Bu eşqdir, incəlik, lətiflik istər,
Hər yerdə özü tək zəriflik istər.
Görmürsənmi, cavanlar qocalara nisbətən daha tez aşiq
olurlar? Çünki cavanların təbiəti qocalarınkına görə daha
incədir. Bir də ki,
heç kobudtəbiət, bədniyyət adam aşiq ola
bilməz. Bu elə bir xəstəlikdir ki, ona yalnız incə ruhlu adamlar
tutular.
İstər kobudtəbiət ol, istərsə incətəbiət, çalış aşiq olma.
Aşiqlik çox başı bəlalı bir işdir, xüsusilə yoxsulluqda. Hansı
yoxsul aşiq olsa, öz canına qəsd etmiş olar. Bil ki, aşiqlik və
yoxsulluq mütləq can vermək kimi bir şeydir xüsusilə qocalıq
vaxtı, çünki qoca pul xərcləməsə məqsədə nail ola bilməz.
Mənim dediyim kimi:
R ü b a i
Pulsuz idim, tutmuşdum bu azardan,
Pulsuzluqdan məhrum oldum o yardan.
Bu halıma uyğun bir məsəl də var:
"Pulsuz gedən boş qayıdar bazardan".
İşdir, əgər bir vaxt birindən xoşun gəlsə, ürəyinə salıb onun
haqqında fikirləşmə, həmişə qəlbinə eşqə qalib
gəlməyi öyrət,
heç zaman şəhvət əsiri olub iztirab çəkmə. Bu ağıllı adamların
işi deyil, çünki aşiqlikdə insan ya vüsalda olar, ya fəraqda. Bil,
bir saatlıq vüsal, bir illik fəraq oduna yanmağına dəyməz.
Aşiqlik şirin də olsa, başdan ayağa məşəqqət, ürək ağrısı, iztirab
və əziyyətdir. Fəraqda olsan əzabdasan. Mə'şuq ilə bir yerdə
olsan, sevgilin hal əhlidirsə, ürəyini çəkəcək, naz-qəmzəsi ilə
səni əldən salacaq. Onun şıltaqlığı sonra isə fəraq qorxusu
vüsaldan da ağır olacaqdır, çünki ardınca fəraq gələn vüsal
fəraqdan daha ağır olar. Fərzən mə'şuqən
mələk təbiətli olsa
belə, yenə məzəmmətdən yaxanı qurtara bilməzsən, həmişə
sənin qeybətini qırar və mə'şuqən haqqında şayiələr yayarlar.
İndi camaatın xasiyyəti belə olmuşdur.
Deməli, özünü saxla və aşiqlikdən qaç. Ağıllı adamlar
özlərini aşiqlikdən qoruya bilərlər, çünki ilk baxışdan birinin
birinə aşiq olması mümkün deyildir. Əvvəl göz görür sonra
könül bəyənir. Elə ki, könül bəyəndi, ürəyin ona mail oldu,
könül ikinci dəfə görmək istəyir. Əgər sən öz şəhvətini ürəyin
ixtiyarına versən, ürəyi isə şəhvətə tabe etsən, sonra mə'şuqəni
bir daha görmək üçün tədbir düşünməyə başlarsan. Görüş ikinci
80 /
ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ .……………………………………………..
dəfə baş tutduqda, könül
ikiqat meyl edir, qəlb daha çox
döyünməyə başlayır, insan üçüncü görüş eşqinə düşür. Elə ki,
üçüncü dəfə gördün, əhvalatı açıb söylədin, söz deyib cavab
eşitdin, iş bitdi.
M i s r a
Çuvalı suya verdin, it də getdi, ip də getdi.
Bundan sonra özünü ələ almaq istəsən də bacarmazsan,
çünki iş işdən keçmiş olar, vaxt uzandıqca eşqin də artar, qəlbin
hökmünə tabe olmağa məcbur olarsan.
Lakin, əgər sən ilk
görüşdə özünü saxlaya bilsən, ürək
istədikdə onu ağlın ixtiyarına versən və ağıl ürəyi bir daha onun
adını çəkməyə qoymasa, özünü başqa şeylə məşğul etsən və ya
şəhvətini başqa yol ilə söndürsən və gözü onu görməkdən
məhrum etsən, bir həftədən artıq əziyyət çəkməzsən, daha o
sənin yadına düşməz, tezliklə özünü bəladan qurtarmış olarsan.
Lakin belə edə bilmək hər adamın işi deyildir, çox ağıllı
olmaq lazımdır ki, adam bu xəstəlikdən yaxasını qurtara bilsin.
Məhəmməd Zəkəriyya
67
özünün "Xəstəliklərin təqsimatı" adlı
əsərində eşq xəsəstəliyi və onun dərmanı haqqında danışarkən
dediyi kimi, eşq xəstəliyi ara
vermədən oruc tutmaq, ağır yük
daşımaq,uzun səfər etmək, həmişə işləmək, həddindən artıq kefə
aludə olmaq və bu kimi bir xəstəlikdir. Lakin əgər hər görüşü
sənə zövq və rahatlıq gətirən bir adamı sevirsənsə, bunu rəva
bilirəm. Şeyx Əbu Səid bul-Xeyrin
68
dediyi kimi, insanlar dörd
şeysiz keçinə bilməz: birincisi çörək, ikincisi paltar, üçüncüsü
xaraba (ev), dördüncüsü sevimli dost. Hər kəsin özünə görə,
istər halal, istər haram,öz arzusu olar. Lakin dostluq başqadır,
aşiqlik başqa. Hərçənd o aşiq şair bir beytdə demişdir:
B e y t
Xoşdur
sənnn bu atəşin, gözəl yar,
Heç yandıran bir atəş də xoş olar?!
Bil ki, insanlar dostluqdan həmişə ləzzət çəkərlər,
aşiqlikdən isə əziyyətə düşərlər. Əgər cavanlıqda aşiq olsan, yeri
var, başa düşərlər, üzrlü sayarlar, deyərlər cavandır. Çalış qoca
vaxtı aşiq olma. Qocanı üzrlü hesab etməzlər. Əgər qara
camaatdan olsan, iş bir az asanlaşar, şah olsan, amandır, belə
işlərə baş qoşma, zahirdə heç kəsə könül vermə, çünki qocalıq
aşiqliyi şahlara çox baha başa gələr.
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib