Otuzuncu fəsil 133 Müaviyə—Əməvilərin birinci xəlifəsi, 661-680-cı
illərdə hakimiyyət başında olmuşdur.
Otuz birinci fəsil 134 Fəqihlik—Şəriətçilik, şəriət hüquqşünaslığı.
135 Elm—Dini elmlər nəzərdə tutulur.
136 Ravi—Rəvayət edən. Başqalarının şe'r və əsərlərini
məclislərdə oxuyan adam. Qədimdə yazıçılar, şairlər, ədiblər,
alimlər əsərlərini özləri oxumağa o qədər də meyl
göstərməzdilər. Bunu gözəl oxumağı bacaran bədii söz
ustadlarına—ravilərə tapşırardılar. Şah saraylarında xüsusi
ravilər də olardı. Bə'zən ravilər həm də iste'dadlı şair, gözəl
dastanlar bilən, maraqlı rəvayətlər danışmağı bacaran adamlar
olardı.
137 Üsul—Burada şəriətin əsasları, təki-əsl.
138 Hafiz—Qur'anı əzbərdən bilən adam.
139 Xof və rica—Qorxu və ümidlə.
140 Təbəristan—İranda qədimdə ölkə adı. Bir müddət
müstəqil dövlət olubdur. İndi Mazandaran.
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib
141 Əbul Əbbas Ruyani—Təbəristanın adlı-sanlı
tayfalarındandır, qazılar qazısı, yə'ni baş qazı olmuşdur. Onların
ailəsi 7-ci əsr hicriyə qədər nəsilbənəsil qazılıq etmişdir.