müti et, hər əməlində ağlınla məsləhətləş, çünki şahlığın əsil
vəziri ağıldır, ağlın tərəddüd etdiyi yerdə tələsmə, hansı işə
girişmək istəsən, oradan çıxmaq yolunu əvvəldən düşün. Axırını
görmədiyin
işin əvvəlinə başlama, həlimliklə yerinə yetirilə
bilən işi heç vaxt başqa yolla icra etmə. Zülmü sevən olma.
Zülm sevən şahın aqibəti fəlakətli olar. Bütün iş və sözlərə
ədalət gözü ilə bax ki, hər işdə haqqı, nahaqqı görə biləsən.
Şahın idrak gözü açıq olmasa, doğru və əyri yollar onun
üzünə açılmaz.
Həmişə doğru de, lakin az danışan və az gülən ol ki, sənə
tabe olanlar qudurmasınlar. Deyiblər ki, şahın ən böyük
bədbəxtliyi odur ki, rəiyyəti sözə baxmayan, xidmətçiləri
qudurğan olsun. Bəxşişi ehtiyacı olanlara ver ki, onlar da
müstəhəqlərə versinlər. Alitəbiətli ol, rəiyyət
və ordunun gözünə
alçaqtəbiət görünmə, amandır, özünü yazıq göstərmə. Haqq-
taalanın yaratdıqlarına qarşı rəhmli ol, lakin rəhmsizlərə rəhm
etmə, onları bağışlamağı adət etmə, amansız ol, xüsusilə öz
vəzirinə qarşı.
Əlbəttə özünü vəzirə güzəştə gedən tanıtma və həmişə
onun məsləhəti ilə oturub-durma. Bir adam və ya bir iş haqqında
vəzir hər nə desə, qulaq as, lakin dərhal əməl etmə. De ki:
"Baxarıq, nə lazımsa əmr edərik". Sonra işi yoxlamağı əmr et,
gör o işdə sənin xeyrini, yoxsa öz məiafeyini güdur.
Aydınlaşdırandan sonra necə məsləhətdirsə,
elə də cavab ver,
qoy səni öz rə'yinin qulu hesab etməsin.
Vəzirliyi kimə versən, ona tam ixtiyar da ver ki, sənin
məmləkətinin işləri axsamasın. Qoca da olsan, cavan da,
vəzirliyi həmişə qocaya tapşır, vəzarəti cavana vermə, bu barədə
belə bir şe'r də deyiblər:
Ş e ' r
Qocadan başqasın
eyləmə vəzir,
Uşaqlar şah taxtın tez bada verir
Sən qoca olsan, yaxşı düşməz ki, cavan sənə tədbir töksün.
Sən də cavan olsan, vəzirin də, cavanlıq odu birləşib iki olar,
məmləkətə iki tərəfdən od vurular.
Vəzir xeyirxah, ağsaqqal, qoca, lakin canı sulu, qarnı
böyük, özü yekəpər və boyu uca olmalıdır. Arıq, gödək,
qarasaqqal vəzirin heç əzəməti olmaz. Vəzirin əsil mə'nada
həqiqətən saqqalı uzun olmalıdır.
H e k a y ə t. Soltan Toğrul bəy
273
vəzirliyi Xorasan
vəzirlərindən birinə tapşırmaq istədi. Bir alimi seçdilər. Çox
176 /
ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ .……………………………………………..
uzun və enli saqqalı var idi, göbəyinə çatırdı. Onu çağırdılar,
vəzirliyə namizəd seçildiyi haqqında soltanın
fikrini bildirdilər,
dedilər: "Gərək məmləkətin kətxudalığını boynunuza
götürəsiniz, çünki vəzirliyə sizdən layiq heç kəsi tapa bilmirik".
Alim dedi: "Dünya Allahına deyiniz ki, şahın ömrü min il uzun
olsun, vəzirlik elə bir peşədir ki, adam bir çox xüsusiyyətə malik
olmalıdır, məndə isə saqqaldan başqa bu xüsusiyyətlərdən heç
biri yoxdur. Soltan öz bəndəsinin uzun saqqalına qürrələnməsin,
bu vəzifəni başqasına tapşırsın".
Vəzirə, onun yaxın adamlarına yaxşılıq et, maaş verməkdə,
hədiyyə bağışlamaqda xəsislik göstərmə. Lakin vəzirin qohum-
qardaşlarına vəzifə tapşırma, çünki piyi bir dəfəliyə pişiyə
tapşırmaq olmaz. Vəzir heç vaxt öz qohum-qardaşlarının
işinə
düz baxmaz sənin malın xatirinə qohumlarının xatirinə
toxunmaz. Bundan əlavə vəzirin adamları ona arxayın olub
camaata yüz qat artıq elə zülm edərlər ki, başqaları onun yüzdən
birinə də cəsarət etməz. Vəzir öz qohumlarının əvəzində imza
edə bilər, başqalarının əvəzinə yox.
Oğruya rəhm etmə, qatili bağışlama, bağışlasan, qiyamətdə
cəzasını çəkərsən, lakin nökərlərinə qarşı rəhmli ol, onları
bəladan qoru, çünki hökmdarı çobana, ona tabe olanları isə
sürüyə bənzətmişlər, çoban sürünü yırtıcılardan qorumasa, tez
məhv olarlar.
Hər kəsin öz gəlirini öyrən, öyrəndiyinlə kifayətlənmə,
hərəyə bir iş tapşır və vəzifəni onlardan əsirkəmə. Qoy bu işdən
aldıqları xeyir öz gəlirlərinə əlavə olunsun və daha yaxşı
yaşasınlar. Sən də onlar haqqında
daha az narahat ol, çünki
nökərləri iş tapşırmaq üçün saxlarlar.
Lakin sən birinə iş verib vəzifə tapşırarkən, diqqətli ol,
hərəyə özünə layiq iş ver, ləyaqəti olmayana vəzifə tapşırma.
Məsələn, saqiliyə yarayanı fərraşlığa göndərmə, xəzinədarlığa
layiq olana haciblik vermə, hər işi hər adama tapşırmaq olmaz.
Deyiblər ki: "hər işin öz adamı var"! Belə et ki, ağzıgöyçəklər
sənin dalınca qeybət qırmasınlar, işlərə də ziyan dəyməsin,
çünki xidmətçiyə vəzifə tapşırsan və o bunun öhdəsindən gələ
bilməsə, öz xeyrini nəzərə alıb bacarmadığını deməyəcəkdir,
vəzifəyə başlayacaq, lakin iş axsayacaq. Demək, istəyirsən baş
ağrısı olmasın, işi bacarana tapşır.
B e y t
Gecə-gündüz
duam budur, bil, sənə,
İş verəsən onu başa düşənə!
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib