Microsoft Word Qabusname doc


ص  ،ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ  ،  ﺖﻳاﺪه  نﺎﺧ  ﯽﻠﻗﺎﺿر



Yüklə 1,84 Mb.
Pdf görüntüsü
səhifə17/103
tarix29.12.2016
ölçüsü1,84 Mb.
#3818
1   ...   13   14   15   16   17   18   19   20   ...   103
  ص  ،ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ  ،  ﺖﻳاﺪه  نﺎﺧ  ﯽﻠﻗﺎﺿر
40
 
14 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
tarixçilərin, təzkirəçilərin və Keykavusun özünün verdiyi cüz'i 
materiallar və məntiqi mühakimələr əsasında çıxarıldığından biz 
də  həmin üsulla öz fikrimizi demək istəyirik. Fikrimizi sübut 
etmək, mühakimələrimizi əsaslandırmaq üçün hər şeydən əvvəl 
tarixlə, Keykavusun mənsub olduru xanədanın həyatı ilə tanış 
olmalı, tarixi faktları Keykavusun "Qabusnamə"də verdiyi 
mə'lumatlarla tutuşdurub məntiqi nətiçə çıxarmalıyıq. 
Ziyarilər  ərəb xəlifəliyinin zəiflədiyi bir dövrdə,  ərəblərə 
qarşı  hər yanda arası  kəsilmədən bir-birini əvəz edən üsyanlar 
dövründə meydana çıxmış,  İranın cənubunda, Təbəristan və 
Gurganda həmişəlik olaraq ərəb xəlifəliyinə son qoya 
bilmişdilər. Ziyarilərin (928-1045)
1
 ilk nümayəndəsi sayılan 
Mərdavic (farscası: Mərd-aviz) hicri-qəməri 315, miladi ilə 
927/8-ci illərdə Xəzər dənizinin (Absükun) cənub" vilayətlərini 
ələ keçirməklə kifayətlənməyib,  əvvəlcə  İranın qərb ölkələrini 
tutmaq, sonra isə Bağdada gedərək xilafətə son qoymaq 
istəyirdi. 
İbn  əl-Əsirin dediyinə görə  Mərdavic iflasa uğramış bir 
kəndli olmuş, sonra əkinçiliyi buraxaraq muzdlu ordu sırasına 
getmiş  və orada hərbi  şöhrət qazanmışdı. Lakin Ziyarilər 
özlərini Sasanilər nəsli hesab edir, hər  şeydə özlərini onlara 
oxşatmağa çalışırdılar. Məsələn, sülalənin banisi Mərdavic 
tacını Sasanilər kimi qızıldan qayıtdırır, ona tabe olan feodal 
valilərin başına isə gümüşdən taç qoyurdu, qızıl taxtda oturur, 
sasani  şahları kimi böyük cah-cəlal,  əzəmət və  təntənəli qəbul 
günləri tə'yin edir, "səde" (od bayramı) keçirir, ordu üçün eyş-
işrət məclisləri düzəldir, Sasanilər kimi hakim şovinist ruhunu 
aşılamağa çalışır,  ərəblərə,  ərəblərə xidmət edən iranlılara, 
başqa tayfalarla qohumluq edənlərə amansız divan tuturdu. 
Mərdavic xidmətçiləri arasında təbərilər, deyləmilər, muzdlu 
hərbçilər xüsusi üstünlüyə malik idilər; türk və başqa tayfadan 
olan qulamlar isə əksinə, təhqir edilir, döyülür, haqq-nahaq tez-
                       
 
 
 
 
 
 
 
1
 
Бах:История Ирана с древнейших времен до конца 18 века, сəһ. 129.
 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib


 
 
tez cəzalandırılırdı. Bütün bunlar hamısı türk tayfalarında 
Mərdavicə qarşı böyuk kin və düşmənlik hissləri oyadırdı. 
Mərdavicin qulamlara və başqa tayfalara tutduğu bu divan 
nəhayət onun ölümünə səbəb oldu. 
Məs'udi və  İbn  əl-Əsirin nəql etdiyinə görə,  İsfahanda 
Mərdavicin bir dəfə türk tayfalarından olan qulamlara bərk acığı 
tutur, onların axurda atlara həddindən artıq çox xidmət 
etdiklərini, hayküy salaraq ona yatmağa mane olduqlarını 
bəhanə edir və  cəza olaraq hamin türk qulamlarını cilovlayıb, 
bellərinə  yəhər, ağızlarına yüyən vurub at kimi axura 
bağlanmalarını  əmr edir. Həmin cavan türk qulamları 
Mərdavicin qara qulunu ələ alır, Mərdavicin qılıncını  sındırıb 
qınına qoymağı tapşırırlar. Qara qul razı olur. Sonra Mərdavic 
hamamda olarkən qulamlar ona hücum edirlər (
323
 -934/5).  
Silahı sındırılmış lut Mərdavic qapının dalına şey doldurub 
özünü müdafiə etmək istəyir, lakin qulamlar taxtapuş  tərəfdən 
girərək onu öldürürlər. 
Mərdavicin hamamda öldurülməsi ordu arasında böyük 
şaşqınlığa, qarma-qarışıqlığa səbəb olur. 
Onun valilərindən olan Buye (ərəbcə Buveyh) qardaşları 
bundan istifadə edib Şirazdakı orduları ilə hücuma keçib 
İsfahanı tutur və bir azdan sonra özlərini şah e'lan edirlər (935-
1055).  İranın qərb ölkələri Ziyarilərin hakimiyyəti altından 
çıxır. Mərdavicin varisləri bundan sonra əsasən, doğma 
vətənləri Gürganda hökmranlıq etməli olurlar. 
Mərdavicin ölümündən sonra onun qardaşı, "Qabusnamə" 
müəllifinin böyük babası  Vəşmgir taxta oturur, əvvəlki 
torpaqları geri qaytarmaq istəyirsə  də bir şey edə bilmir. 
Sasanilərlə vuruşu da sülhlə nəticələnir. Vəşmgirin ləqəbinin nə 
uçun "duşməngir kimi" izah edilməsi aydın olmur. 
Rzaqulu xanın çap etdirdiyi "Qabusnamə"nin haşiyəsində 
Vəşmgir sözü "düşməngir", yə'ni "düşmən tutan" kimi izah 
edildiyi halda1, S. Nəfisi həmin sözün "Voşm" və "gir"dən 
                       
 
 
 
 
 
 
 
1
   ص ،ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ ، ﺖﻳاﺪه نﺎﺧ ﯽﻠﻗﺎﺿر
6
 
16 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
əmələ  gəldiyini, "bildirçin tutan" demək olduğunu yazır. Hələ 
indi də Astarabad və Gürganda bildirçinə "voşm" deyildiyi qeyd 
olunur. Buna görə muxtəlif mə'xəzlərdə  Vəşmgir sözünə gah 
"Vəşmgir", gah "Veşmqir" (A. Krımski), gah "Vuşmaqir" (Y. E. 
Bertels) formasında təsadüf edilir. Fars mətnlərində  hərəkələr 
qoyularkən birinci hərf gah zəmmə, gah fəthə ilə yazılır. 
Fikrimizə görə, həm "Vəşm" sözünün müxtəlif mə'naları, 
məsələn, surət, ideal, iynə ilə döydurməklə  bədən üzərinə 
çəkilən  şəkil və s., həm də o zaman şahlara verilən ləqəblər 
nöqteyi-nəzərindən Vəşmgir forması daha düzgündür. 
Vəşmgirin Bistun, Salar və Qabus adlı üç oğlu var idi. Vəşmgir 
öldükdən sonra Bistun (967-976), ondan sonra isə "Qabusnamə" 
muəllifinin babası, guya kitabın belə adlanmasına səbəb olmuş 
və Ziyarilər xanədanında ən böyuk şöhrət tapmış, ərəb xəlifələri 
tərəfindən  Şəmsülməali, yə'ni "məal günəşi" ləqəbini almış 
Qabus taxta sahib olur . 
Hələ Bistun hakimiyyət başında olarkən Albuyələr 
Ziyariləri sıxışdırmış, onların torpaqlarının xeyli hissəsini zəbt 
etmişlər. Ziyarilərin ixtiyarında vətənləri Gürgandan başqa bir 
şey qalmamışdı. Bəlkə, Şəmsülməalinin Rüknəddövlənin qızını 
alaraq Buyə xanədanı ilə qohum olmasının səbəbi də bu idi. 
Şəmsülməali öz hakimiyyətini gücləndirmək,  əldə qalmış 
torpaqları saxlamaq üçün bir tərəfdən Deyləmi hökmdarı Həsən 
Firuzanın qızını alır, digər tərəfdən Albuyələrlə də qohum olur, 
rəiyyətə qarşı  qəddarlıq və amansızlıq göstərir, lakin bütün 
bunlara baxmayaraq Əzüdəddövlə tərəfindən məğlub edildikdən 
sonra on yeddi ildən çox

Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin