nə fikir bir şey deyə
bilərdi, nə hafizə bir şey yadda saxlaya bilərdi.
Əgər nitq və yazı da öz yerində olsaydı, o zaman bədən
yata bilməzdi, yata bilib danışa bilsəydi, o halda yuxu və
istirahət özü ola bilməzdi, çünki bütün canlıların istirahəti
yuxudadır. Deməli, haqq-taala heç bir) şeyi hikmətsiz
yaratmamışdır. Gündüz zorla da olsa, özünü yatmaqdan xilas et,
bacarmasan, az yatmağa çalış, gecəni gündüzə çevirmək ağıllı iş
deyil. Lakin böyük və dövlətli adamlarda belə adət vardır onlar
yayda günorta vaxtı dincəlməyə gedərlər, ola bilər yatsınlar, ola
bilər yox. Lakin dincəlməyin əsil yolu budur ki, adət olduğu
üzrə bir saat istirahət edəsən. Bu mümkün deyilsə vaxtın xoş
keçdiyi bir adamla xəlvətə çəkilmək lazımdır ki, günəş keçsin,
hərarətin kəsəri azalsın. Sonra dişarı çıxmaq olar. Ümumiyyətlə,
çalışmaq lazımdır ki, ömrün çoxu ayıqlıqda keçsin, onsuz da
çox yatmaq lazım gələcəkdir.
Lakin istərsə gecə, istərsə gündüz yatmaq istərkən, tək
yatmaq lazım deyildir, elə adamla yatmaq lazımdır ki. o sənin
ruhunu oxşamış olsun, çünki ölmüş və yatmış müəyyən mə'nada
eyni deməkdir: nə bunun, nə də onun dünyadan xəbəri olmur,
biri diri yatır, biri ölü. Bu iki yatmış arasındakı fərq ondan
ibarətdir ki, biri çarəsizlik və məcburiyyət üzündən tək yatır, o
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib
birisi isə məcburiyyət olmadığından nə üçün bu birisi kimi tək
yatsın?! Elə buna görədir ki, bu dünyada səninlə yatan adam
ruhunu oxşamalıdır, o biri dünyada isə kimin səninlə
yatacağının əhəmiyyəti yoxdur. Belə olduqda diri və ölü
yatmağın fərqi aşkar olar.
Səhər tezdən durmağı adət etmək lazımdır. Elə etmək
lazımdır ki, gün çıxmamışdan qabaq durasan və Allahın
borcunu vermiş olasan. Gün çıxanda duran adamın ruzisi az
olar, çünki bir tərəfdən namazı buraxmış olar, ikinci tərəfdən
namazın babalı onun boynunda qalar. Deməli, səhər tezdən dur
və Allahın borcunu ver ondan sonra öz işlərinə başla. Səhər bir
işin olmasa ova və ya gəzməyə gedə bilərsən, həm şikar
ovlarsan, həm kef çəkərsən. Allah qoysa edərsən.