OVA ҜETMƏK HAQQINDA Ey oğul, bil ki, at minmək, ov etmək, çövkan oynatmaq
böyük adamlara xasdır, xüsusilə cavanlıqda. Lakin hər işin öz
vaxtı, həddi, əndazəsi olmalıdır, hər gün ova getmək olmaz.
Həftədə yeddi gün vardır, iki gün ova get, üç gün şərab iç, iki
gün isə öz təsərrüfat işlərinlə məşğul ol. Lakin ata mindikdə
alçağına minmə, adam yekəpər olsa da, alçaq at onu kiçik
göstərər, balaca boy olanda isə uca at onu hündür nəzərə
çarpdırar. Yorğa və sakit ata yalnız səfərə çıxarkən min, çünki at
88 /
ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ .……………………………………………..
sakit olanda adam özünü boş saxlayır. Şəhər içərisində və başqa
atlılarla birlikdə getdikdə, oynaq və tünd qaçan ata min ki, onun
tündlüyü səni ayıq olmağa məcbur etsin. Həmişə atda düz, şəstlə
otur ki, gözə pis dəyməyəsən.
Ovlaqda boş yerə at çapma, hədərə at çapmaq qulamların
və uşaqların işidir. Yırtıcı heyvanların arxasınca da at salma,
çünki yırtıcı heyvan ovundan xeyir gəlməz. Həyat üçün isə
təhlükəli olar. İki böyük şah yırtıcı heyvan ovunda həlak
olmuşdur. Biri atamın babası Vəşmgir ibn Ziyar, ikincisi isə
əmioğlum Əmir Şərəfülməalidir
79 . Qoy səndən kiçiklər
çapsınlar, sən çapma. Yalnız böyük şahların qarşısında ad
qazanmaq və ya özünü göstərmək üçün çapmağına dəyər.
Deməli, ovu sevirsənsə qızılquş, çərğ
80 , şahin, qaplan və
tazı ilə ova get. Həm ovun ov olsun, həm təhlükə baş verməsin.
Yırtıcı heyvanların nə əti yeməli olar, nə dərisi geyməli.
Əgər qızılquşla ova getsən, bil ki, şahlar bunu iki cür edirlər:
Xorasan padşahları qızılquşu özləri uçurtmazlar, İraq şahları
adətlərinə görə özləri uçurdarlar, hər ikisi olar. Şah olmasan, nə
cür istəyirsən, elə də et, şah olsan və özün uçurtmaq istəsən, o
da mümkündür.
Lakin qızılquşu heç vaxt bir dəfədən artıq uçurtma, çünki
padşaha bir quşu iki dəfə uçurtmaq yaraşmaz. Bir dəfə uçurt,
sonra tamaşa et, gör ov gətirir ya yox, sonra başqa qızılquş tələb
et. Şahın ovdan məqsədi tamaşa olmalıdır, yemək tamahı
olmamalıdır. Əgər şah tazı ilə ova çıxırsa, iti o özü
tutmamalıdır, qulları iti onun qabağınca aparmalıdırlar, o isə
tamaşa etməlidir. Ovun dalınca at çapma, qaplanla ova çıxsan,
heç vaxt onu arxadan atının tərkinə mindirmə, qaplan gəzdirmək
şaha yaraşmaz, bir də yırtıcı heyvanı öz arxasına mindirmək
ağıllı iş hesab edilməz, xüsusilə şahlara və hökmdarlara. Ov və
onun şərtləri bundan ibarətdir.
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib