Dedim getsəm onun yanından əgər,
Bəlkə ürək sakit oldu bir qədər,
Ordan qaçdım, qaçdı yuxum, iştaham
Xırda səhvdən doğurmuş böyük zərər!
Qənimətdən yemək mümkün olduqca, qazancdan yemə,
qazancdan yemək mümkün olduqca, mayadan yemə.
Sövdəgərin ən böyük zərəri mayadan yeməkdir. Ən qazanclı
mal odur ki, onu xalvarla, batmanla alıb, misqalla, dirhəmlə
satasan. Ən zərərli mal bunun əksini bil. qazanc ümidi ilə taxıl
almaqdan vaz keç, taxıl satanlar həmişə bədniyyət və bədtiynət
olarlar. Ən böyük düzlük odur ki, alverdə yalan danışmayasan.
Ticarətdə yalan danışmaq nə kafirə yarayar, nə müsəlmana. Mən
bu barədə aşağıdakı şe'rdə deyirəm:
R ü b a i
Eşq odu qəlbimə yanğınlar salan,
Naz oxu sinəmi nişanə alan!
Eşqini almışam qan bahasına,
Alverdə, bilirsən, deməzlər yalan!
Beh almamış heç bir şeyi əldən verməməlidir. Ticarətdə
utanmaq olmaz. Zirək adamlar demişlər:
"Utanmaq ruzini azaldar". Baha satmaqdan qorxmamalıdır,
lakin insafsızlığa da yol verməməlidir. Bu sənətdən başı
çıxanlar demişlər: "Ticarətin əsası qazanc və insafdır". Qazanc
dövlət artırar, insaf şöhrət. Bu barədə mən bir hekayət də
eşitmişəm.
H e k a y ə t. Eşitmişəm bir sövdəgər bir behsaxlayan
dükanın qarşısında min dinarlıq alver edir. Alver qurtardıqdan
sonra sövdəgərlə behsaxlayan dükandar arasında xırda pul
üstündə mübahisə başlayır. Behsaxlayan deyir: "Sənə bir dinar
da verəcəyəm". Sövdəgər deyir: "Yox, bir dinar qızıl,
bir də qara
pul". Səhərdən günortaya qədər qara pul üstündə cənə döyürlər,
sövdəgər qışqırır, bağırır, hay-küy salır, öz sözündən dönmür ki,
dönmür. Nəhayət, behçi yorulub bir qızıl dinarla həmin qara
pulu sövdəgərə verir. Sövdəgər pulu alıb yola düzəlir. Bu
hadisənin şahidi olmuş adamlar sövdəgəri məzəmmət etməyə
başlayırlar. Bu zaman behçinin şagirdi sövdəgərin dalınca gedib
ondan şagirdanəlik
143
istəyir. Sövdəgər qızıl dinarla hamin qara
pulu ona verir, uşaq geri qayıdır. Behçi uşağa deyir: "Ay
haramzadə, sən gördün ki, bu adam səhərdən günortaya qədər
camaatdan utanmayıb bir qara pul üstündə nə oyun çıxardı,
ümid edirdin ki, sənə bir şey verəcək?" Uşaq qızılı ustasına
göstərir, usta təəccüb edir və öz-özünə deyir: "Xudaya
136 /
ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ .……………………………………………..
xudavənda, bu nə işdir, bu uşaq gözəl deyil, özü də çox kiçikdir,
onun haqqında bədgüman olmağına dəyməz, bəs, bu xəsislikdə
adam bu qədər böyük bir əliaçıqlığı nə üçün etmişdir?"
Behçi sövdəgərin dalınca gedib deyir: "A kişi, mən sənə
təəccüb edirəm. Sən bütün günü camaat içində hamin pul
üstündə mənə baş ağrısı verdin, incitdin, sonra hamısını da
mənim şagirdimə bağışladın. O xəsislik nə üçün idi, bu
əliaçıqlıq nə deməkdir?-" Sövdəgər deyir: "Ey xacə, mənə
təəccüb etmə, mən sövdəgər babayam, sövdəgərliyin şərti isə
budur ki, ticarətdə bir dirhəm aldanmış olsan, ömrünün yarısını
aldanmış kimi olarsan, eləcə də səxavətdə xəsislik etsən, özünün
nanəcibliyini
sübut etmiş olarsan, ona görə mən nə ömrüm boyu
aldanmağı istəyirəm, nə nanəcib olmağı".
Mayası az olan sövdəgər şərikli ticarətdən qaçmalıdır.
Şərikli alver etməli olsa, insaflı, dövlətli və abırlı adamla
etməlidir ki, vərşikəst çıxdıqda ədalətsizlik etməsin. Bir də elə
mal almamalıdır ki, saxlanması böyük xərc tələb etsin, sınan və
ya çürüyən olsun. Baxtını yoxlamaq xatirinə mayasını
xərcləməməlidir, yalnız o halda belə etmək olar ki, zərər baş
verərsə, mayanın yarısından çoxunun qalacağına əmin olsun.
Kim səndən başqa yerə məktub aparmağı xahiş etsə, əvvəl
o məktubu oxu, sonra sahibinə çatdır. Başı bağlı məktublardan
çox bəlalar baş vermişdir. Bilmək omaz ki, iş necə olacaqdır!
Lakin ehtiyacı olan adamların məktubunu aparmaqdan ehtiyat
etmə. Hər şəhərə çatanda pis hadisələri danışma, ölüm xəbərini
vermə, lakin muştuluq çatdırmaqda da ehmallıq göstərmə.
Yoldaşsız səfərə çıxma, e'tibarlı yoldaş tap. Karvanda
adamların sıx olduğu yerdə ol, malını da adamların çox olduğu
yerdə qoy. Silahlı adamlar arasında getmə, çünki yolkəsənlər
birinci növbədə silahlılara basqın edərlər. Piyada atlıya
qoşulmamalı, düzlüyünə əmin olmadığı özgə adamdan yol
soruşmamalıdır. Çox nanəcib adamlar var ki, yolu yanlış
göstərər, sonra özləri dalınca düşər və malını tutub əlindən
alarlar. Yolda biri rast gəlsə,
ona gülərüzlə salam ver, özünü
yazıq və yorğun göstərmə.
Rəsədbanlara
144
xəyanət etmə, lakin şirin dil töküb onları
yumşaltmağı da unutma. Hazırlığın olmayınca yola çıxma, yol
rahat və abad olsa da, yayda qış paltarı götürmədən səfərə
getmə. Çarvadarlarla
145
yaxşı dolan, nabələd yerdə qalmalı
olsan, e'tibarlı sığınacaq tap.
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib
Üç cür adamla durub oturmaq olar: cavanmərd və şücaətli,
imkanlı və dövlətli, insaflı və mürüvvətli. İstiyə, soyuğa, aclığa,
susuzluğa davamlı olmağa çalış. Rahat həyata öyrənməkdə
ifrata varma ki, zərurət üzündən çətinlik baş versə, asan keçirə
biləsən. Bacardığın işlərin hamısını özün gör, başqalarına e'tibar
etmə, çünki dünya malı adamı tez aldadar. Alıb satmaqda
diribaş ol, düz danış, və'dini yerinə yetir. Çox alıb çox satmağı
bacar. Mümkün olduqca nisyə alver etmə, etməli olsan, bir neçə
cür adamla etmə: malı az olanla, alverə təzə başlayanla, alimlə,
ələvi ilə, uşaqla, qazının yaxın
vəkilləri ilə, şəhər müftiləri ilə,
dövlət xidmətçiləri ilə. Heç vaxt bu qəbildən olan adamlarla
alverin olmasın. Bu cür adamlarla alveri olan axırda zərər görüb
peşmanlıq çəkməkdən yaxasını qurtara bilməz.
Görməmiş adama heç bir şeyi e'tibar etmə, sınaqdan
çıxarılmamış adama inanma, imtahandan çıxmışı isə hər
addımbaşı yoxlama, sınaqdan çıxmışı çıxmamışla əvəz etmə,
uzun vaxt lazımdır ki, e'tibarlı bir adam ələ gətirəsən. Məsəl var
deyərlər: "Sınaqdan çıxarılmış div sınanmamış adamdan
yaxşıdır". Adamı əvvəl başqa adamla imtahan et, sonra özün
sına. Sənə layiq olmayan adam başqasına da layiq olmaya bilər.
Lakin yoxlayanda həmişə işə görə yoxla, sözə görə yox. Nəqd
sərçə nisyə tovuzdan yaxşıdır. Quru səfərində ona yarım, dəniz
səfərində isə ona on bir qazancın olsa, yenə dəniz səfərinə
çıxma, çünki dəniz səfərinin qazancı topuqdan olar, zərəri
xirtdəkdən. Az qazanc xatirinə böyük sərmayəni bada vermək
olmaz. Quruda bir bədbəxtlik üz versə, mal gedər, gan qalar,
dənizdə isə hər ikisinin qorxusu vardır. Malın əvəzini tapmaq
olar, canın isə yox. Dəniz işini padşahlıq işinə bənzədiblər,
birdən gəlib birdən gedər. Lakin dövlətin varsa, maraqlı şeylər
görmək məqsədi ilə bir dəfə gəmiyə minməyinə dəyər.
Peyğəmbər s. və s. demişdir: "Bir dəfə dəniz səfərinə çıxın
və böyük Allahın necə xariqələr yaratdığına tamaşa edin".
Alverdə çənə vurmaqdan qorxma, lakin malı da əldən
çıxartma.
Öz işini bütünlüklə başqalarının ixtiyarına vermə.
Deyiblər: "Başqalarının əli ilə yalnız ilan tutmaq yaxşı olar".
Həmişə gəlir və çıxarının hesabını saxla, imza verib heç bir şeyi
öz öhdənə götürmə ki, istədiyin vaxt boyun qaçıra biləsən.
Təsərrüfat işlərini yaxşı öyrən ki, səhv və nöqsanlara yol
verməyəsən. Nökərlərinə və yaxın adamlarına hər şeyi hesabla
ver, onlardan da hesab tələb et, həmişə gözün
üstlərində olsun
ki, qazanc və zərərlərindən xəbər tuta biləsən. Xain adamlardan
138 /
ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ .……………………………………………..
qaç, özün də başqalarına xəyanət etmə. Kim xalqa xəyanət etsə
və elə bilsə ki, başqalarına xəyanət etmişdir, səhv edir, xəyanəti
o, özünə etmiş olar.
H e k a y ə t. Qoyun saxlayan bir kişinin böyük qoyun
sürüsü və çox düz, əməli saleh bir çobanı var idi. Qoyunlar
gündə nə qədər süd verirdilərsə, azına-çoxuna artığına-əksiyinə
baxmadan çoban hamısını ağasının yanına aparardı. Ağası isə
həmin südə su qatıb çobana qaytarar və deyərdi: "Apar sat!"
Çoban həmin kişiyə öyüd verib nəsihət edər və deyərdi: "Ey
xacə, müsəlmanlara xəyanət etmə, xalqa xəyanət edənin axırı
yaxşı olmaz". Kişi çobanın sözünə baxmayıb südə su
qatmağında davam edərdi.
Bir dəfə çoban təsadüfən qoyunları suyu qurumuş bir
dərədə yatırdıb, özü bir təpənin başına dırmaşdı və orada
yuxuladı. Bahar fəsli idi, birdən dağlarda gurşad yarışlar
başladı, sel axıb dərəni doldurdu və bütün qoyunları boğub
öldürdü.
B e y t
Sanki o su toplandı dama-dama göl doğdu,
Birdən daşdı sel kimi bütün sürünü boğdu.
Çoban şəhərə gəlib qoyun sahibinin yanına südsüz getdi.
Kişi soruşdu: "Nə üçün süd gətirməyibsən?" Çoban dedi: "Ey
xacə, sənə dedim, südə su qatma, xəyanət olar sözümə
baxmadın. İndi camaata süd əvəzinə satdığın o sular bir yerə
toplanıb hücuma keçdilər və sənin bütün qoyunlarını apardılar".
Bacardıqca çalış xəyanətdən qaç, kim bir dəfə xəyanət etsə,
artıq heç kəs ona inanmaz. Düzlüyü özünə peşə et. Ən
böyük
məharət düzlükdür.
Ticarətdə və sövdəgərlikdə xoşrəftar ol. Heç kəsə və'də
vermə, verdikdə və'dəxilaf çıxma. Şeyin mayasının neçə
olduğunu demə, deyərsənsə düzünü de ki, Allah da mayana
bərəkət versin. Ticarətdə qəbz verib almaqda ayıq ol, qəbz
yazmalı olsan, haqqını almayınca onu əldən vermə. Hara getsən
orada özünə bir tanış tap.
Sövdəgərlik etsən və əvvəllər heç vaxt görmədiyin bir
şəhərə getməli olsan, özun haqqında mö'təbər bir adamın
xasiyyətnaməsi ilə get, bəlkə işə yaradı, lazım olmasa da ziyanı
yoxdur. Bilmək olmaz ki, orada işlər necə cərəyan edəcəkdir.
Adamlarla yola getməyə çalış. Yolagetməyən, nadan, axmaq,
tənbəl, namaz qılmayan, hörmət qanmayan adamla səfərə
çıxma. Deyiblər: "Əvvəl yoldaş, sonra yol".
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib
Sənə e'tibar edən adamların ümidini puça çıxarma, şeyləri
görməmiş alma. Satmaq istədiyin şeylərin əvvəl qiymətini
öyrən. Şərt-peymanla satma ki, məhkəməyə düşməkdən və dedi-
qodudan xilas olasan.
Ev saxlamaq yolunu yaxşı öyrən. Ən böyük ticarət, evi və
onun avadanlığını saxlamaqdır. Təsərrüfat
işlərini pərakəndə
halda aparmamalısan. Evə nə lazımsa, ildə bir dəfə bolluq vaxtı
hamısını birdən almalısan, özü də bir ildə sərf edə biləcəyindən
iki dəfə çox al. Sonra qiymət öyrən, qiymət qalxdıqda, şeylərin
hərəsindən yarısını sat. Beləliklə, həmin ili havayı dolanmış
olarsan. Burada nə günah var, nə bədnamlıq və heç kəs səni bu
işdə xəsis hesab etməz, çünki bu ev dolandırmaq yollarından
biridir. Öz təsərrufat işlərində kəsir görəndə, gəliri artırmaq
haqqında tədbir tök, kəsiri aralıqdan qaldır. Gəliri artırmaq
haqqında bir çarə tapa bilməsən, xərcini azalt. Elə bu da gəliri
artırmaq kimi bir şeydir. Ticarəti bəyənməsən və elmdə şöhrət
qazanmaq fikrinə düşsən, din elmi nəzərə alınmasa, tibb
elmindən ən faydalı və ən şərəfli elm yoxdur. Peyğəmbər s. və s.
deyibdir: "Elm ikidir: din elmi, bədən elmi".
Dostları ilə paylaş: