Microsoft Word Qabusname doc



Yüklə 1,84 Mb.
Pdf görüntüsü
səhifə54/103
tarix29.12.2016
ölçüsü1,84 Mb.
#3818
1   ...   50   51   52   53   54   55   56   57   ...   103
EVLƏNMƏK HAQQINDA 
Ey oğul, evlənsən öz hörmətini
112
 qoru, mal şirin olsa da, 
onu arvad-uşağına  əsirgəmə. Lakin arvadı yaxşı saxla, övladı 
üzüyola, mehriban tərbiyə et, bu sənin  əlindədir. Mən bir 
misrada deyirəm: 
Uşağı tərbiyəylə, arvadı saxlamaqla!  
 
Amma arvad alanda malına görə alma, çox gözəlin də 
axtarma, gözəlliyə görə  mə'şuqəni seçərlər. Arvad ismətli, 
namuslu, dindar, evdar, ərini sevən, həyalı, təmizkar, başıaşağı, 
üzüyola,  əlidüz malyığan olmalıdır, beləsi gözəl də olar. 
Deyiblər: "Gözəl arvad həyatın bəzəyi olanıdır". 
Arvad mehriban, ürəyə yatan, gözəl olsa da, o saat özünü 
arvadın ixtiyarına verib onun əmrlərinə tabe olma. 
İskəndərdən soruşdular: "Nə üçün Daranın
113
  qızını 
arvadlığa götürmürsən, o ki çox gözəldir?" Dedi: "Çox çirkin 
olar ki, biz bütün dünyaya əmr verdiyimiz halda, arvad bizə 
hökm etsin". 
Özündən daha adlı-sanlı arvad alma. Bakirə qız var ikən ər 
görmüşə meyl salma, qoy onun qəlbində  sənin məhəbbətindən 
başqa heç kəs olmasın, elə təsəvvür etsin ki, bütün kişilər eyni 
cür olar, başqa kişilərə meyli düşməsin. 
Mehriban olmayan, ev dolandırmağı bacarmayan arvaddan 
qaç. Deyiblər: "Ər axar çaydır, arvad isə  bənd". Lakin arvad 
sənin malına sahib olsa və sənə aid olan malı sən istədiyin kimi 
istifadə etməyə qoymasa, onda arvad sən olarsan, o yox. 
Arvadı yaxşı ailədən almaq lazımdır, kimin qızı olduğunu 
bilmək lazımdır. Arvadı ev dolandırmaq üçün alarlar, şəhvət 
söndürmək üçün yox. Şəhvəti bazardan pulla alınmış cariyə ilə 
də aram etmək olar, bu qədər xərc töküb, əziyyət çəkməyə 
ehtiyac qalmaz. 
Arvad gərək tam həddi-büluğa çatmış, ağla-kamala dolmuş 
olsun. Atasının və anasının necə ev saxladıqını, necə ev 
dolandırdığını görmüş olsun. Beləsini tapsan, ehmallıq etmə, tez 
elçi göndər. Bir də çalış  qısqanma, qısqanacaqsansa, heç 
evlənmə, çünki sənin qısqanclığın çox zaman zorla onu əyri 
yola getməyə məcbur edər. Bil, qısqanclıq və qeyrət üzündən bir 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib


 
 
çox qadınlar  ərlərini öldürər, ya özlərini daha ləyaqətsiz 
adamlara təslim edərlər. Bundan çəkinməzlər. 
Lakin arvaddan şübhələnib onu qısqanmasan, pulunu 
ondan gizlətməsən və yaxşı saxlasan, Allahın verdiyindən onu 
yaxşı dolandırsan, o, sənə atandan, anandan və  uşaqlarından 
daha mehriban olar. Sən özünə ondan daha yaxın, daha səmimi 
bir dost tapa bilməzsən. Lakin şübhələnib qısqansan, o sənə min 
düşməndən daha qorxulu düşmən olar. Yad duşməndən 
qorunmaq olar, lakin arvaddan yox. 
Bakirə qız alsan, nə qədər şəhvətli olsan da, hər gecə ona 
yaxınlıq etmə, o səndən inciməz, elə güman edər ki, adət 
belədir. Əgər bir gün üzürlü səbəbdən yaxınlıq edə bilməsən və 
ya səfərə getsən, arvadın buna dözüb səbir edə bilər. Hər gecə 
yaxınlıq edib öyrəşdirsən, sən olmadıqda yenə ürəyi istər və 
çətin səbir edə bilər. 
Kişilər çirkin, qoca olsalar da arvadlarını görməyə onlara 
imkan yaratma. Heç bir cavan xidmətçini, zənci və sadə olsa 
belə, arvadların olduğu evə buraxma. Kardan düşmüş qoca 
zənciləri buraxmaq olar. 
Qeyrət şərtlərini yerinə yetir. Qeyrətsiz kişini adam hesab 
etmə. Kişinin qeyrəti olmasa, onun məsləki də olmaz. 
Arvadını  mən dediyim kimi saxlaya bilsən və Allah-taala 
sənə övlad versə, onların da tərbiyəsinin hayına qal. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
112 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
İyirmi yeddinci fəsil 

Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin