AT ALMAQ HAQQINDA
Ey oğul, at alanda çalış səhv etməyəsən. Adamın və atın
mahiyyəti eynidir. Yaxşı adama və yaxşı ata nə qədər qiymət
qoysan, layiqdir, eləcə də pis adamı və pis atı nə qədər pisləsən
yeri var. Müdrik adamlar demişlər: "Dünya insanla, insan
heyvanla", heyvanların ən gözəli isə atdır. Onu saxlaya bilmək
həm təsərrüfatçılığa dəlalət edər, həm mərdliyə. Bir məsəl var,
deyərlər: "Atını və paltarını yaxşı saxla, at və paltar da səni
yaxşı saxlar".
Atın yaxşısını və pisini tanımaq adam tanımaqdan çətindir.
Adamı danışdırmaqla tanıyarlar, atın isə nitqi yoxdur, onun nitqi
xarici görünüşüdür. Atın necəliyini bilməzdən əvvəl onun
görünüşünə bax. Xasiyyətdə səhv etmək mümkün olsa,
görünüşdə etməzlər, yaraşıqlı atların əksərinin xasiyyəti də
yaxşı olar. Atın görünüşcə ən yaxşı xüsusiyyətləri isə,
baytarların dediyinə görə, bunlardır: dişləri nazik, sıx və ağ, alt
dodağı nisbətən uzun, burnu dik. enli və uca, alnı geniş, qulaq
boşluqları hamar, qulaqları dik və düz, qulaqların arası açıq,
boynu dik, şax və nazik, aşağı hissəsi, yalı uzun, döşü geniş,
əllərinin və ayaqlarının ortası aralı, quyruğu gur və uzun; xayası
qara, gözü və kirpikləri qara; yol getdikdə ayıq, beli gödək, dalı
enli, qabırğalarının hər iki tərəfi ətli olmalıdır. Yeriyərkən
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib
süvarinin nə etmək istədiyini başa düşməlidir. Bütün bu dediyim
xüsusiyyətlər mütləq hər aldığın atda olmalıdır, o, yaxşı at olar.
Lakin bir atda olub digərində olmaya biləcək xüsusiyyət onların
rəngidir. Ən yaxşı rəng xurmayıya çalan kəhər atdır. Bu, həm
gözəl olar, həm isti-soyuğa dözər, həm də zəhmətkeş olar. Ağ at
isə zəif olar, lakin xayası, budlarının arası, quşqunu, dırnağı, əl-
ayağı, döşü, alnı və quyruğu qara olsa yaxşıdır.
Kürən at, xüsusilə pul-pul olan tünd qızıl rənglisi, alnı,
paçasının arası, budları, gözü, dodağı bunların hamısı qara olsa
yaxşıdır. Səmənd at da belə olmalıdır. Kül rəngli atda başqa
rəng və xal olmamalıdır.
Qara at gərək tünd olsun və gözündə qırmızılıq olmasın.
Çox zaman qırmızıgöz atlar dəli və eyibli olurlar. Boz at az
hallarda yaxşı olar, alası isə, xüsusilə gözü, quşqunu, dırnağı ağ
olanı pisdir.
Qara zolaqlı boz at kürəndə dediyim xüsusiyyətlərə malik
olsa yaxşıdır. Ala atı bəyənməzlər, yaxşısı da az çıxar.
Atların müsbət tərəflərini bildin, eyiblərini də bil. Atlarda
bir sıra eyib var ki, onların bə'zilərinin həm işə ziyanı var, həm
görünüşcə, həm təbiətcə çirkin olar. Bə'ziləri də var ki, belə
deyil, lakin nəsdir, sahibini öldürəndir.
Elə xəstəliklər və eyiblər var ki, onları aradan qaldırmaq
olar, elələri də var ki, yox. Hər eybin və xəstəliyin özünə görə
adı var və bu ada görə onu bilmək olar. Deyirəm biləsən: biri
lallıqdır. Lal at tez-tez yolu azar, madyan gördükdə təxərrüşə
gəlsə də şeyhə çəkib kişnəyə bilməz. Digəri ə'şalıq, yə'ni gecə
korluğudur. Belə at gecələr başqa atların hürkdüyü şeylərdən
hürkməz, haraya sürsən, oraya gedər, heç şeydən çəkinməz. O
biri eybi karlıqdır. Karlığın əlaməti odur ki, atların kişnəməsini
eşitdikdə şeyhə ilə cavab verməz. Həmişə qulaqlarını sallayar.
Solaxaylıq. Solaxay at da yaxşı deyil, çox büdrəyər.
Əlaməti odur ki, dəhlizə girdikdə, əvvəlcə sol ayağını içəri
qoyar.
Ə'məş at, yə'ni gündüz kor olan at pis olar. Əlaməti budur
ki, gözünün hədəqəsi yaşıla çalan qara rəngdə olar, həmişə
gözünü açıq saxlayar, kirpiyini vurmaz. Bu eyib bir gözündə və
hər iki gözündə ola bilər.
Çəpgözlük. Çəpgöz at zahirən şikəst görünsə də, ərəb və
əcəmlərin fikrinə görə uğurlu hesab edilər. Eşitmişəm ki, Dül-
dül
108
də çəp imiş.
Ərcəl və Əcim at, yə'ni ağayaq uğurlu olmaz. Ağlıq sol
ayağında, istər qabaq,istər dal ayağında olsa, daha uğursuz olar.
108 /
ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ .……………………………………………..
Göygöz at hər iki gözü göy olsa, xüsusilə çəp olsa pisdir.
Müğrəb at yə'ni ağgöz pisdir. Buğe
109
at pisdir; Əqvəd, yə'ni
düzboyun at da pisdir, belə at yaxşı ola bilməz. Hur atın da hər
iki ayağı əyri olduğundan pis sayılır, farslar ona kaman ayaq
deyərlər. Tez-tez yıxılar, yəhərinin altı tüklü olan at da uğursuz
olar, qoltuğunun altı, paçalarının arası və hər iki ayağı tüklü
olan at daha uğursuz olar. Dırnağının iç tərəfində pırpız tük olan
Fərsun atı da yaxşı sayılmaz. Lakin dırnaqının üst tərəfində olsa,
eybi yoxdur. Əsdəf, yə'ni dırnağı çevrilmiş at da pis olar, ona
Əxnəf də deyərlər.
Ön və ya arxa ayaqları uzun olan at eniş-yoxuşda aciz
qalar. Bu da pisdir, belə ata Fəzəq deyilir.
Ə'zəl, yə'ni əyriquyruq adlanan at da pisdir, ona Kəşəf də
deyilir, çünki əsbabı həmişə aydın görünər. İtquyruq at da pis
olar. Əfxəc adlanan at da pisdir, çünki ayağını öz yerinə qoya
bilməz. Əsbəq at da yaxşı olmaz, həmişə axsayar, çünki
oynaqları arasında şiş olar. Ərun atı da pis olar, çünki
belələrinin qabaq ayağının oynağında sümük olar, dal ayağında
da olsa pisdir. Ona Əqrən deyərlər. Minməyə qoymayan, təpik
atan, cilov dartan, çox kişnəyən tez-tez yel buraxan, uzun-uzadı
pişaba çıxan, tez-tez təxərrüşə gəlib şeyhə çəkən, şaxa qalxan
atlar da pis olar. Göygöz at gecəkoru olar.
Hekayət. Bir hekayət eşitmişəm, orada Əhmədi
Feriqunun
110
çobanı novruz günü onun yanına gəlib deyir:
"Novruz hədiyyəsi gətirə bilməmişəm, lakin ondan daha yaxşı
şad xəbər gətirmişəm". Əhməd əmr edir, desin. Çoban deyir:
"Dünən sizin atlar min dənə göygöz dayça doğmuşdur". Əhməd
deyir: "Bu çobana yüz çubuq vurun, min gecəkoru atın
doğulması şad xəbər deyil".
Dediklərimi bildin, indi də deyim, at xəstəliklərinin adını
bil: çox tərlilik, ağız suyunun axması, topuq şişi, manqa, dırnaq
çatlaması, məxmərək, hürkəklik, döyənək, diz sümüyünün
kirəcləşməsi, qoturluq, dırnağın sürtülməsi, dırnaqaltı iltihabı,
qarın şişi, cüzam, xərçəng, alalıq, dəbəlik, ayağın keyişməsi,
boğaz iltihabı, inaq, qapma, sidiyin dayanmaması, təngnəfəslik,
arıqlıq, yəhər yarası, dizin bükülməsi.
Bu xəstəliklərin yalnız ümumi şəkildə adını çəkirəm, şərh
etsəm uzun olar. Bu dediklərimin hamısı eyibdir. Lakin ən
böyük eyib qocalıqdır. Elə eyib var ki, ona göz yummaq olar,
lakin qocalığa yox. At alanda ucasını al, beş dangdan
111
aşağı
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib
olmasın; adam özü gözəl, qaməti uzun olsa da alçaq atda balaca
görünər.
Bil, atların sağ tərəfindəki qabırğaları çox halda sol
tərəfdəkilərdən bir dənə artıq olar. Say əgər bərabər olsa,
qiymətindən bir az da baha al. Az at tapıla bilər ki, ona çata
bilsin. heyvan, torpaq, mülk, hər nə alsan, eləsini al ki, sağ
olduqca özün xeyir götürə biləsən, səndən sonra isə arvad-uşaq
və varislərin.
Axır bir gün gələcək sənin də arvad-uşağın olacaq. Ləbibi
deyir:
Misra
Kimdə varsa kişilik, mütləq o, arvad alacaq
110 /
ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ .……………………………………………..
İyirmi altıncı fəsil
Dostları ilə paylaş: |