dəstələr dağlara çəkilib qaçaqlıq edir, bə'zən
keşik çəkir, bə'zən
soyğunçuluqla məşğul olur, lakin bütün hallarda yazıq, yoxsul
adamlara kömək göstərirmişlər. Bu ad qoçaq, igid, bacarıqlı,
diribaş,
bərk qaça bilən tərdəst, hər şeyi tez başa düşən,
hazırcavab adamlara da verilirmiş. "Qabusnamə"də əyyar sözü
müsbət mə'nada işlədilmişdir.
126 Söhrab—Firdovsinin məşhur qəhrəmanı Rüstəmin
oğlu, Söhrab atasını görməmişdir. O, atasını axtarır. Rüstəm də
oğlunu görməmişdir. Onlar müxtəlif düşmən çəbhələrdə
olduqlarından təkbətək vuruşmalı olurlar. Əvvəl
Söhrab üstün
gəlir, lakin alicənablıq edib Rüstəmi öldürmür. Sonra Rüstəm
qalib gəlir, aman verməyib dərhal Söhrabı ölümcül yaralayır.
Ölüm ayağında Söhrab kim olduğunu və atası Rüstəmi
axtardığını deyir. Lakin artıq gecdir. Söhrabı xilas etmək
mümkün olmur.
"Rüstəm və Söhrab" dastanı bir
çox dillərə, o cümlədən
Azərbaycan dilinə də tərcümə edilmişdir.
127 Seyyidə—Albuye hökmdarı Fəxrüddövlənin arvadı,
Rey şəhərində otuz ilə qədər hökmdar olmuşdur.
128 Fəxrüddövlə Əbulhəsən Əli—Albuye şahı, 976-997-ci
illərdə şahlıq etmiş, öldükdən sonra arvadı Seyyidə hakimiyyəti
ələ almışdır (b a x: 126).
129 Xütbə—Hakimiyyət başında olan şaha, hökmdara
minbərdən oxunan xeyir-dua. Çox
vaxt kimin hakimiyyət
başında olduğu və kimin hakimiyyət başına yeni keçdiyi yalnız
bu xütbələrdən bilinərdi. Xütbə oxumaq üçün dövlət tərəfindən
xüsusi adamlar ayrılardı Bunlara xətib deyərdilər. Xətiblər
yalnız məscidlərdə deyil, xüsusi toplantılarda,
bayram
şənliklərində, çoxlu adam yığılmış bazar meydançalarında da
xütbə oxuya bilərdilər. Lakin bir qayda olaraq xütbələr
məscidlərdə oxunardı.
130 Zülqərneyn—Makedoniyalı İskəndərin, İskəndəri-
Kəbirin ləqəbi. Bu barədə müxtəlif rəvayətlər vardır.
210 /
ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ .……………………………………………..
Bə'zilərinin fikrinə görə, iki balaca buynuzu olduğu üçün belə
demişlər; bə'zilərinin əqidəsincə, alnının
hər iki tərəfindən tük
dəstələri asıldığı üçün bu ad verilmişdir; bir sıra tədqiqatçıların
ehtimalına görə isə İskəndər həm işıqlı dünyanı gördüyü, həm
də zülməti tapdığı üçün Zülqərneyn adını almışdır.
Azərbaycanda ən çox iki buynuz rəvayəti məşhurdur. Hətta
"İskəndərin buynuzu var, buynuzu"
ifadəsi dillərdə misal
olmuşdur.
131 Damğan—İranda şəhər adı. "Qabusnamə"də İskəndər
buraya çatdıqda öldüyü yazılır. Lakin bu tarixi faktlara düz
gəlmir.
132 RX ilə S. Nəfisidə fərq var. Fikrimizə görə RX-dakı
doğrudur, tərcümədə o, əsas götürülmüşdür.
Dostları ilə paylaş: