yaxşı bir ad qoyum. Ata məhəbbəti
naminə qoy o sənə yar olsun
[atadan oğula yadigar olsun).
Ey oğul, zəmanə səni yumşaltmamış, sən öz ağlının gözləri
ilə mənim sözlərimi oxu və ona əməl et, onda sən xoşbəxt
olarsan, hər iki dünyada (həm sağlıqda, həm öldükdən sonra)
yaxşı ad qazanarsan. Amandır, sən çalış bu kitabda deyilənlərə
qulaq as. O zaman mən atalıq borcumu yerinə yetirmiş olaram.
Əgər sən mənim dediklərimdən yaxşı fayda götürə bil-məsən,
başqa adamlar da var ki, onlar yaxşı sözləri eşidib,
ona əməl
etməyi qənimət sayırlar.
Hərçənd zəmanə belə gətirib ki, heç bir övlad öz atasının
nəsihətinə qulaq asmır, gənclərin qəlbində elə bir qəflət atəşi var
ki, onlar qocalardan daha çox bildiklərini güman edirlər. Mən
bunları bilsəm də, atalıq məhəbbəti məni susmağa qoymur.
Odur ki, xoşuma gələn, təbiətimə uyğun olan sözləri toplayaraq
fəsillərə ayırdım, daha qısa və layiq olanları bu kitaba
köçürdum. Əgər əməl etsən daha gözəl, etməsən mən atalıq
vəzifəsini yerinə yetirmiş olaram. Deyiblər: "Məsləhətçinin
vəzifəsi deməkdir, qulaq asmasalar, inciməyinə dəyməz".
Ey oğul, bil, insanların fitrətində elə bir xüsusiyyət vardır
ki, onlar dünyada əldə etdiklərini həmişə ən əziz adamları üçün
qoyub getməyə çalışarlar. Bu dünyada mənim əldə etdiyim bu
sözlərdir, ən əziz adamım isə sənsən. İndi köçməyə
hazırlaşarkən, əldə etdiklərimi sənə yadigar qoymaq istəyirəm.
İstəyirəm, sən onları oxuyub xüdpəsəndliyə yol verməyəsən,
yaramaz işlərdən çəkinəsən,
elə yaşayasan ki, o sənin pak
əcdadlarının adına layiq olsun.
Ey oğul, bilməlisən ki, sənin valideynlərinin tayfası böyuk
və əsil-nəcabətli hökmdarlardır. Baban Şəmsülməali Qabus ibn
Vəşmgirdir. Nəsli Gilan şahlarından olan Keyxosrov
2
və Əbul-
Müəyyəd
3
övladlarının xanədanındandır. Firdövsi onların
tərcümeyi-halını öz "Şahnamə"sində təsvir etmişdir, Gilan
şahlığı sənin babalarına ondan yadigar qalmışdır.
Sənin nənən,
mənim anam "Mərzbannamə" əsərinin müəllifi şahzadə
Mərzban ibn Rüstəm ibn Şərvinin
4
qızı idi. Onun on uçüncü
babası Ənuşirəvan
5
Adil padşahın qardaşı Kavus ibn Qubad
6
idi, Sənin anan Məlik qazı Soltan Mahmud Nasirəddinin qızı
idi
7
. Mənim nənəm deyləmilər hökmdarı Firuzanın
8
qızı idi.
Ey oğul, ağıllı ol, öz əcdadının qədrini bil, nanəcibliyə yol
vermə. Hərçənd mən səndə yaxşılıq əlamətləri və xoşbəxtlik
nişanələri görürəm, lakin bu sözləri təkrar etməyi lazım bilirəm:
34 /
ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ .……………………………………………..
ey oğul,
bil və agah ol, mənim getməyim yaxındır, sənin də
mənim dalımca gəlməyin o qədər uzaq deyildir. Ona görə nə
qədər ki, sağsan, gərək iş görüb fəaliyyət göstərəsən, bəlkə,
beləliklə. əbədilik qazanasan. Əbədilik müvəqqətilikdən
ustundur. Əbədiliyi isə yalnız bu dünyada qazanmaq olar. Bu
dünya tarla kimi bir şeydir, yaxşıdan-pisdən
nə əksən onu da
biçəcəksən. Əbədilik sarayının binövrəsi müvəqqəti olan bu
dünyada qoyulmalıdır. Yaxşı adamlar bu dünyada aslan təbiətli
olarlar, pis adamlar isə it təbiətli. İt tapdığı şeyi oradaca yeyər,
aslan isə ovladığını başqa yerdə. Bu dünya bir ovlaqdır, sən isə
ovçu, sənin ovun da yaxşı əməllərin. Çalış indi yaxşılıq elə ki,
son ra xeyrini görəsən...
Ey oğul, onu da bil ki, bu nəsihətnaməni, bu qiymətli kitabı
mən qırx dörd fəsildən ibarət yazdım
Ümid
edirəm ki, bu kitab onu yazana, oxuyana, köçürənə
və dinləyənə xoşbəxtlik gətirəcəkdir.
Birinci fəsil
Dostları ilə paylaş: