Döyüşdə bir addım irəli getmək mümkünsə, bir qədəm geri
qoyma. Düşmən tərəfindən mühasirəyə alınsan, vuruşu
dayandırma, çünki yalnız vuruşla düşməni ram etmək olar.
Onlar sənin igidliyini gördükdə qorxuya düşərlər. Belə yerdə
ölümü özün üçün xoşbəxtlik hesab et. Heç
vaxt qorxma, ürəkli
ol.
Qoçaqların əlində qısa qılınclar uzun görünər. Vuruşda
ehmallıq yaramaz, balaca qorxaqlıq və ya süstlük oldumu, min
canın olsun, birini də salamat apara bilməzsən. Ən alçaq adam
sənə üstün gələr. Beləliklə, öldürülsən rüsvayçılıq olar,
bədnamlıqda şöhrət taparsan. Qəhrəmanlıqda məşhur olsan,
səndən bir səliqəsizlik baş versə də ziyan çəkməzsən, tay-
tuşların içində başıaşağı olmazsan. Lakin şöhrət
və dövlət
olmadıqda, adamın öz tay-tuşları arasında hörməti də olmur.
Belə yaşayışdan isə ölüm üstündür. Yaxşı adla ölmək pis adla
yaşamaqdan yaxşıdır.
B e y t
Xoşdur yaxşı adla əgər ölsəm mən,
Mənə ad qalacaq, öləcək bədən.
Lakin nahaq qan tökməyə həvəskar olma, heç müsəlmanın
qanını halal hesab etmə. Öldürsən yolkəsənləri, oğruları,
gorqazanları, yolazanları öldür. Nahaq qan hər iki dünyanın bəla
qapılarını sənin üzünə açmış olar. Qiyamətdə cəzasını alarsan,
bu dünyada pis ad qazanarsan. Gücsüzlər sənə e'tibar etməz.
Xidmətçilərin ümidi qırılar. Xalq səndən nifrət edər. Camaat
ürəklərində sənə kin bəslər. O dünyada
bütün əzab-işgəncələr
nahaq qan üstündə verilər. Lakin mən kitablarda oxumuşam,
təcrübədən də görmüşəm ki, nahaq qanın cəzasını elə bu
dünyada da çəkərlər. Əgər adamın öz taleyi uğurlu olsa, bəla
onun övladına yetişər. Buna görə, özünə və balalarına yazığın
gəlsin, nahaq qan tökmə. Lakin sərfəli olan haqq qanın
axıdılmasında da kahıllıq göstərmə, işlərlnə ziyan dəyər.
Məsələn, mənim babam Şəmsülməali haqqında nağıl edirlər ki,
o çox qəddar adam imiş və heç kəsi bağışlamazmış. Çox pis
adam imiş, pisliyindən qoşun ondan nifrət edirmiş. Onlar mənim
əmim Fələkülməali ilə əlbir olurlar, o, məcburiyyət üzündən
gəlib öz atasını həbs edir, çünki ordu ona demişdi: "Sən
bu işdə
bizimlə bir olmasan, biz bu şahlığı özgələrinə verəcəyik".
Şahlığın öz xanədanının əlindən çıxacağını gördükdə zərurət
üzündən, şahlıq xatirinə bu işi elədi. Babamı tutub əl-qolunu
bağladılar, kəcavəyə mindirdilər, inanılmış adamlardan ibarət
keşikçi qoydular və Cənaşk qalasına göndərdilər. Onu yola
92 /
ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ .……………………………………………..
salanlar içərisində Abdullah adlı bir adam var idi. Yolda
Şəmsulməali həmin adama deyir: "Ya Abdullah, bu işin kim
tərəfindən edildiyini, bu tədbirin necə həyata keçirildiyini
bilirsənmi? Necə oldu ki, belə böyuk bir iş görüldü, mən isə
xəbər tutmadım"? Abdullah deyir ki,
bunu filankəslər və
filankəslər etmişdir. Beş sipəhsaların adlarını çəkir, deyir: "Bu
işi onlar etmiş, ordunu onlar yoldan çıxarmışlar. bu işdə mənim
də əlim olmuşdur. Lakin sən bu işi məndən görmə, özündən gör,
çünki bunun səbəbi ordunun üz döndərməsi deyil, sənin çoxlu
adam öldürməyindir". Şəmsülməali deyir: "Səhvin var, bu iş
mənim başıma adamları öldürmədiyim üçün gəlmişdir. Əgər iş
ağıllı qurulsaydı, gərək sənin və o beş nəfərin də qanı axıdılmış
olaydı. Belə etmiş olsaydım, həm işlərim sahman olardı, həm
özüm salamat qalardım".
Bunu deyirəm, biləsən ki, görüləsi zəruri olan işlərdə
ehmallıq etməyəsən, məcburi olanlarda süstlük göstərməyəsən.
Bir də ki, adam axtalatmağı özünə adət etmə,
bu qan tökməyə
bərabər bir şeydir. Öz şəhvətin xatirinə bir müsəlmanın nəslin
kəsirsən, bundan daha ağır zülm ola bilməz. Sənə xədim
lazımsa, xədim edilmişi tap ki, onun günahı başqasının
boynunda olsun, sən bu günaha batmış olmayasan.
Döyüş məsələsinə gəldikdə isə, dediyim kimi ol, canının
hayına qalma, nə qədər ki, bədənini itlərə yem etməmisən, adını
şirlər adına qoşa bilməzsən. Bil ki, bir gün doğulan, bir gün də
öləcəkdir.
Canlılar üç növdür: danışan çanlılar, danışıb ölənlər, canlı
ölülər, yə'ni: mələklər, insanlar, quşlar və heyvanlar. Pəhləvi
dilində bir pars kitabında oxumuşam: Zərdüştdən
soruşurlar ki,
"canlılar neçə növdür"? O da belə cavab verib demişdir:
"Danışan canlılar, danışan və ölən canlılar, ölən canlılar".
Demək mə'lum olur ki, bütün canlılar ölür və heç kəs öz
əcəlindən əvvəl getmir. Ona görə də döyüşdə inamla vuruşub
sə'y göstərmək lazımdır ki, həm çörəyə çatasan,'həm şöhrət
tapasan.
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib