On beşinci fəsil KEF ÇƏKMƏK QAYDALARI HAQQINDA Birini sevsən, ayıq və məst halda onunla əlaqədə olma,
səndən ayrılan hər nütfədə, mə'lumdur ki, bir şəxsin, bir canlının
toxumu vardır. Əlaqədə olsan, heç olmasa, sərxoş vaxtı olma,
ziyanı daha çoxdur, lakin xumar vaxtı daha yaxşıdır. Nə vaxt
yadına düşdü, o saat onunla məşğul olmağa başlama. Bu,
heyvan xasiyyətidir. Heyvan hər işin yerin bilməz, nə vaxt
yadına düşsə, o vaxtda məşğul olar. Adama müəyyən vaxt
lazımdır ki, onunla heyvan arasında bir fərq olsun...
Dediyim kimi, çox əlaqədə olmağın ziyanı var, ona görə
hər nə etsən iştaha ilə et, zorla etmə, ziyanı az olar. Lakin istər
meylin olsun, istərsə yox, yayın istisindən və qışın soyuğundan
özünü qoru. Bu fəsillərdə ziyanı daha çox olar, xüsusilə
qocalara. Bütün fəsillərdən ən yaxşısı bahardır, ən münasibi də
budur. Bahar fəslində hava mülayim olar, sular çoxalar, dünya
gözəlliyə və rahatlığa doğru üz qoyar. Böyük aləm belə
olduqda, kiçik aləm sayılan bizim bədənimiz də onun tə'sirindən
mülayimləşər. Bədəndə olan ünsürlər arasında müvazinət
yaranar, damarlardakı qan artar, beldəki kişilik maddəsi çoxalar
və insanlar təbii olaraq bir-biri ilə əlaqədə olmağa meyl
göstərərlər. Bu meyl təbii ehtiyacdan doğduğundan ziyanı az
olar.
Bir də bacardıqca yayın istisində və qışın soyuğunda qan
aldırma. Bədənində qanın artdığını hiss etsən, yemək içməklə
qaydaya sal. Fəslə zidd heç nə yemə
76 . Yayda və qışda qadınlara
çox meyl etmə.
Bu barədə qısa danışdım, bundan artıq danışağa da ehtiyac
yoxdur.
84 /
ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ .……………………………………………..