Rəiyyətə yaraşmayan şey şaha heç yaraşmaz. Qəzəl və təranə
yazarkən, incə və duzlu yaz, mədhnamələrin təntənəli və
gurultulu olsun. Söz söylədikdə, alicənab ol, hər kəsin öz yerini
bil, hərəyə özünə layiq mədh de. Məsələn, ömründə belinə bıçaq
bağlamamış adam haqqında demə ki, "qılıncın arslan parçalayar,
nizən Bistun
219
dağını qaldırar, oxla tükü vurarsan". Ömründə
eşşəyə minməmiş adamın atını Düldül, Büraq
220
, Rəxş
221
və
Şəbdizə
222
oxşatma, kimə nə demək lazım olduğunu bil.
Şair mədh edəcəyi adamın təbiətindən xəbərdar olmalıdır
bilməlidir ki, o nəyi xoşlayır, sonra elə mədh etməlidir ki, onun
xoşuna gəlsin. Sən onun xoşuna gələn şeyi deməyincə, o da
sənin xoşuna gələn şeyi sənə verməyəcəkdir.
Alçaq təbiətli olma, mədh etdiyin adamın ləyaqəti olmasa,
heç vaxt özünü qəsidədə
223
qul adlandırma, Həcv yazmağı peşə
etmə, həmişə kuzə su ilə dolu qayıtmaz. Zöhd
224
və Tövhid
225
haqqında yazmağa qadir olsan, kahıllıq etmə, hər iki dünya üçün
yaxşıdır, hərçənd şe'rdə mübaliğə məharət sayılır, lakin sən
yalanı həddindən artıq şişirtmə.
Dostlar və böyük adamlar haqqında mərsiyə yazmaq
vacibdir, lakin qəzəl və mərsiyəni bir üslubla, həcv və mədhi isə
başqa üslubla yaz. Həcv yazmaq istəsən, bil: necə mədhdə birini
tə'rifləyirsən, elə də həmin mədhin əksinə yaz. Mədhin əksinə
hər nə yazılsa, həcv olar, qəzəl ilə mərsiyə də bunun kimidir.
Lakin hər nə yazsan, özündən yaz, başqalarının sözünü
təkrar etmə, əks halda təb'in inkişaf etməz şe'r, meydanın
genişlənməz, ilk şe'rə başlarkən necə idinsə, elə də qalarsan.
Lakin şe'r yazmağa qüdrətin olsa, təb'in inkişaf etsə,
məharət qazansan, bir yerdə nadir bir sözə rast gəlib bəyənsən
və onu başqa yerdə işlətmək istəsən, inad edib yarışa girmə,
həmin şe'r növündə işlətmə, mədhdə rast gəlibsənsə, həcvdə
işlət, qəzəldə təsadüf edibsənsə, mərsiyədə istifadə et, mərsiyədə
eşidibsənsə, qəzəldə işə ver, Qoy heç kəs bilməsin ki, hardan
götürübsən.
Əgər mədh yazdıran tapıb bu yolla güzəran keçirmək
istəyirsənsə, qaşqabaqlı, çirkpaltarlı və turşsurətli olma, həmişə
xoşsifət və üzügülər ol. Nadir hekayətlər, maraqlı rəvayətlər,
gülməli məsəllər, məzəli lətifələri əzbərdən çox bil, bunları
mədh etdiyin adama və onunla bir yerdə olanlara danış, şair
bunlarsız keçinə bilməz.
Deyiləsi söz çoxdur, lakin bununla kifayətlənirəm.
Qalanına Allah kömək edər.
152 /
ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ .……………………………………………..
Otuz altıncı fəsil
Dostları ilə paylaş: