69 Şəmsülməali—"Qabusnamə" müəllifinin babası, Onun
haqqında müqəddimədə geniş mə'lumat verilmişdir.
70 Əhmədi Coğdi —Əhmədi Soğdi.
71 Əmir Sə'd Nəxxas—?.
72 Əbul-Abbas Qanimi—Şəmsülməalinin vəziri.
73 Qəzne, Qəzneyn—Qəznəvilərin paytaxtı,
Əfqanıstandadır.
74 İqta'- hissə. kəsik, tikə, parça, ayrılmış torpaq hissəsi,
şərti torpaq mülkiyyəti, müharibəyə getməklə əlaqədar olaraq
bəxşiş edilmiş torpaq, Orta əsrlərdə dövlətdən iqta bəxşiş almış
şəxsə həmin yerin əhalisindən vergi toplamaq hüququ də
verilirdi. Bə'zən iqtalar xüsusi xidmətlər qarşısında da
bağışlanırdı. "Qabusnamə"də məhz belə xüsusi xidmətlər
müqabilində bağışlanan "iqtalardan" söhbət gedir.
75 Ptolemey—Qədim yunan filosofu, alimi və tədqiqatçı-
nəzəriyyəçisi Ptolemey ən çox nücum, riyaziyyat, coğrafiya və
fizika sahəsində bö|ük şöhrət tapmışdır. Eramızın ikinci əsrində
yaşayıb yaratmışdır. Təxminən 168-ci ildə vəfat etdiyi qeyd
olunur.
Dostları ilə paylaş: