Bil, insanlara xas olan üç xüsusiyyət var və elə bir adam
tapa bilməzsən ki, bu xüsusiyyətlərin özündə olmadığını e'tiraf
etsin. Allah-taala bu üç xüsusiyyəti çox az adama verdiyinə
baxmayaraq, hamı: alim, cahil, ağıllı, axmaq bu cəhətdən Allah-
taaladan razıdırlar.
Lakin kimə bu üç şey verilibsə, onlar Allah-taalanın xüsusi
bəndələri hesab edilməlidir: birincisi- ağıl, ikincisi-düzlük,
üçüncüsü-insanlıq.
Xalqın bu iddiasına diqqətlə baxsan, görərsən ki, heç kəs
ağıl, doğruluq və insanlığa malik olduğunu yalandan iddia
etmir, çünki elə bir canlı yoxdur ki, onda bu
üç xüsusiyyət
olmasın. Lakin vasitələrin kütlüyü və nasazlığı bunların əsl
yollarını insanların çoxunun üzünə bağlı saxlayır. Allah-taala
insanı ayrı-ayrı üzvlərin toplanmasından yaratmışdır. Ona sən
küllün aləmi de, ya cüz'ün aləmi- hər ikisi doğrudur. Çünki
insanın bədənində təbiət qüvvələrindən göyun, ulduzun,
maddənin, ünsürün, surətin, nəfsin və ağılın hissəsi vardır.
Bunların hərəsi özlüyündə tərkibə görə deyil, dərəcəyə görə ayrı
xüsusi bir aləmdir və insan bu aləmlərin toplanmasından və
məcmuundan ibarətdir. Demək, yaradan bu aləmləri bir yerə
toplamış, onları barlarla bir-birinə bağlamışdır. Bu böyük
dunyada gördüyün kimi, göylər, ulduzlar, təbiət qüvvələri
arasında da belə rabitələr vardır, onlar zatlarına (substansiyaya)
görə müxtəlif olduqları halda, bir-birindən asılıdırlar. Məsələn,
cinslərinə görə bir-birinə zidd olan su ilə od kimi, torpaqla hava
da bir-birinin ziddidir. Demək, su ilə od arasında rabitə
yaratmaq üçün torpaq vasitəçi olur, onun quruluğu- od,
soyuqluğu- su ilə, suyun soyuqluğu- torpaq, yumşaqlığı hava
ilə, havanın yumşaqlığı- su, istiliyi od ilə, odun zatı- efir,
istiliyi- ulduzların və göylərin şahı olan Günəşlə, Günəş isə
zatına görə- maddə, maddəliyinə görə isə- şüalanma ilə
rabitədədir, çünki Günəşin zatı xususi ünsürdəndir
287
.
Maddə ali
qüvvə vasitəsilə- nəfslə, nəfs isə əqllə rabitədədir.
Səbəb, nəticə, eləcə də hadisələr arasında maddə və
qüvvətə görə rabitə vardır. Əgər nəticə səbəbdən həmin rabitə
vasitəsilə maddə və qüvvə almasa, aralarındakı əlaqə pozular,
habelə təbiət fələkdən, fələk zatdan, zat nəfsdən, nəfs əqldən.
Bu minvalla müqayisə et.
Bir də insanın bədənində nasazlıq və ağırlıq adına nə varsa,
hamısı təbiət qüvvələrindən əmələ gəlmişdir. Surət, sifət, həyat,
qüvvət, hərəkət-fələklərdən; beş cismani duyğu, yə'ni eşitmə,
görmə, qoxu, dad, toxunma-maddədən; ruhi hisslər: yadda
186 /
ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ .……………………………………………..
saxlamaq, tədbir görmək, fikir etmək, xəyala dalmaq, söz
söyləmək nəfsdən əmələ gəlmişdir. İnsanın bədənində
mənbəyini və yerini göstərmək mümkün olmayan ən izzətli bir
şey varsa, o da insanlıq, bilik, kamal və şərəfdir. Bunların da
hamısının əsasını ağıl
təşkil edir, bunların hamısı insanın
bədənində ali ağlın sayəsində əmələ gəlmişdir.
Deməli, bədən cana, can ruha, ruh isə əqlə görə yaşayır.
Kimin bədənində hərəkət gördün, mütləq o candandır; kimi
danışan gördün mütləq ruhdandır kimi ruh axtaran gördün
mütləq ağıldandır. Bu, bütün adamlarda vardır. Lakin bədənlə
can arasında xəstəlik pərdəsi əmələ gəldikdə, müvazinət rabitəsi
süstləşər, candan bədənə verilən maddə yə'ni hərəkət qüvvəti
çatışmaz. Kimdə canla ruh arasında hecab
288
ağırlıq pərdəsi
əmələ gəlsə, ruhdan cana heç bir maddə, yə'ni beş duyğu üzvü
getməz, kimdə ruhla əql arasında qaranlıq və tanınmazlıq
pərdəsi əmələ gəlsə, ağıl maddəsi, yə'ni düşüncə, tədbir, insanlıq
və doğruluq ruha çatmaz.
Demək, həqiqətdə ağıl və insanlıq olmayan heç bir bədən
yoxdur. Lakin ruhani yollar ali qüvvə üçün bağlı olduqda, iddia
eşidirsən, mə'na isə görmürsən. Deməli, dünyada elə bir adam
yoxdur ki, insanlıq iddiası etməsin. Lakin, ey oğul, nə qədər
sağsan, çalış başqaları kimi olma, mə'nasız
iddia etmə,
öyrənmək, dərk etmək vasitəsi ilə ruhani yolları ali qüvvə üçün
açıq saxla, qoy səndə mə'na olsun, iddia olmasın.
Bil, ey oğul, müdrik adamlar insanlıq və ağıldan cisimdə
deyil, sözlərdə təcəssüm etmiş bir ideal yaratdılar və adını
insanlıq qoydular. Onun bədəni, canı, hissləri, mə'nəviyyatı var
idi və dedilər: "Bu idealın bədəni cavanmərdlik, canı doğruluq,
hissləri elm mə'nəviyyatı gözəlliklərdir. Onu adamlar arasında
bölüşdürdülər. Bir dəstəyə bədən düşdü, bir dəstəyə bədən və
can düşdü, bir dəstəyə bədən, can, hiss və mə'nəviyyat düşdü.
Paylarına heç bir şey düşməyənlər—hərbçilər, əyyarlar
289
və
bazar əhli idi. Camaat onlara "cavanmərd" adını verdi. Bədən və
can düşən dəstə zahiri mə'rifət sahibləri və yoxsul sufilərdir,
camaat onlara "zahid" və "ürəfa" adı vermişdir. Bədən, can və
hisslər düşən dəstə filosoflar, peyğəmbərlər və müqəddəs
adamlardır, camaat onlara "müdriklər" adını vermişdir. Bədən,
can, hiss və mə'nəviyyat düşən dəstə məlaikələr, insanlardan isə
peyğəmbərliyə çatanlardır. Paylarına cavanmərdlik düşən dəstə
də həmin qrupa aiddir. Həqiqətdə isə, necə ki, deyiblər,
cavanmərdliyin əsası üç şeydir: birincisi, dediyini edəsən,
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib
ikincisi, doğruya tərəfdar çıxasan, üçüncüsü, səbrli olasan, çünki
cavanmərdliyə aid bütün xüsusiyyətlər bu üç şeylə əlaqədardır".
İndi, ey oğul, əgər çətinlik
çəkirsənsə mən bu üç
xüsusiyyəti üç dəstə arasında bölüb hərəsinin dərəcə və
əndazəsini ayrı-ayrı şərh edirəm ki, başa düşəsən.
H a ş i y ə. Bil, əyyarların ən cavanmərdi odur ki, onda bir
neçə xüsusiyyət olsun: hünərli, ürəkli, hər işdə səbrli, sözünə
sadiq gözü tox, ürəyi təmiz, başqasına ziyan vurmayan,
dostunun xeyri yolunda öz zərərinə razı olan, əsirləri
incitməyən, yoxsullara bəxşiş verən, pisləri pis işdən döndərən,
düz deyib düz eşidən olsun, qədir bilsin, çörək yediyi süfrəyə
xəyanət etməsin, yaxşılıq əvəzini pisliklə çıxmasın, dilini xeyrə
öyrətsin, hər şərdə bir xeyir görsün. Diqqətlə baxsan, bütün bu
xüsusiyyətlərin hamısı dediyim həmin üç şeylə əlaqədardır, bu
barədə bir hekayət də vardır.
H e k a y ə t: Eşitmişəm, bir
gün əyyarlardan bir dəstə
Kuhistanda oturarkən, bir adam gəlib salam verir və deyir: Mən
Mərv əyyarları tərəfindən elçiyəm, sizə salam göndərib deyirlər:
Eşitmişik Kuhistanda filan əyyarlar var, bizdən bir nəfər sizin
yanınıza gələcək, bir şərtimiz var, əgər bizim sualımıza düz
cavab versəniz və biz onunla razılaşsaq, sizin böyüklüyünüzü
qəbul edəcəyik, düz cavab verə bilməsəniz, gərək siz bizim
böyüklüyümuzü təsdiq edəsiniz". Deyirlər: "De", Deyir:
"Soruşurlar cavanmərdlik nədir cavanmərdliklə nacavanmərdlik
arasındakı fərq nədən ibarətdir? Bir əyyar yol üstə oturmuş olsa,
bir adam oradan keçsə, bir azdan sonra başqa birisi siyirmə
qılınc gəlib ondan soruşsa ki, filan adam buradan keçib ya yox,
o nə deməlidir? Desə xəbərçilik olar, deməsə-yalançılıq,
bunların hər ikisi də əyyarlıqla bir yerə sığmaz".
Kuhistan əyyarları bu məsələni eşitdikdən sonra bir-birinə
baxışdılar, Onların arasında Fəzli Həmədani adında bir kişi var
idi, qalxıb deyir: "Bu suala mən cavab verərəm". Deyirlər: "De".
Deyir: "Əsl cavanmərdlik odur ki, dediyini edəsən,
cavanmərdliklə nacavanmərdlik arasındakı fərq ondan ibarətdir
ki, səbir edəsən. O əyyar isə belə etməlidir: oturduğu yerdən
durub bir addım yuxarıda oturmalı və deməlidir: "Mən burada
oturduğum müddətdə buradan keçməmişdir". Duz demiş olar".
Bu sözü başa düşsək cavanmərdliyin mahiyyətini də başa
düşmüş olarsan.
Hərbçilərin xüsusiyyəti. Əyyarlarda
olan bu dediyim
cavanmərdlik hərbçilərdə də olur, onlarda bu şərtə riayət etmək
daha tam şəkildə qanun sayılır, çünki harbçilik təkmilləşdirilmiş
188 /
ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ .……………………………………………..
əyyarlıq deməkdir. Lakin hərbçidə kəramət, qonaqpərəstlik,
səxavət, minnətdarlıq, nəzakət, silah oynatmaq məharəti daha
çox olmalıdır.
Amma qadınlara hörmət etmək, özünü saxlamaq,
başqalarına xidmət göstərmək, başıaşağı olmaq hərbçi üçün
hünər, əyyar üçün eyib sayılır. Cavanmərdlik bazar əhli üçün də
şərtdir, bu barədə peşə sahiblərindən danışarkən bəhs etmişik.
Din alimlərinin xüsusiyyəti. İnsanlıq idealından paylarına
bədən və can düşən dəstə, dediyimiz kimi, din elmi sahibləri və
yoxsul sufilərdir. Camaat bunlara ürəfa adı vermişdir. Bu
dəstədə cavanmərdlik daha çox olmalıdır, çünki cavanmərdlik
idealın bədəni, doğruluq isə onun canıdır, onlara isə can, yə'ni
doğruluq da düşmüşdür, Onlar nəzakət qaydalarından əlavə bir
də din elmini bildiklərinə, üləma olduqlarına görə daha çox
insan olmalıdırlar. Belə xüsusiyyətlərə malik olanlar mülayim
danışmağı, ürəyi ələ almağı,
eləcə də xeyirli işlər görməyi, qəlbi
razı salmağı daha yaxşı bacarmalıdırlar. Onlar dində möhkəm
olmalı,riyadan uzaqlaşmalı, dini məsələlər istisna edilməklə, heç
vaxt qəzəblənməməlidirlər. Din ayrılığına görə birinin gizlin
sirrini açmamalı, cəzalandırmaq üçün camaata fitva verib, onları
təhrik etməməlidir, and içməməlidir. Fitva ilə xalqı
incitməməlidir. Bir yazığın səhvi olsa və onun yanına gəlsə,
çarəsini bilsə, xudbinlik etməyib ona öyrədərək, xoşdillə yola
salmalıdır. Dini dünya malına satmamalı, zahidliyini xalqın
gözünə soxmamalıdır. Yaxşı ad qazanmaqda şöhrət tapmalı,
fasiq adamı günah üstündə, xüsusilə xalq içində
danlamamalıdır. Əgər birinə nəsihət üçün məzəmmət edirsə,
xəlvətdə etməlidir, çünki xalq içində məzəmmət zülm, əziyyət
sayılar. Heç vaxt xalqın canına qəsd etməməli, adamın ölümə
layiq olduğunu bilsə də, fitva verməməlidir. Bütün yanlış
fitvalara çarə tapmaq olar, qətldən başqa, çünki ölünü diriltmək
olmaz. Məzhəb fərqi üstə heç kəsi kafir adlandırmamalıdır,
çünki kafirlik dinin əksidir, məzhəbin əksi deyildir. O,
başqa
kitab və elmi rədd etməməli, onun bilmədiyi şey küfr olmaya da
bilər. Xalqı günah işlərə sövq etməməlidir. Hansı fəqih və hansı
zahiddə bu sifətlər varsa, o həm mərddir, həm cavanmərd.
Təsəvvüf əhlinin xüsusiyyəti. Təsəvvüf əhlinin ən'ənə,
qayda-qanun və şərtlərini onların özləri: Ostad Əbulqasım
Əbdülkərim Qüşeyri
Dostları ilə paylaş: