Microsoft Word Qabusname doc


MAL-DÖVLƏT TOPLAMAQ QAYDALARI HAQQINDA



Yüklə 1,84 Mb.
Pdf görüntüsü
səhifə48/103
tarix29.12.2016
ölçüsü1,84 Mb.
#3818
1   ...   44   45   46   47   48   49   50   51   ...   103
MAL-DÖVLƏT TOPLAMAQ QAYDALARI HAQQINDA 
Ey oğul, bir şey ələ gətirmək mümkünsə, fürsəti fövt etmə, 
lakin  şey üstündə özünü təhlükəyə  də vermə. Sə'y et, hər  şeyi 
özünə layiq, ən yaxşı üsulla əla gətir. Elə ki, gətirdin, möhkəm 
saxla, heçə-puça xərcləmə,  əldə saxlamaq ələ  gətirməkdən 
çətindir. Xərcləmək lazım gəldikdə, çalış onun əvəzini tez 
yerinə qoy, əgər hey götürüb əvəzini yerinə qoymasan, Qarun
83
 
dövləti də olsa qurtarar. Lakin ona çox da könül salma. Əbədi 
hesab etmə ki, bir gün sona çatdıqda kədərlənməyəsən. Deyiblər 
ki: "Bir şeyi düşmənə qoyub getmək, onu dostdan xahişlə 
istəməkdən yaxşıdır". 
Bir  şeyi bərk-bərk saxlamaq onu bərk axtarmaqdan 
məsləhətdir. Az da olsa, hər şeyi saxlamağı vacib bil, çünki azı 
saxlamağı bacarmayan, çoxu da saxlaya bilməz. Öz işini 
başqalarının işindən üstün tut, kahıllıqdan utan, kahıllıq 
bədbəxtliyin  şagirdidir. Zəhmət sevən ol, çünki hər  şey 
tənbəllikdən deyil, zəhmətdən əmələ gəlir. Görmürsənmi, əmək 
ne'mət yaradır, tənbəllik isə dövlət dağıdır!? Müdrik adamlar 
deyiblər: "Abadlıq istəyirsinizsə, çalışqan olun, dövlət 
istəyirsinizsə, qənaət edən olun, çox dost istəyirsinizsə 
təvazö'kar olun". 
Zəhmət və  sə'y nəticəsində  ələ  gəlmiş  şeyi, tənbəllik və 
xamlıq üzündən itirmək ağıllı  iş hesab edilməz. Ehtiyac günü 
peşmançılıq fayda verməz. Zəhmətini çəkirsənsə, çalış bəhrəsini 
də özün götür. Şey nə  qədər qiymətli olur-olsun, onu layiqli 
adama müzayiqə etmə, çünki heç kəs heç bir şeyi özü ilə gora 
aparmayacaqdır. Lakin başqalarına möhtac olmamaq üçün gərək 
insanın çıxarı  gəlirinə uyğun olsun, çünki ehtiyac yalnız 
94 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
yoxsulların evində deyil, bütün evlərdə ola bilər. Məsələn, əgər 
birinin gəliri bir dirəm
84
, çıxarı bir dirəm bir həbbədirsə
85
, o, 
həmişə ehtiyac içində olar. Gəlir bir dirəmsə, çıxar bir dirəmdən 
bir həbbə az olmalıdır. Belə evdə heç vaxt ehtiyac olmaz. Nəyin 
varsa, ona da qane ol, çünki qənaət özü dövlət deməkdir. 
Qismətində nə varsa, o da sənə çatacaqdır. 
Xoş söz və adamların köməyi ilə düzələ bilən işlərə pul 
sərf etmə. Yoxsul adamın qədr-qiyməti olmaz. Bil ki, qara 
camaat xeyir görmədikləri halda dövlətliləri xoşlar, zərər 
çəkmədikləri halda, bütün gasıblardan acıqları gələr. İnsanın ən 
ağır günü ehtiyacdır. Varlılar tərəfindən edilərkən tə'riflənən 
hərəkətlər yoxsullar üçün eyib hesab edilər. 
İnsanların zinətini onların  əli açıqlığında bil, hər kəsin 
qiymətini isə onun zinətinə görə  tə'yin et. Lakin israfı düşmən 
bil, onu uğursuzluq hesab et. Allah-taalanın düşmən hesab etdiyi 
hər şey onun bəndələri üçün uğursuzluq olar. Necə ki, deyiblər: 
"İsraf etməyiniz, o israf edənləri sevməz". Böyük Allahın 
sevmədiyi  şeyləri sən də sevmə. Hər bədbəxtliyin bir səbəbi 
vardır, yoxsulluğun da səbəbi israfçılıqdır. İsrafçılıq yalnız mal-
dövləti xərcləməkdə deyil, yemək. işləmək, danışmaq-hər iş 
olur-olsun, israf etmə, çünki israf bədəni taqətdən salar, ruhu 
incidər, ağlı çaşdırar, ömrü söndürər. Görmürsənmi çırağın 
ömrü yağa bağlıdır?! Lakin çırağa həddindən artıq yağ töksən o, 
dərhal sönər. Ölümə səbəb olan həmin yağ qaydasında tökülsə, 
həyata səbəb olar. Belə  mə'lum olur ki, ölümə  səbəb həmin 
israfdır. Deməli, çırağa həyat verən yağdır, lakin həddini 
aşdıqda israf meydana çıxır, həyat verən həmin yağ dönüb 
öldürücü olur. Allah-taala ona görə israfı düşmən hesab 
etmişdir. Alimlər də heç bir işdə israfı  bəyənməyiblər, çünki 
israfın nəticəsi həmişə ziyan olur. Lakin öz həyatını acı eləmə, 
ruzi qapısını üzünə bağlama, imkan daxilində özünə yaxşı bax, 
lazım olan heç bir şeydə  səhlənkarlıq etmə. Öz işində 
səhlənkarlıq göstərən bəxtindən fayda götürə bilməz və 
arzularına çata bilməz. Nəyin varsa və sənə nə lazımsa, hamısını 
özünə  xərclə. Doğrudur, mal şirin olar, lakin candan şirin ola 
bilməz. Xülasə,  ələ  gətirə bildiyin şeyləri xeyirli işlərə  sərf et, 
var-dövlətini paxıl adama tapşırma, qumarbazlara, əyyaşlara 
e'tibar etmə. Hamını  oğru fərz et ki, şeylərin oğrunun  əlinə 
düşməsin. Mal-dövlət toplamaqda səhlənkarlıq etmə, rahatlıq 
zəhmətdədir, zəhmət isə dincəlməkdə. Bu günün rahatlığı 
sabahın zəhməti olduğu kimi, bu günün də  zəhməti sabahın 
istirahəti olar. 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib


 
 
Zəhmətli-zəhmətsiz hər nə əlinə gəlirsə, çalış bir dirəmdən 
iki dang
86
 evinə  və ailənə  xərclə. Lazım gəlsə, ehtiyacın olsa 
belə, bundan artıq xərcləmə. Beləliklə, iki dang xərclədikdən 
sonra o biri iki dangı ehtiyat topla və onu yadına salma. Onu 
varislərinə  və qocalıq günlərin üçün saxla ki, köməyinə çatsın. 
Yerdə qalan o biri iki dangı isə  bəzək-düzək işlərinə  sərf et. 
Lakin elə  bəzək-düzək  şeyləri al ki, onlar xarab və  məhv 
olmasınlar. Məsələn: daşqaş, qızıl, gümüş, bürünc, mis və 
bunun kimi. 
Bundan artıq bir şeyin olsa, torpağa ver, çünki torpağa nə 
versən, artıqlaması ilə geri alarsan, mayan da həmişə yerində 
qalar, qazancın da bol və halal olar. Elə ki, ev-eşik oldun, hər 
məcburiyyət və zəruriyyət ucundan avadanlığını satma və demə 
ki: "A kişi, nə olacaq? Bu gün məcburəm sataram, başqa vaxt 
alaram". Əvəzini almaq ümidi ilə hər dəfə çətinlik üz verdikdə, 
avadanlığı satsan, ola bilər ala bilməyəsən,  əvvəlki də  əldən 
getsin, ev boş qalsın. Beləliklə, çox çəkməz ki, sən müflislərin 
müflisi olarsan. 
Bir də ki, hər zərurət üzündən borc alıb girov qoyma. Pulu 
sələmlə verib sələmlə alma, borc istəməyi  ən böyük rəzalət və 
həyasızlıq hesab et, bacardıqca özün də heç kəsə bir dirəm belə 
borc vermə, xüsusilə dostlara, çünki dostlardan borcu geri 
istəmək  ən ağır işdir. Lakin borc verdikdə onu artıq özününki 
hesab etmə, ürəyində elə tut ki, o pulu dostuna bağışlayıbsan, 
Özü qaytarmayınca istəmə ki, bunun nəticəsində dostluq 
pozulmasın, çünki dostu düşmən etmək asandır, düşməni dost 
etmək isə çox çətindir. Birincisi-uşaqların, ikincisi isə dahi və 
|ağıllı qocaların işidir. 
Adamların  ən yaxşısı olmaq üçün varından müstəhəqq 
adamlara pay ver, başqalarının malında isə gözün olmasın. 
E'tibarlılıqda, ad qazanmaqda öz malını özününki bil özgə 
malını özgəninki. 
 
 
 
 
 
 
 
 
 
96 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
 
 
İyirmi ikinci fəsil  

Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin