Microsoft Word Qabusname doc


TİBB ELMİ QAYDALARI HAQQINDA



Yüklə 1,84 Mb.
Pdf görüntüsü
səhifə64/103
tarix29.12.2016
ölçüsü1,84 Mb.
#3818
1   ...   60   61   62   63   64   65   66   67   ...   103
 
Otuz üçüncü fəsil 
TİBB ELMİ QAYDALARI HAQQINDA 
Ey oğul, bil, təbib olsan, gərək tibb elminin əsaslarını, həm 
nəzəri, həm əməli cəhətdən yaxşı biləsən. Bil ki, bədəndə hər nə 
varsa ya təbiidir, ya qeyri-təbii. Təbii olanlar üç növdur: bir növ 
odur ki,bədənin möhkəmliyini və davamlılığını saxlayır; ikinci 
növ isə  bədənin möhkəm və davamlılığını saxlayana tabe 
olanlardır; üçüncü odur ki, bədəni bir haldan başqa hala keçirir. 
Qeyri-təbii olanlar ya bilavasitə, ya dolayısilə zərər yetirənlər və 
ya özləri zərərli olanlardır.  İnsanın bədəninin möhkəmliyini və 
davamlılığını mühafizə edən ya maddədir, ya surət. Maddə 
olanlar ya uzaqdır, məsələn, ünsürlər kimi, onların sayı dörddür: 
hava, od, torpaq və su; ya ünsürlərə nisbətən daha yaxındır, 
məsələn, məzac
146
 kimi, onların sayı doqquzdur: biri mülayim, 
səkkizi isə qeyri-mülayim: bunların da dördü sadədir, dördü 
mürəkkəb; ya məzaca nisbətan daha yaxındır, məsələn, tərkib
147
 
kimi; onların da sayı dörddür: bəlğəm, səfra, öd, qan; ya 
140 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
tərkibdən daha yaxındır, məsələn, üzvlər kimi; onların sayı 
bə'zilərinin fikrinə görə dörd, bə'zilərininkinə görə isə ikidir. Bu 
dediyim sözlərin mə'nası budur ki, bədən üzvləri tərkibdən, 
tərkiblər məzacdan, məzac isə ünsürlərdən  əmələ  gəlmişdir, 
ünsürlər isə ən uzaq maddələrdir. 
Surət cinsindən olanlar üçdür: nəfsani, heyvani və təbii. 
Nəfsani qüvvət və hissdən ibarətdir. Hiss beş növdür: 
görmə, dad, eşitmə, qoxu, toxunma. Qüvvət və  hərəkət, 
hərəkətin sayı  və növü bədənin hərəkət üzvlərinin say və 
növünə  bərabərdir. Qüvvətdən ibarət olan üçdür: təxəyyül, 
təfəkkür və zikr. Heyvanilər ikidir: aktiv və passiv (genetik və 
potensial). Təbii üç növdür: istehsal edənlər, nizama salanlar və 
yeyənlər. 
Fəaliyyətlər qüvvələrin sayına mütabiqdir: nəfsani, 
heyvani, təbii. Ruh qüvvələrə xidmət etdiyindən fəaliyyətlərinin 
sayı qüvvələrin sayına tam bərabər olar. 
Bədənin möhkəmliyini və davamlılığını saxlayanlara tabe 
olanlar, məsələn, soyuqluğa
148
 tabe olan köklük məzacdır. 
İstiliyə
149
 tabe olan arıqlıq məzacdır, yanağın qırmızılığı kimi 
ki, qana tabedir, ya sarılıq kimi ki, səfraya tabedir, nəbzin 
vurması kimi ki, heyvani aktiv qüvvəyə tabedir, qəzəb kimi ki, 
passiv heyvani qüvvəyə tabedir, şücaət kimi ki, mülayim 
heyvani qüvvəyə tabedir, həya kimi ki, mülayim şəhvani 
qüvvəyə tabedir, hikmət kimi ki, mülayim nitq nəfsinə tabedir, 
xüsusiyyət və keyfiyyət kimi ki, maddə və ya surətə tabedir. 
Bədəni bir haldan başqa hala keçirən vasitələrə  zəruri 
səbəblər deyilir. Onlar altı növdür: birincisi hava, ikincisi 
yemək, üçüncüsü hərəkət və sakitlik, dördüncüsü yuxu və 
ayıqlıq, beşincisi geniş  və dar təbiətlilik, altıncısı hadisələr, 
məsələn, qəm, qəzəb və s. Bunlara ona görə  zəruri deyirlər ki, 
insanlar onlarsız keçinə bilmir. Onların hərəsinin insan bədəninə 
öz xüsusi və tam tə'siri vardır. Bunlardan biri müvazinətdə olsa, 
onların hamısının adamlar tərəfindən işlədilməsi düz və 
müvazinətdə olar, əksinə bunlardan bə'ziləri öz müvazinətini 
itirsə  və  ya  insanlar  tərəfindən düz istifadə edilməsə, ifratlıq 
üzündən xəstəlik və nasazlıq  əmələ  gələr. Təbiətdən xaric 
olanlar da üç qisimdir: 1) xəstəlik, 2) əlamətləri, 3) nəticələri. 
Xəstəlik də üç növdür: oxşayan üzvlərin xəstəliyi, oxşamayan 
üzvlərin xəstəliyi, bağların xəstəliyi. Oxşar üzvlərin xəstəliyi ya 
isti xəstəliyi olar, bu beş qisimdir, ya soyuq xəstəliyi olar, bu 
səkkiz qisimdir, ya rütubət xəstəliyi olar, ya quru. Bunların 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib


 
 
hərəsi dörd qisimdir. Oxşamayan üzvlərin xəstəliyinin səbəbi ya 
anadangəlmə olar, ya kəmiyyətcə olar, ya vəziyyətcə, ya sayca. 
Xilqətdən olan xəstəliklər ya şiş olar, ya batıq. 
Bu da yeddi cürdür, ya bərk olar, bu da iki cürdür; ya 
yumşaq, bu da iki cürdür. Miqdara görə  xəstəliklər üç cür, 
vəziyyətə və saya görə isə hərəsi iki cürdür. Bağlar dörd cürdür, 
xəstəlikləri isə üç cürdür:oxşar üzvlərin xəstəliyi, oxşamaz 
üzvlərin və bağların xəstəliyi. Buna ümumi-müştərək xəstəliklər 
deyilir, çünki o həm oxşar üzvlərə, həm də oxşamaz üzvlərə aid 
olur. 
Oxşar üzvlərin xəstəliyi səkkiz cürdür, dördü sadə: isti, 
soyuq, yaş. quru; dördü mürəkkəb: isti-yaş, isti-quru, soyuq-yaş, 
soyuq---quru. Oxşamaz üzvlərin də  xəstəliyi dörd cürdür: 
xilqətdən olanlar, miqdara görə, vəziyyətə görə, saya görə. 
Xilqətdən olan xəstəliklər dörddur: şişə görə, batıqlığa görə, 
bərkliyə  və boşluğa görə. Miqdara görə  xəstəliklər iki cürdür: 
artmaq yolu ilə  əmələ  gələnlər,  əksilmək yolu ilə  əmələ 
gələnlər. Vəziyyətə görə xəstəliklər iki cürdür: ya üzv öz olduğu 
yerdən oynayır, ya başqası ilə bitişməklə  fəsad törədir. Saya 
görə  də  xəstəliklər iki cürdür: ya çoxalmaqla əmələ  gələr, ya 
azalmaqla. 
Barda (rabitədə) olan xəstəliklər ya oxşar üzvlərdə olar ya 
oxşamaz üzvlərdə, ya da hər ikisində.  Əlamətlər-ya özünü 
hərəkətdə göstərər, ya vəziyyətdə göstərər, ya ifrazatda. 
Hərəkətdə göstərənlər üç cürdür, vəziyyətdə göstərənlər dörd 
cürdür, ifrazatda göstərənlər üç cür. 
Bilməlisən ki, elm iki qisimdir: nəzəri və  əməli. Nəzəri 
mən dediklərim idi. Yaxşı pis, sənə dediyim bu nəzəri cəhətin 
haradan oxumaq mümkün olduğunu da indi deyirəm, biləsən ki, 
bunların hərəsinin şərhi və incəlikləri nədən ibarətdir. 
Mənim dediyim bu nəzəriyyələri Calinus

Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin