Microsoft Word Qabusname doc


ﺮﺗ ﻢﻟا ﻞﻴﻔﻟا بﺎﺤﺻﺎﺑ ﮏﺑر ﻞﻌﻓ ﻒﻴﮐ



Yüklə 1,84 Mb.
Pdf görüntüsü
səhifə74/103
tarix29.12.2016
ölçüsü1,84 Mb.
#3818
1   ...   70   71   72   73   74   75   76   77   ...   103
 ﺮﺗ ﻢﻟا
ﻞﻴﻔﻟا بﺎﺤﺻﺎﺑ ﮏﺑر ﻞﻌﻓ ﻒﻴﮐ
  
"Məkər bilmirsən, Allah fil sahiblərinə  nə etdi?", yə'ni 
fillərin cavabın Allah özü verər.  
Eşitmişəm ki, Soltan Mahmudun halı pozulur,uzun müddət 
özünə  gələ bilmir, ağlayıb ah-zar edir, dindar olduğundan 
Əmirəlmö'minindən çoxlu üzr istəyir. Bu barədə danışsaq uzun 
çəkər. 
Əbubəkr Quhistaniyə bahalı xələt bağışlayır, ona nədimlər 
arasında oturmaq ixtiyarı verir, mənsəbini artırır. O, bircə sözlə 
iki böyük dərəcə alır. 
164 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
H e k a y ə t. Bir də belə eşitmişəm ki, Samanilər dövründə 
Əmir Bu-Əli Simcur
257
 Nişaburda oturur, "mən Xorasan Əmir 
Sipahsalarına tabeyəm"—deyir, lakin saraya getmirmiş. 
Samanilər sülaləsinin axır günləri olduğundan onlar o qədər də 
qüvvətli deyildilər, bu səbəbə görə  də Bu-Əlini zorla məcbur 
edə bilməyib, çarəsizlikdən yalnız xütbə oxutmaq, pul və 
hədiyyə almaqla kifayətlənirdilər. Bu zaman Əbdülcabbar 
Xocani
258
 Xocanda xətib idi. O şəriət qanunlarını yaxşı bilirdi, 
gözəl yazıçı, mahir katib, hər şeydən başı çıxan, çox bacarıqlı və 
usta bir adam idi. Əmir Bu-Əli onu Xocandan gətirib sarayda 
özünə katib edir, böyük ixtiyar və tam müstəqillik verir, heç bir 
işi onun məsləhəti olmadan görmür, çünki o, çox ağıllı bir adam 
idi. 
Əhməd ibn Rafi əl-Yə'qubi
259
 də Əmiri-Xorasanın
260
 saray 
katibi idi. O da çox alim, adlı-sanlı bir adam idi. 
Mavəraənnəhrin bütün işləri ona baxırdı.  Əhməd Rafi 
məktublaşdıqları üçün Əbdül cabbarla bərk dost imiş. Bir gün 
Xorasan  əmirinin vəziri Xorasan hökmdarına deyir: 
"Əbdülcabbar Xocani Bu-Əli Simcurun katibi olmasa, Bu-Əlini 
tez  ələ keçirmək olar. Bu-Əlinin bütün başıdikliyinin səbəbi 
Əbdülcabbarın iş bacarmasıdır. Bu-Əliyə  məktub yazıb demək 
lazımdır: Əgər mənə itaət edirsənsə və mənim nökərimsənsə, bu 
məktub sənə çatan kimi dərhal Əbdülcabbarın başını bu qasidlə 
bizim qulluğumuza göndər, biz də bilək ki, sən bizə itaət 
edirsən. Bizə  mə'lumdur ki, sən hər nə edirsənsə, onun 
məşvərəti ilə edirsən.  Əks halda Xorasanın  əmiri olan mən, 
şəxsən özüm gələcəyəm. Başının çarəsini qıl". 
Bu tədbiri tökdükdən sonra deyirlər, gərək bu məktub 
hökmən  Əhməd Rafiiin əli ilə yazılsın, çünki Əhməd Rafi 
Əbdülcabbarın dostudur, mütləq bir adam göndərib xəbər 
çatdıra bilər və Əbdülcabbar qaçar. 
Əmiri-Xorasan  Əhməd Rafini çağırır və Vu-Əliyə  həmin 
məzmunda məktub yazmasını  əmr edir və deyir: "Məktubu 
yazdıqdan sonra üç gecə-gündüz mənim evimdən xaricə 
çıxmamalısan, sənin və  mənim adamlarımdan heç kəs bu üç 
gündə  səni görməməlidir.  Əbdülcabbar sənin dostundur, ələ 
keçməsə, biləcəyəm ki, sən ona xəbər veribsən, bu sirri ona sən 
açıbsan". 
Əhməd Rafinin nitqi quruyur, ağlayır və öz-özünə deyir: 
"Kaş heç mən katib olmayaydım, belə fazil və alim bir dost 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib


 
 
mənim yazım ilə ölməyə idi... heç bilmirəm nə idim". Axırda bu 
ayə yadına düşür: 

Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin