NƏDİMLİK QAYDALARI HAQQINDA Bil, ey oğul, əgər bir padşah sənə nədimlik versə, səndə
nədimliyə xas olan xüsusiyyətlər yoxsa, qəbul etmə, çünki şaha
nədimlik edən adamda bir neçə xüsusiyyət olmalıdır ki, o,
ağasının məclisini ziynətləndirə bilməsə də, heç olmasa,
korlamasın. Əvvəl, gərək bütün beş hiss üzvü onun ixtiyarında
olsun; ikincisi, görünüşü elə olmalıdır ki, adam ona baxanda
ürəyi bulanmasın, beləliklə, ağasının da ona baxmaqdan zəhləsi
getməsin; üçüncüsü, ərəbcə, farsca yazmağı yaxşı bilməlidir,
əgər təklikdə şaha bir şey yazıb oxumaq lazım gəlsə və katib
olmayanda, şah sənə bir məktub oxuyub-yazmağı əmr etsə, aciz
qalmayasan; dördüncüsü, nədim şair olmasa, yaxşı-pis şe'r yaza
bilməsə də, nəzm qaydaları ilə tanış olmalı, ərəbcə, farsca şe'rlər
əzbərləməlidir, ağasına hərdənbir şe'r lazım olanda şair
çağırmağa ehtiyac qalmasın, ya özündən desin, ya başqasının
şe'rini oxusun.
Eləcə də tibb və nücum elmindən mə'lumatı olmalıdır.
Əgər bu barədə söhbət düşsə, ya bunlara ehtiyac olsa, həkim ya
münəccim çağırmaq lazım gəlməsin, sən bildiklərindən danışıb
nədimlik şərtini yerinə yetirəsən. Belə olduqda o padşahın sənə
qarşı olan e'timadı artar, sənin xidmətindən istifadə etməyə daha
çox rəğbət göstərər.
Sonra, nədimin musiqidən də başı çıxmalı və bir şey
çalmağı bacarmalıdır ki, xəlvətdə şahın könlü musiqi istəsə və
çalğıçı yaxında olmasa, bildiyin ilə onun vaxtının xoş
keçməsinə səbəb olasan, beləliklə, şahın sənə qarşı olan meylini
artırasan.
Bundan əlavə, gərək yaxşı danışıq qabiliyyətin olsun.
Çoxlu hekayətlər, lətifələr və qəribə rəvayətlər biləsən, çünki
nadir hekayətlər bilməyən nədim yarımçıq hesab edilər. Bir də
gərək nərd və şahmat oynamağı biləsən, lakin qumarbaz
olmamalısan. Qumarbaz təbiətli olsan, nədimliyə yaramazsan.
Bütün bu dediklərimdən əlavə Qur'anı əzbərdən
bilməlisən, onun təfsirindən xəbərdar olmalısan, fiqhdən
mə'lumatın olmalıdır, peyğəmbərin hədislərindən bilməlisən,
şəriət elmindən və hər şeydən bir az bilməlisən ki, şah
məclisində bunlar haqqında söhbət düşsə, cavab verə biləsən,
160 /
ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ .……………………………………………..
qazı və fəqih çağırmağa adam göndərilməsin. Bir də şahların
tarixini çox oxumalı, onları yadda saxlamalı və özündən keçmiş
şahların xasiyyətləri haqqında elə şeylər deməyi bacarmalısan
ki, onlar hökmdarın qəlbinə tə'sir edə bilsin, ondan Allah
bəndələrinə xeyir və fərəh gəlsin.
Bir də səndə həm ciddilik olmalıdır, həm zarafatçılıq, lakin
gərək onları işlətmək yerini və vaxtını biləsən, ciddilik lazım
olan yerdə zarafat edib, zarafat yerində ciddilik göstərməyəsən.
Bildiyin hər hansı bir elmi işlədə bilməsən, onu bilib-
bilməməyin hər ikisi eyni olar.
Bütün bu dediklərimdən əlavə, bir də səndə mərdlik və
cəngavərlik iste'dadı olmalıdır, çünki şahlar həmişə eyş-işrətlə
məşğul olmurlar. Qoçaqlıq vaxtı gələndə igidlik göstər. Səndə o
qədər güc olmalıdır ki, bir və ya iki adamın öhdəsindən gələ
biləsən. Allah eləməsin, əgər, xəlvətdə və ya kef məclisində biri
şaha xəyanət fikrinə düşsə, ya hadisələrdən hadisə törəsə, sən
insanpərvərlik və mərdlik şərtini yerinə yetirə biləsən ki,
vəline'mətin sənin səbəbindən xilas ola bilsin. Əgər öldürülsən,
onun ağalıq və ne'mət haqqını ödəmiş, yaxşı adla bu dünyadan
getmiş olarsan. Sənin övladlarının həmin ağan boynunda böyük
haqları olar, salamat qalsan, bütün ömrün boyu yaxşı ad və xoş
güzəran qazanmış olarsan.
Əgər bu dediyim xüsusiyyətlər səndə olmasa, gərək
bunlardan daha çoxu olsun ki, şah nədimliyinə layiq görüləsən.
Nədimlikdən yalnız çörək yemək, şərab içmək və lətifə
danışmağı bacarırsansa, bu nədimlik üçün bəs deyildir. Nədim
olmaq istəyirsənsə, tədbir gör ki, o vəzifə axırda başına bəla
açmasın.
Həmişə fikrin öz ağanda olsun, şah məclisində onun
xidmətçilərinə nəzər salma, saqi sənə şey verdikdə, onün üzünə
baxma, başın aşağı olsun, meyi içəndə üzünə baxmadan qədəhi
saqiyə qaytar, qoy sənin haqqında şahın ürəyinə bir şey
gəlməsin. Özünü saxla, fəlakət baş verməsin.
H e k a y ə t. Eşitmişəm, Mə'mun
247 qazı Əbdülməlik
Ükbərini
248 öz xüsusi nədimi edir. Əbdülməlik çox şərabiçən
olduğundan qazılıqdan çıxarılmışdı. Bir gün məçlisdə bir qulam
həman qazı Əbdülmalikə şərab verir, o şərab qədəhini alarkən,
qulama nəzər salır və bir gözünü bir az qıyaraq ona göz vurur.
Bunu Mə'mun görür. Əbdülməlik Mə'munün gördüyünü
sezdiyindən gözünü həmin yarımyumulu halda saxlayır. Bir saat
keçdikdən qonra Mə'mun qəsdən Əbdülməlikdən sorüşur: "Ya
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib
qazı, gözünüzə nə olmuşdur?" Qazı Əbdülməlik deyir: "heç
bilmirəm nə oldu, bu saat gözüm belə qıyıldı".
Ondan sonra nə qədər ki, o sağ idi, səfərdə, şəhərdə,
gizlində, açıqda, evdə, məclisdə harada oldusa, heç vaxt gözünü
açmadı. Beləliklə, Mə'munun ürəyində ona qarşı olan şübhə
aradan qalxdı,
Bax, Nədim belə olar.