getdim. Orada yaxşı bir iş düşdü, Allahım kömək elədi. Axır
gedib həccə çıxdım. Bunu deməkdən məqsədim budur ki,
Dəclədə Əkbəraya
120
çatmazdan əvvəl qorxulu bir yer, dərin bir
girdab var, oradan keçmək üçün çox mahir dənizçi olmaq
lazımdır. Oradan necə keçməyi bilməyən gəminin batmasına
səbəb olar. Biz gəmidə bir neçə nəfər idik, oraya çatdıq, gəmi
sürən naşı idi, oradan keçməyi bilmirdi. Səhvən gəmini xətərli
yerə sürdü, gəmi batmağa başladı. İyirmi beş nəfərə yaxın idik.
Mən, bəsrəli qoca bir kişi və mənim qoçaq qulamlarımdan Kavi
adlı birisi üzüb çıxdıq. Qalanları həlak oldular. Bundan sonra
mənim atama olan məhəbbətim bir az da artdı, onun üçün
verdiyim sədəqə və ehsanların miqdarını çoxaltdım. Bildim ki, o
ağıllı qoca belə bir günü əvvəlcədən görürmüş, ona görə mənə
üzməyi öyrədib, mən isə anlamamışam.
Deməli, elm və sənətdən hər nə öyrənmək lazımsa,
hamısını övladına öyrət, beləliklə, sən atalıq borcunu və atalara
xas olan mehribanlıq vəzifəsini yerinə yetirmiş olarsan. Axı
dünyanın hadisələrindən arxayın olmaq, adamların başına nələr
gələcəyini bilmək mümkün deyildir. Hər elm və sənət bir gün
işə yarayar. Deməli, elm alıb sənət öyrənməkdə tənbəllik etmək
olmaz. Tə'lim vaxtı müəllimlər onu döysələr, müdafiə etmə, qoy
vursunlar, çünki uşaq elm və ədəbi çubuq gücünə öyrənər, öz
xoşuna öyrənməz. Əgər tərbiyəsizlik etsə, sən bundan
qəzəblənsən, özün döymə, müəllimləri ilə qorxut, ürəyində sənə
kin bəsləməmək üçün əmr et, onlar tənbeh versinlər. Lakin
oğlunla inzibatlı ol, elə et ki, səni aciz hesab etməsin, həmişə
ürəyində səndən qorxsun.
Dirhəm, qızıl, hər nə arzu edirsə, imkan daxilində ondan
əsirgəmə, qoyma ki o, pul xatirinə sənin ölümünü istəsin, miras
üçün bədnam olsun. Elm alıb sənət öyrənmək övladın haqqıdır.
Övlad pis də olsa, sən ona baxma, elm və sənət öyrətməkdə
səhlənkarlıq göstərmə heç bir dərrakəsi olmasa, sən öyrətsən də,
öyrətməsən də, həyat onu öyrədəcəkdir. Deyiblər ki: "Ata-anası
tərbiyə etməyəni gecə və gündüz tərbiyə edər". Həmin fikri
babam Şəmsülməali başqa ibarə ilə belə demişdir: "Ata və anası
tərbiyə etməyən adama gecə və gündüz tərbiyə verər".
Lakin atalıq şərtini yerinə yetir, qoy taleyi necədirsə, elə də
yaşasın. İnsan heçdən yarandıqda xasiyyət və təbiəti də onunla
birlikdə yaranır, yalnız təcrübəsizlik, acizlik və zəiflik üzündən
onu büruzə verə bilmir. Böyüdükcə onun bədəni və ruhu da
qüvvətlənər, yaxşı və pis əməlləri görünməyə başlar. Özü
kamala çatdıqda, adəti də kamala yetişər, yaxşı və pis tərəfləri
114 /
ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ .……………………………………………..
tam şəkildə meydana çıxar. Lakin sən elm və sənəti özünə miras
edib övladına qoy get ki, onun haqqını yerinə yetirmiş olasan,
çünki övlad üçün tərbiyədən yaxşı miras yoxdur. Sadə
adamların övladları üçün ən yaxşı miras peşədir. Peşə başqa
şeydir, sənət başqa şey. Lakin həqiqətə qalsa, mənim əqidəmcə
peşə ən böyük sənətdir. Böyük adamların uşaqları yüz peşə
öyrənib birini də işlətməsələr, bu eyib deyil, bəlkə sənətdir, bir
gün gələr hərəsi bir işə yarayar.
H e k a y ə t. Bil, elə ki, Qoştapsı
Dostları ilə paylaş: