Microsoft Word Qabusname doc



Yüklə 1,84 Mb.
Pdf görüntüsü
səhifə65/103
tarix29.12.2016
ölçüsü1,84 Mb.
#3818
1   ...   61   62   63   64   65   66   67   68   ...   103
150
 əsasən özünün 
"On altı traktat"
151
 kitabında, bə'zilərini isə başqa  əsərlərində 
geniş izah edir. Ünsürlər nəzəriyyəsinə gəldikdə isə, bu barədə 
həkimə lazım olacaq qədər mə'lumatı "On altı traktat" kitabında 
olan "Ünsürlər" fəslindən, məzaclar haqqında olan nəzəriyyəni 
"Məzaclar" fəslindən, tərkiblər nəzəriyyəsini hamin məcmuədə 
olan "Təbii qüvvələr" kitabının ikinci məqaləsindən, oxşar 
üzvlər bəhsini "Kiçik anatomiya" kitabından, oxşamaz üzvlər 
haqqında "Böyük anatomiya" kitabından, təbii qüvvələr 
nəzəriyyəsini "Təbii qüvvələr" kitabından, heyvani qüvvələr 
nəzəriyyəsini "Ən-Nəbz" kitabından öyrən. Bunların hamısı "On 
142 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
altı traktat" məcmuəsindədir. Nəfsani qüvvələr nəzəriyyəsini 
"Bokrat (Hippokrat)
152
  və  Əflatunun rə'yləri"
153
 kitabından 
öyrən, bu da Calinusun əsəridir, lakin "On altı traktat" 
məcmuəsinə daxil deyildir.  
Əgər bu kitabı daha dərindən öyrənib öz bilik səviyyəni 
artırmaq istəyirrənsə, ünsürlər və məzaclar haqqında "Əlkun əl-
fəsad"
154
, "Əs-Səma-ül-aləm"
155
 kitablarını oxu, qüvvələr və 
hərəkətlər haqqında "Ən-Nəfs
156
  və  "Əl-hiss-ul-Məhsus"
157
 
kitablarını oxu, üzvlər haqqında "Əl-heyvanat"
158
 kitabından, 
xəstəliklərin növünü "On altı traktat" məcmuəsində olan "Əl-
iləlü əl-Ə'raz" kitabının birinci məqaləsindən öyrən. Əlamətlərin 
səbəbləri haqqında həmin məcmuənin üçüncü məqaləsini, 
xəstəliklərin səbəbləri haqqında yenə  də dediyim həmin 
məcmuənin dördüncü, beşinci və altıncı məqalələrindən oxu. 
H a ş i y ə. Nəzəriyyədən danışdığım üçün sözün 
uzanmasına baxməyaraq, gərək bir az da əməliyyədən danışam, 
çünki nəzəriyyə və əməliyyə cisimlə ruh kimi bir yerdə olarlar, 
cisim ruhsuz, ruh da cisimsiz kamil olmaz. 
Müalicəyə başlarkən, qocaların və cavanların yeməklərinə 
fikir ver, baxanlarına diqqət yetir. 
Xəstələrin müalicəsi iki cürdür: Hər  şeydən  əvvəl həkim 
xəstənin qüvvəsini, xəstəliyin növünü, səbəbini xəstənin 
məzacını, yaşını  sənətini,  şəxsiyyətini, təbiətini. Yaşadığı yeri, 
bədəninin vəziyyətini bilməyincə müalicəyə başlamamalıdır. 
H a ş i y ə. Sidik, nəbz, xarici görünüş, zərərsiz və zərərli 
əlamətlər, səpkilərin növü, ləkələr, daxildə ola biləcək 
xəstəliklər, onlardakı  ağrı  və böhranların, hərarət və 
qızdırmaların növünü bilməli, nə kimi tədbirlərin olduğunu 
öyrənməli, dava-dərman düzəltməkdə, onların tərkibini tə'yin 
etməkdə mahir olmalı  və bunları  hər müalicə qanununa görə 
mütəxəssislərin tapdıqları nüsxələr əsasında hazırlamalıdır. 
 Onların hərəsi haqqında harada oxumaq mümkün 
olduğunu deyirəm ki, sənə  mə'lum olsun və ehtiyac olduqda 
tapa biləsən, hifzi-səhhət haqqında "On altı traktat" 
məcmuəsindəki "Tədbir-Əsihha" fəslindən oxumaq lazımdır, 
xəstələrin müalicəsi, müalicə qanunları haqqında "On altı" 
məcmuəsindən oxu, zərərsiz və  zərərli  əlamətlər haqqında 
"Təqəddəmətül-mərifə" və Bokratın "Fəsillər"indən oxumalı, 
nəbz nəzəriyyəsini "Böyük nəbz və "Kiçik nəbz" kitablarından, 
sidik haqqında yenə də "On altı"da olan "Əl-Böhran" fəslindən 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib


 
 
və Calinusun "On altı"sına daxil olmamış başqa  əsərlərindən 
öyrənmək lazımdır. 
Daxili xəstəliklərin  əlamətləri haqqında "On altı"da olan 
"Əsan  əkməh" fəslindən, böhranlar nəzəriyyəsi haqqında yenə 
də "On altı"da olan "Əl-Böhran" fəslindən, böhran müddətini 
yenə də "On altı-da olan "Əyyam-ül-böhran", qızdırma bəhsini 
"On altı"da olan "Əl-hümməyat" fəslindən, ağır xəstəliklər 
müalicəsini Bokratın əsərlərindən olan "Maüş-şə'ir" kitabından, 
daxili xəstəlikləri "Hilətül-bər" kitabından, dərman hazırlamağı 
isə Calinusun "Dərmanların tərkibi" kitabından öyrənmək 
lazımdır. 
Müalicə edən gərək çoxlu təcrübə etsin, lakin təcrübələrini 
məşhur və böyük adamlar üzərində aparmamalıdır. 
Xəstəxanalarda işləməli və çoxlu xəstə görməli, çoxlu müalicə 
etməlidir ki, nadir xəstəliklər rast gələndə  çətinlik çəkməsin, 
üzvlərdə baş verən nasazlıqlar ondan gizli qalmasın, kitabda 
oxuduğu  şeyləri gözü ilə görmüş olsun və müalicə vaxtı aciz 
qalmasın. Bokratın "Vəsiyyətləri"ni oxumalıdır ki, xəstələrin 
müalicəsində vicdanlı olub, düzlük göstərməyi bacara bilsin. 
Həmişə özünü və paltarını  təmiz saxlamalı, xoş qoxulu 
ətirlər vurmalıdır. Xəstələrə baxarkən üzügülər, mehriban 
olmalı, xoş sözlər deyib xəstənin könlünü almalı, ona ürək-dirək 
verməlidir. Həkimin ürək-dirəyi xəstənin fitri hərarətini artırar, 
ona qüvvət verər. 
H a ş i y ə. Xəstəni yatmış bilsən, çağıranda cavab versə 
lakin səni tanımasa, gözünü açmaq istədikdə, gözü qapansa, pis 
əlamətdir. Huşunu itirmiş adam çapalasa, yerini islatsa-pis 
əlamətdir. Huşunu itirmiş adam hey qışqırıb  əllərini və 
barmaqlarını tutub sıxsa bu da pis əlamətdir. Xəstənin gözünün 
ağı adi haldan daha ağ, ya qarası daha qara olsa, dilini ağzında 
dolandırsa, ağır nəfəs alsa-pis əlamətdir. Böyuk paxıllıqdan və 
ya kədərdən xəstələnsə, ya təngnəfəslik  əmələ  gəlsə-pis 
əlamətdir. Xəstə ara vermədən qırmızı, sarı, qara, ağ qussa ya 
qusmağı dayanmasa, bu da qorxuludur. 
Əgər xəstə çox arıqlayıbsa və öskürürsə, onun 
bəlğəmindən bir az köhnə bir parça üstə götürüb qurut, sonra 
həmin parçanı yu, yeri qalsa-pis əlamətdir. Bu dediyim xəstələri 
müalicə etmə. Bu əlamətlərin onlarda olduğu müddətdə 
müalicənin xeyri olmaz. 
Əgər xəstə üstünə getsən, bu əlamətlərin heç biri olmasa, 
sağalmaq ümidi daha çox olar. 
144 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
H a ş i y ə. Sonra nəbzini tut, döyunüb barmağın altında 
qalxırsa, qanı artıbdır; barmaqın altında zərif və tez-tez vurursa, 
səfrası artıbdır; barmağın altında zəif, zərif, yumşaq, yavaş 
vurursa, ödu artmışdır; barmağın altında gec, sərt, sust vurursa, 
rutubəti artmışdır. Nəbzin hansı  tərəfə çox meyl etməsini 
istəyirsənsə, müalicəni də  həmin istiqamətdə apar. Nəbzini 
aydınlaşdırdıqdan sonra sidiyinə bax. 
H a ş i y ə.  Əgər sidiyin rəngi ağ olsa, şəffaf olmasa, 
xəstəliyi qəmdəndir. Ağ şəffaf olsa, xəstəliyi yelin, rütubətin və 
həzm olunmamağın çoxluğundandır. Su kimi şəffaf olsa, 
əsəbilikdən və  işlərin düz gəlməməyindəndir. Burunc rəngində 
olsa və onda xırda-xırda zərrələr görünsə, ishaldandır. Yağ 
rəngində olsa, dibində  xətlər görünsə, vaxtın çatmış olduğunu 
bildirər. Zə'fəran rəngində olsa, bil ki, hərarəti var, səfra ilə qanı 
qarışmışdır. Sidiyin üstü sarımtıl, dibi qaramtıl olsa bu 
səfradandır. Müalicə etmə; üstü qaraya çalsa da ondandır. 
Sidiyin dibi sarıya ya yaşıla çalsa, o, tez əvvəlki vəziyyətinə 
qayıdar. Xəstə sayıqlayırsa, sidik qırmızı  və ya qaramtıl isə 
demək öd qanla qarışmış və onun köpüyü üzə çıxmışdır, bundan 
da ehtiyatlı ol; qara olsa və üzərində qan kimi bir şey durmuş 
olsa, xəstənin üstünə getmə; əgər qara olsa və onda kəpək kimi 
bir şey olsa, ya üzərində qan kimi bir şey dursa o xəstəyə əlvida 
de. Sidik sarı olsa, parlaq günəş  rəngində görünsə, ya 
qırmızımtıl sarıya çalsa, xəstəlik qandadır, əmr ver qan alsınlar, 
tezliklə sağalar, sarı olsa onda qırmızı  xətlər görünsə, onu 
Allaha tapşır. Sidik sarı olsa, onda ağ cizgilər görünsə, xəstəlik 
uzun çəkər, yaşıl olsa, xəstəlik damaqdadır, yaşıl-qara olsa, 
orada çox dayanma, yaşıl-ağ olsa və onda sirkə qurdu
159
 kimi 
bir şey görünsə, onda yel babasili var və xəstə taqətsiz olar. 
Nəbz və sidiyə baxdıqdan sonra xəstəliyin növünü öyrən, 
çünki xəstəliklərin növü bir cürə olmaz. 
H a ş i y ə. Yeməklə kifayətlənmək mümkünsə, dərman və 
yağ vermə, yaş  dəsmal, məlhəm və yağla kifayətlənmək 
mümkünsə, həb və toz vermə. Çalış  dərman verməkdə ifrata 
varma. Rahatlanmaq və sakitlik yaratmaqla iş düzələ bilərsə, 
qusdurmağa çox cəhd göstərmə. Vəziyyəti xarablaşdıqda xüsusi 
dərmanlarla müalicəyə başla, yalnız sakitlik yaratmaqla 
kifayətlənmə. Heç vaxt xəstəni danlama; öz qullarının hayına 
xəstədən daha çox qal, demə ki, o artıq yaxşı olmuşdur. 
Qarınqulu xəstəyə çox da bərk pəhriz qoyma, onsuz da pəhrizi 
yerinə yetirməyəcəkdir. Sən ,o yediyi xörəklərin zərərini aradan 
qaldırmağa çalış. Həkimin  ən yaxşı xüsusiyyəti dərdi və 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib


 
 
dərmanı düzgün tə'yin edə bilməsidir. Bu barədə ona görə çox 
danışıram ki, mən bu tibb elmini həddindən artıq serirəm. Çünki 
faydalı elmdir. Ona görə bu barədə çox danışdım. İnsanlar çox 
sevdikləri haqqında çox danışmağı sevərlər. 
Həkimlik sənə qismət olmasa, nücum elmi çox şərafətlidir. 
Nücum elmini öyrənməyə çalış, çünki bu, çox böyük elmdir. 
Ona görə böyük elmdir ki, peyğəmbərlərin  ən  əzizi olan 
peyğəmbər 
əleyhissəlamın mö'cüzələrindəndir. Demək, 
şübhəsiz, bu elm peyğəmbərlik elmidir və bizim zəmanəmizdə 
şəriətin hökmünə görə qadağan edilmişdir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
146 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 

Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin