ﺖﺳا سووﺎآ بﺮﻌﻣ سﻮﺑﺎﻗ ﺪﺟ مﺎﻧ و ﻦﺑ ﺮﻴﮕﻤﺷ و ﻦﺑ سووﺎآ ﺮﻴﻣا وا ﻦﻳا و ﺖﺳا ﯽﻤﻠﻳد دﺎﻳز ﻦﺑ ﺞﻳوادﺮﻣ ﺪﻨﻧاﻮﺧ رﺎﻳز لﺁ ﻪﻤﻟﺎﻳد ار ﻪﻘﺒﻃ 1
"Qabus (sözü) Kavusun ərəbiləşmişidir və onun babasının
adı Əmir Kavus ibn Vəşmgir ibn Mərdavic ibn Ziyar deyləmidir
və bu tayfa Al-ziyar deyləmiləri adlanır".
Buradan göründüyü kimi, söhbət kitabın Keykavus
tərəfindən yazıldığı haqqında getmir, əksinə onun babası
Qabusun adının ərəbcə
سﻮﺑﺎﻗ və onun farsca ekvivalentinin
سووﺎآ olduğu haqqında gedir. Buna isə şübhə etməyə
dəyməz. Belə misallar tarixdə çoxdur və ərəblər bir çox fars
adlarını öz əlifba və dil qanunlarına uyğunlaşdıraraq yazmışlar
(məsələn, Bozorgmehr əvəzinə Bozorcmehr və s.).
İndi istər sovet alimləri, istərsə də farsların özləri A.
Krımskinin "Qabusnamə"nin Keykavus tərəfindən babası Qabus
ibn Vəşmgirin xatirinə belə adlandırdığı fikrini qəbul etmir və
kitabın belə adlandığını "səhv" və "anlaşılmazlıq" hesab edirlər.
"Qabusnamə"nin nə üçün belə adlandığı məsələsi
şərqşünaslar tərəfindən hələlik açıq buraxılmış və onun həlli
gələcək tədqiqatçıların öhdəsinə buraxılmışdır. Azərbaycanlı
oxuculara ilk dəfə olaraq təqdim edilən bu kitabın bu "qəribə"
(Y. Bertels) adı haqqında yürüdülən mühakimə və nəticələr