SİPƏHSALARLIQ 269 QAYDALARI VƏ ŞƏRTLƏRİ HAQQINDA Bil, ey oğul, əgər sipəhsalar olsan, ordu və rəiyyətlə yaxşı
dolan, həm özün tərəfindən, həm də hökmdarın tərəfindən
yaxşılıq et. Rəiyyətə qarşı xeyirxah ol, həmişə zəhmli görün,
ordu təşkil etməyi və döyüş qaydalarını yaxşı bil. Müharibə baş
verdikdə sağ və sol cinaha davadan çıxmış, dünya görmüş,
təcrübəli sərkərdələr göndər. Ən şücaətli sərkərdəyə ən yaxşı
dəstə ver, ordunun yanlardan və arxadan qorunmasını ona tapşır.
Düşmən nə qədər zəif olsa da, sən ona zəif baxma, qüvvətli
düşməndən edəcəyin qədər gücsüz düşməndən də ehtiyat et.
Vuruşda çox da dəliqanlılıq etmə, ordunu bada verərsən, o qədər
ağciyər də olma, ordunu məğlubiyyətə uğradarsan.
Həmişə silah və atları yaxşı saxla, Casus yollayıb
düşmənin vəziyyətini öyrənməyi unutma, ordu önündə gecə-
gündüz kəşfiyyatçı dəstələri göndərməyi yaddan çıxarma. Vuruş
günü düşmən ordusuna nəzər saldıqda və iki qoşun bir-birinə
qarşı durduqda üzügülər ol və öz orduna onların kim
olduqlarını, kimlərdən doğulduqlarını, əsil-nəsəblərini xatırlat
və de ki, "Biz bu saat düşmənin atasını yandıracağıq, onları
darmadağın edəcəyik".
Ordunun hamısını birdən irəli aparma, bayraq-bayraq,
dəstə-dəstə atlılar göndər. Hərəsinə bir salar
270 , bir sərhəng
271
tə'yin et və de: "Filankəs, sən öz dəstənlə irəli!". Özün üçün
hücuma layiq olan əmiri öz yanında saxla. Yaxşı vuruşana,
düşmən öldürənə, yaralayana, əsir tutana, at gətirənə, baş
gətirənə, tə'rifə layiq xidmət göstərənə artıqlaması ilə hörmət et,
maaşını artır, xələt ver. Belə hallarda qənimət dalınca qaçma,
alçaqtəbiət olma, onda məqsədinə çatarsan. Bunu gördükdə
bütün qoşun vuruşa qalxar, heç kəs döyüşdən boyun qaçırmaz
və arzuladığın qələbəni əldə edərsən. Sənin istəyin bu yolla
yerinə yetirilə bilsə, çox gözəl olar. Amma sən hövləki olma, öz
yerində dur, davaya girişmə, çünki sipəhsalar özü davaya
girişsə, iş şuluqlaşa bilər. Lakin davaya girişməli olsan, bərk
vuruş, qaçmaq ağlına belə gəlməsin ölənə qədər vuruş, çünki
ölümü gözünə almış adamı yerindən qopartmaq olmaz. Gözlə
Soltan Mahmudun Xarəzmi fəthində Əscədi
272 tərəfindən təsvir
edilən sipəhsalarlardan olmayasan:
B e y t
174 /
ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ .……………………………………………..
Sipəhsalar dilərdi ordu qırsın, kamran olsun,
Axır məhv etdi bir ordu, o da öz şanlı ordusun.
Əgər qalib gəlsən, qaçanların dalınca çox uzaqlara getmə,
qayıdanda böyük xətalar baş verə bilər, işlərin nə ilə
qurtaracağını bilmək olmaz. Böyük əmir (atam), Allah ona
rəhmət eləsin, qaçanın dalınca getməzdi və heç kəsi də getməyə
qoymazdı, çünki heç kəs müharibə qaydasını ondan yaxşı
bilməzdi. Soltan Mahmud da belə edərdi və deyərdi: "Qaçan
yorulduqda cana doyub dayanar, geri dönsə, vuruşmasan
yaxşıdır, xatası var". Müharibəyə gedərkən, istər-istəməz
zahirdə başınla-gözünlə oraya necə girdiyini görəcəksən, lakin
batində qəlbinin gözü və ağlınla oradan necə çıxacağını
görməlisən, bəlkə sən düşünən kimi oldu. Bir də bu deyəcəyim
sözü unutma, bunu bir yerdə demişəm, bir də təkrar edirəm.
Müharibə olsa, yerin dar olsa, məsələn, arxanda bircə addım yer
qalsa, amandır bir addım da geri qoyma, çünki bircə qarış geri
getsən, dərhal səni geri çəkilən hesab edərlər. Həmişə durduğun
yerdən irəliləməyə çalış, heç vaxt bir də geriləmə.
Elə etmək lazımdır ki, ordu həmişə sənin canına və başına
and içsin. Sən özün də orduya qarşı əli-açıq ol, hədiyyə, ən'am,
xələt verə bilməsən, heç olmasa, çörəyi, şərabı, xoş sözünü
onlardan əsirgəmə. Bir tikə çörək, bir qurtum şərabı da ordusuz
içmə.
Çörəyin edə biləcəyini qızıl, gümüş və hədiyyə edə bilməz.
Həmişə ordunu ürəyişad saxla. İstəyirsən canlarını səndən
əsirgəməsinlər, çörəyini onlardan əsirgəmə.
Hər şey böyük Allahın əmrinə bağlı olsa da, sən düzgün və
lazımi tədbir gör, o şey ki, alına yazılıb, o onsuz da olacaqdır.
Demək, əgər Allah-taala sənə mərhəmət göstərib şahlığa
çatdırsa, şahlıq şərtlərini yerinə yetir, tə'rifə layiq həyat keçir, ali
düşüncəli və müstəqil fikirli ol.