Microsoft Word Qabusname doc


KATİBLİYİN QAYDALARI VƏ ŞƏRTLƏRİ HAQQINDA



Yüklə 1,84 Mb.
Pdf görüntüsü
səhifə72/103
tarix29.12.2016
ölçüsü1,84 Mb.
#3818
1   ...   68   69   70   71   72   73   74   75   ...   103
KATİBLİYİN QAYDALARI VƏ ŞƏRTLƏRİ HAQQINDA 
Bil, ey oğul, katib olsan, gərək qələmin qüdrətli xəttin 
qəşəng olsun. Xəttini daha gözəlləşdirməyə çalış, ona görə çox 
yazmağı adət et, xəttatlıqda mahir ol, çünki: 
Hekayət. Eşitmişəm, Sahib İsmail  Əbbad  şənbə günü 
divanxanada nə isə yazırmış. Üzünü katiblərə  tərəf çevirib 
deyir: "hər şənbə günü mən öz katibliyimdə bir nöqsan görürəm, 
çünki cümə günü divanxanaya gəlib bir şey yazmıram. Bir gün 
işləməməyin tə'sirini özümdə hiss edirəm". 
Ona görə  həmişə bir şey yazmaqla məşğul ol, xətlər iri, 
enli, aydın olmalı, yuxarıları bir-birinə bitişməlidir. Çox 
məsələdən danışılan, geniş mənalı məktublarda uzunçuluq etmə, 
necə ki, deyiblər: 
B e y t 
Hikmətə bax, gör nə demiş atalar:  
"Qısa sözdə olar dərin mə'nalar!" 
Öz məktubunu istiarələr, məsəllər, Qur'an ayələri, 
peyğəmbər hədisləri ilə  bəzə. Məktubu farsca yazsan, xalqın 
başa düşmədiyi  şəkildə yazma yaxşı deyil, xüsusilə  mə'lum 
olmayan söz işlətmə. Belə yazmaqdansa heç yazmamaq 
yaxşıdır. Ərəb məktublarının məziyyətləri və onu necə yazmaq 
qaydaları  mə'lumdur  Ərəb məktublarında səc
249
 böyük hünər 
sayılır və çox yaxşı xüsusiyyət hesab edilir, xoşa gəlir, farsca 
yazıda səc xoşa gəlməz, yazmasan daha yaxşıdır. Lakin hər nə 
yazsan ali, ifadəli,  şirin və gödək yaz. Katib gərək dərrakəli 
olsun, katiblik sirrini bilsin, rəmzli sözləri tez tapsın. 
H e k a y ə t. Belə  eşitmişəm ki, sənin baban Soltan 
Mahmud (Allah ona rəhmət eləsin), Bağdad xəlifəsinə bir 
məktub göndərib deyir: "Gərək Mavəraənnəhri mənə 
bağışlayasan və o barədə mənə mənşur
250
 göndərəsən, mən də o 
mənşuru camaata göstərəm, ya qılıncla ölkəni almalıyıq və ya 
əmrimlə rəiyyət mənə tabe olmalıdır". 
Bağdad xəlifəsi cavabında yazır: "Bütün islam ölkəsində 
onlardan daha dindar və daha müti olanı yoxdur, Allah eləməsin 
mən elə bir iş görəm.  Əgər sən mənim fərmanım olmadan 
onlara hücum etsən bütün dünyanı sənin əleyhinə qaldıraram". 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib


 
 
Soltan Mahmud bu sözlərdən pərt olub elçiyə deyir: 
"Xəlifəyə de ki, o nə danışır? Məgər mən  Əbu Müslimdən
251
 
əskiyəm?  İndi ki, iş belə oldu, budur min fil ilə  gəlib xilafət 
xanimanını fil ayaqları altında viran edəcəyəm. 
Darülxilafənin
252
 torpağını fil dalında Qəznəyə daşıtdıracağam". 
Öz filləri ilə çox böyük hədə-qorxu gəlir. Elçi gedir, bir 
neçə müddətdən sonra qayıdıb gəlir. Soltan Mahmud taxta 
oturur, haciblər, qulamlar səf çəkib dururlar, qızmış filləri saray 
önündə sıraya qoyurlar, qoşunları nizama düzürlər. sonra elçini 
çağırırlar. Elçi gəlir,  əl böyüklükdə, mənsuri
253
 kağıza 
burulmuş, möhürlənmiş  məktubu Soltan Mahmudun qabağına 
qoyur və deyir: "Əmirəlmö'minin deyir, naməni oxudum, 
cəlalını  eşitdim, sənin cavabın bu məktubda yazılmışdır". 
Divanxananın yazı işlərinə baxan xacə Bunəsr Müşkan
254
 əlini 
uzadıb məktubu götürür, açıb oxumaq istərkən görür, onun 
əvvəlində yazılmışdır: "Bismillahir rəhmanir-rəhim", bir az ara 
verildikdən sonra yazılmışdır: 

Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin