Microsoft Word Qabusname doc



Yüklə 1,84 Mb.
Pdf görüntüsü
səhifə85/103
tarix29.12.2016
ölçüsü1,84 Mb.
#3818
1   ...   81   82   83   84   85   86   87   88   ...   103
 
QEYD VƏ ŞƏRHLƏR 
Müqəddimə 
1 Əmir Ünsurülməali Keykavus ibn İskəndər ibn Vəşmgir 
ibn Ziyar—"Qabusnamə" əsərinin müəllifi, 1021-ci ildə anadan 
olmuşdur. Ölümü haqqında müxtəlif fikirlər vardır. Bə'zi 
mə'xəzlərə görə 1067/68-ci illərdə, bə'zilərinə görə isə 1082/83-
cü illərdən sonra vəfat etmişdir. 
Ərəb ad və ləqəblərinin oxunması 
Ərəb və fars mə'xəzlərində, ümumiyyətlə,  Şərq 
mə'xəzlərində  bə'zən ad, ləqəb, atanın adı, təxəllüs, familiya
əsil, nəsəb və sairəni ayırmaq o qədər də asan olmur. Bir sıra 
hallarda bu ad və  ləqəblər o qədər bir-birinə qarışır ki, əsərin 
kim tərəfindən yazıldığını müəyyən etmək üçün böyük zəhmət 
tələb edilir. Bə'zən ayrı-ayrı hallarda tədqiqat işi aparmaq lazım 
gəlir. Biz "Qabusnamə"də tez-tez belə mürəkkəb ad və ləqəblərə 
təsadüf edirik. Ona görə də, ümumi şəkildə olsa da, ərəb ad və 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib


 
 
ləqəblərini"necə yazıldığı, onları necə oxuyub necə başa düşmək 
lazım gəldiyi haqqında danışmağa dəyər. 
Bu ümumi qayda-qanun əsasən aşağıdakılardan ibarətdir: 
a) Ləqəb—məsələn, Ünsurulməali, 
Şəmsülməali, 
Nizamülmülk, Məliküşşuəra,  Ədibussəltənə  və sairə. Bu 
ləqəblər rəsmi olaraq böyük adamlar—şahlar, soltanlar, 
xəlifələr,  əmirlər tərəfindən verilərdi. Bə'zi hallarda müəyyən 
xidmət, iste'dad və  bədəndə olan xüsusi əlamətə görə belə 
ləqəblər xalq arasında qeyri-rəsmi surətdə də şöhrət tapa bilərdi. 
b) Künyə—yə'ni kimin atası olduğu yazılır və "əbu" ya "bu 
sözü ilə göstərilir. Məsələn, Əbu Talib—yə'ni Talibin atası. 
v) Şəxsin öz adı göstərilir. Məsələn, Əhməd, Həsən, Qiyas 
və b. k. 
q) Atasının adı, daha doğrusu, kimin oğlu olduğu göstərilir. 
Bu atanın adının  əvvəlinə "ibn" və ya "bin" sözu artırmaqla 
ifadə edilir. Məsələn, İbn Sina, yə'ni Sinanın oğlu, İbn Müqəffə, 
yə'ni Muqəffə'nin oğlu.  Şəxsin ata-babalarını, necə deyərlər 
yeddi arxasını göstərmək üçün bu "ibn" və "bin"lərin sayı çox 
ola bilər və səkkizinci babaya ulu babaya qədər davam edə bilər. 
Məsələn, Mərzban ibn Şəhryar ibn Rüstəm ibn Şərvin bin 
Rüstəm ibn Söhrab ibn Bəv ibn Şapur ibn Qeys ibn Qubad. 
d) Nisbə—Şəxsin kimə, haraya mənsub olduğunu göstərir 
Məsələn, Tusi, Şirvani, Gəncəvi, Şirazi və sairə. 
Əlbəttə, hər yerdə  və  hər  əsərdə burada göstərilən bütün 
maddələrin hamısının işlədilməsi məcburi deyildir. Lakin 
bütöv,bitkin göstərildikdə bu qaydaya riayət edilir. Adətən kim 
nə ilə daha çox şöhrət tapıbsa, çox halda elə də işlənir. Məsələn, 
İbn Sina, Əbu Nüvas, Əbul Məali, Nizami Gəncəvi, Sə'di Şirazi 
və s. 
2 Keyxosrov—Kəyan  şahlarından birinin adı. Firdövsi öz 
"Şahnamə" əsərində onun haqqında ətraflı danışmışdır. 
200 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
3  Əbul-Müəyyəd Bəlxi.—X  əsr  şairi. Kəyan  şahları 
haqqında şe'rlər yazmışdır. Əsərlərindən "Əcayibül-əşya"sı daha 
məşhurdur. 
4 Mərzban ibn Rüstəm ibn Şərvin—"Qabusnamə" 
müəllifinin ana babası və Ünsurulməalinin dediyinə görə,  
"Mərzbannamə" 
əsərinin müəllifidir. Lakin bə'zi 
tədqiqatçıların fikrinə görə, həmin  əsərin müəllifi Mərzban ibn 
Rüstəm ibn Şərvin deyil, Mərzban ibn Rüstəm ibn Şəhryar ibn 
Şərvin olmuşdur. 
5  Ənuşərəvan,  Ənuşirəvan, Nuşirəvan, Nuşirəvan adil—
Sasanilərin 24-cü şahı (531-579). 
6 Kavus ibn Qubad,—Birinci Xosrov Ənuşirəvanın 
qardaşı, 
7 Qazı Soltan Mahmud Nasirəddin—Soltan Mahmud 
Qəznəvi nəzərdə tutulur. 998-1030-cu illər arasında hakimiyyət 
başında olmuşdur. Deyilənlərə görə, Firdövsi "Şahnamə"ni 
əvvəlcə onun adına yazmaq istəmiş, lakin şah  əsər üçün və'd 
etdiyi pulu vermədiyindən Firdövsi fikrini dəyişmiş, ustəlik 
Soltan Mahmuda bir həcv də yazmışdır. 
8 Firuzan Deyləmi—Deyləmi hökmdarı. Samanilərlə 
vuruşda 901-ci ildə öldürülmüşdür. 

Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin