Onu da bilməlisən ki, söz dörd cürdür: birini nə bilərlər nə
deyərlər, birini həm bilərlər, həm də deyərlər, birini deyərlər,
lakin bilməzlər, birini bilərlər, lakin deməzlər.
Bilinməyən və
deyilməyən sözlər dinə ziyanı olanlardır, bilmək lazım olmayıb
deyiləsi sözlər: haqq-taalanın kitabında, peyğəmbər
əleyhissəlamın hədislərində, elmi kitablarda, üləmanın
əsərlərində olan sözlərdir, çünki belə sözlərin şərhi yalnız
təqliddən ibarət olar, onlardakı ziddiyyət ixtilaf və çətinlikləri
açıb göstərmək vəhydən xəbər vermək və ona bənzər kimi bir
şeydir. Ona görə, kim belə şeyləri şərh etmək həvəsinə düşsə,
xüdavəndi-aləm onun cəzasını verər həm bilməli, həm deməli
sözlərə gəldikdə, onlar həm dinə, həm dünyaya lazım olan, yə'ni
hər iki dünyada işə yarayan sözlərdir. Belə sözlərin həm
danışana, həm də dinləyənə faydası olar.
Bilib deyilməyəsi sözə
misal onu göstərmək olar ki, böyük bir adamın və ya bir dostun
sənin yanında bir eybi ola, ya ehtimal üzündən və ya işin
gedişindən elə güman edəsən ki, o, şəriətə düz gəlmir, desən ya
həmin böyük adamın qəzəbinə səbəb olarsan, ya o dostuna ziyan
vurarsan, ya qara camaatın tə'nəsinə mə'ruz qalarsan. Belə bir
söz bilib deyiləsi mümkün olmayan sözdür. Dediyim bu dörd
növ sözün ən yaxşısı odur ki, onu həm bilmək olar, həm də
demək.
Lakin bu dörd növ sözün hərəsinin iki üzü vardır: biri
gözəl, biri çirkin. Camaat arasında danışarkən gözəllərini danış
ki xalqın xoşuna gəlsin və qabiliyyətinin dərəcəsi mə'lum olsun.
Böyük və ağıllı adamları sözlərinə görə tanıyarlar, sözləri
adamlara görə yox. Hər adam öz sözünün altında gizlənmişdir.
Əli Əmirəlmö'minin (Allah ondan razı olsun) belə demişdir:
"Hər kəs öz dilinin altında gizlənmişdir". Söz var bir cürə
deyərsən, insanın ruhu təzələnər, başqa cürə deyərsən adamın
qəlbi kədərlənər.
H e k a y ə t. Eşitmişəm, bir dəfə Harun ər-Rəşid
36
yuxuda
görür ki, bütün dişləri tökülübdür. Səhəri yuxuyozanı çağırıb
soruşur: "Bu yuxunun mə'nası nədir?". Yuxuyozan deyir:
"Əmirəlmö'minin
ömrü uzun olsun, bütün qohum-əqrəban
səndən qabaq öləcək, belə ki, heç kəs qalmayacaqdır". Harun ər-
Rəşid deyir: "Bu yuxuyozana yüz çubuq vurun, o belə bir ağır
xəbəri nə üçün mənim üzümə dedi, bütün qohum-qardaşım
məndən əvvəl öləcəksə, onda mən kimə lazımam?!".
Əmr etdi, başqa yuxuyozanı çağırdılar, yuxunu ona
danışdı. Yuxuyozan dedi: "Əmirəlmö'mininin gördüyü bu yuxu
göstərir ki, Əmirəlmö'minin bütün qohum-əqrabasından çox
58 /
ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ .……………………………………………..
yaşayacaqdır". Harun ər-Rəşid dedi: "Ağlın hökmü eynidir,
tə'bir hamin tə'birdir, lakin ibarələrdə böyük fərq vardır". Əmr
etdi, hamin kişiyə yüz dinar versinlər.
Deməli, sözün dalına-qabağına fikir vermək lazımdır,
dediyin sözü ən gözəl tərzdə demək lazımdır ki, həm söz
anladan olasan, həm söz anlayan. Əgər dediyin sözü anlamasan,
səninlə o tutuquşunun nə fərqi var? O da söz deyə bilir,
lakin
söz anlayan deyil. Söz anlayan ona deyərlər ki, onun da sözünü
başqaları anlasın, belələri ağıllı adamlar hesab edilər, əks halda
insan deyil, heyvan zümrəsindən sayılarlar. Sözü böyük hesab
et, söz göydən enmişdir, onun qədrini bil, yerində deyilməli
sözü saxlama, de, lakin yersiz danışmaqla da onu qiymətdən
salma ki, hikmətə zülm etmiş olmayasan!
Nə desən düzünü de, mə'nasız müddəalarda olma. Hər
müddəa üçün isə çox da sübuta can atma. Bilmədiyin elmdən
dəm vurma, o elmdən çörək gözləmə, çünki sən elə elmdən, elə
minbərdən məqsədinə çata bilməzsən, yalnız bildiyin elmdən
məqsədə çata bilərsən. Bilmədiyin şeydən heç şey də əldə edə
bilməzsən.
Hekayət. Eşitmişəm,
deyirlər ki, Xosrov
Dostları ilə paylaş: