207 Səri'-əsli müstəf'ilün müstəf'ilün məf'UlAtü vəznində
olan bəhr.
208 Qəribi-əxrəb-məf'Ulü məfA'İlü , fA'ilAtün vəznində
olan qərib növü.
209 Münsərihi-kəbir—B a x: münsərih.
210 Bəsit—əsli müst'əf'ilün fA'ilün müstəf'ilün fA'ilün
vəznində olan ərəb bəhri.
211 Mədid—əsli fA'ilAtun fA'ilün fA'ilAtün fA'ilətün
vəznində olan ərəb bəhri.
212 Kamil—əsli üç mütəfA'ilün vəznində olan bəhr.
213 Vafir—əsli üç müfA'ələtün vəznində olan bəhr.
214 Tavil—əsli fə'Ulün məfA'İlün fə'Ulün məfA'İlün
vəznində olan ərəb bəhri.
215 Əruz-beytin birinci misrasının son bölümü.
216 Zərb—beytin ikinci misrasının son bölümü.
217 Mərsiyə—ölüm, matəm və ya başsağlığı münasibəti ilə
yazılmış kədərli, mə'yusanə şe'r.
218 Tərkidunya—dünyadan əl çəkmək kimi ruh
düşkünluyü tərənnüm edən pessimistik şe'rlər.
1 Təf'ilələr içində böyuk A, İ, U hərfləri bunların ifadə
etdiyi səslərin uzunluğunu bildirir.
219 Bistun—Kirmanşahla Həmədan arasında olan məşhur
dağın adı.
Ərəb mə'xəzlərində "Behistun", Avropa
mə'xəzlərində "Beqistun", "Bəqstun", "Bəqstan" kimi də təsadüf
edilir. Fərhad Şirinin eşqi ilə bu dağı yarmışdır. RX ilə S.
Nəfisidə fərq var. Biz RX-dəki variantı daha düzgün hesab
edirik. Tərcümə də bu variantdan edilmişdir.
220 Büraq—Məhəmmədin guya me'raca getdiyi əcayib
heyvanın (atın?) adı.
221 Rəxş—Əfsanəvi Rüstəm pəhləvanın atının adı.
222 Şəbdiz—Şirinin atının adı.
216 /
ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ .……………………………………………..
223 Qəsidə—Birinci iki misrası həmqafiyə (mətlə), sonra
isə misraaşırı həmqafiyə olan mədh, tə'rif, həcv, hikmət, fəlsəfə,
təbiətin təsviri və sair mövzular üzrə yazılmış şe'r növü.
Beytlərin sayı 19-dan çox olmalıdır.
224 Zöhd—Asketizm, tərkidünyalıq.
225 Tövhid -- Monoteizm. təkallahlılıq.
Dostları ilə paylaş: