On beşinci fəsil 76 "fəslə zidd heç nə yemə"—Qədim təbabət elminə görə
hər fəslin özünə məxsus xeyirli və faydalı yeməkləri var idi. Bu
yeməkləri pozan və xörəklərini qarışdıran adamlar xəstələnməli
imişlər.
On yeddinci fəsil 77 Rum alimləri—Yunan alimləri nəzərdə tutulur.
78 "Biz gecəni örtük yaratdıq"—Qur'an ayəsi.
On səkkizinci fəsil
79 Şərəfülməali—"Qabusnamə" müəllifinin əmisi oğlu
Ənuşirəvan ibn-Mənucehr nəzərdə tutulur, 1029-1032/33-cü
illərdə şahlıq etmişdir.
80 Çərğ—Ağ şahin.
On doqquzuncu fəsil 206 /
ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ .……………………………………………..
81 Əmr Leys—Səffarilər sülaləsinin ikinci hökmdarı,
265/879-287/900-cü illərdə hakimiyyət başında olmuşdur.
82 Əzhər Xər—Əmr Leysin baş sərkərdələrindən biri.
İyirmi birinci fəsil 83 Qarun—Məşhur əfsanəvi bir dövlətlinin adıdır.
Tövratda onun haqqında geniş mə'lumat verilir.
İslam aləmindəki mə'xəzlərə görə, Fironun (Faraonun)
vəziri olmuşdur. Heç nəyə e'tiqadı olmadığından guya 40 dəvə
yükü ilə birlikdə yerə batmışdır. Şərq ədəbiyyatında dövlətli
adam obrazı kimi həmişə Qarun misal göstərilir. Əhvalatdan
xəbərdar olmayan adamlar bə'zən rus dilindən Azərbaycan
dilinə tərcümələrdə Qarun ilə Harunu bir-biri ila qarışdırırlar.
Məsələn, belə bir səhv orijinaldan deyil, rus dilindən
Azərbaycan dilinə təcrümə edilmiş "İran yazıçılarının
hekayələri" kitabında buraxılmışdır.
84 Dirəm, dirhəm—Qədimdə bir sıra Şərq ölkələrində
işlənən pul və çəki vahidi.
85 Həbbə—Çəki vahidi. Təqribən 0,044 q-a bərabərdir.
86 Dang, dənge, dəng—Pul və çəki vahidi. Təxminən 1/6-
dən 1/3 dirəmə bərabərdir.