ناﺮﻬﺗ
1956
ص
260
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib
ya "Nəsihətnamə" olsaydı, heç olmasa birisi onun adını çəkərdi,
məsələn, Oufi-filankəs "Nəsihətnamə"sində belə yazır-deyərdi;
ikincisi, bu adı dəyişdirib ona yenidən "Qabusnamə" adı
qoymağa ehtiyac qalmazdı. Madam ki, mə'xəzlər, o cümlədən S.
Nəfisinin adlarını sadaladığı Sənai Qəznəvi (bir hekayəni
olduğu kimi nəzmə çəkmişdir)-"Hədiqətülhəqiqə", Məhəmməd
Oufi-"Cəvameül-hekayat", Qazı Əhməd Qəffari-"Nigaristan",
Nizami Gəncəvi-"Xosrov və Şirin". Fəridəddin Əttar Nişaburi-
"Əsrarnamə" və "Məntiqüt-Teyr", İbn İsfəndiyar-"Tarix-e
Təbəristan", Xosrov Dehləvi-"Mətləül-Ənvar", Əbdürrəhman
Cami-"Silsilətüz-Zəhəb", Məcdəddin Məhəmməd Hüseyni
Məcdi-"Ziynətül-Məcalis" və Mühəqqiq Səbzəvarı adı ilə
məşhur olan Məhəmməd Bağır "Rəvzətül-Ənvar" əsərində
"Qabusnamə" dən geniş istifadə etmiş, lakin heç yerdə ona
"Nəsihətnamə" və ya "Pəndnamə" demaəmişlər. "Qabusnamə"
əsərinin özündə də onun necə adlandığı göstərilməmişdir.
Kitabda tez-tez təsadüf edilən "mənim öyüdlərimə,
nəsihətlərimə və s. qulaq as" kimi sözlər isə əsərin
"Nəsihətnamə" və ya "Pəndnamə" adlandığına heç də dəlil ola
bilməz. Biz tamamilə başqa tipli kitablarda, dastanlarda,
naqıllarda, hətta tarix kitablarında böyüyün kiçiyə, atanın oğula
yazdığı məktublarda, "namələrdə" belə ifadələrə çox rast gəlirik.
Keykavusun özünün Qabus adlandırılması da təbiidir.Biz
tarixdə belə paralelizmə az təsadüf etmirik. Məşhur
Ənuşirəvanın atası Keykuvadın tarixdə yalnız I Qubad kimi
tanınması kimə mə'lum deyildir? Keykavus öz əsərini babasının
adına yaza bilərdimi?
Biz yuxarıda Keykavus tərəfindən Şəmsülməaliyə verilən
xasiyyətnaməni, onun qəddarlığını və oğlu tərəfindən tutulub
əvvəl həbs edildiyini, sonra isə öldürülduyünü qeyd etmişdik.
Qabus oğlu İskəndərə, yə'ni Keykavusun atasına da elə bir
böyük yaxşılıq etməmişdi ki, onun xatirinə belə bir iş görülmüş
olsun. Keykavus "Qabusnamə"də atası haqqında çox böyük
razılıq hissi ilə danışır. Əgər Keykavus kitabı atasının adı ilə,
məsələn, "İskəndərnamə" adlandırsaydı, bu daha çox inandırıcı
olardı. Bu onun, heç olmazsa zəhmət haqqısı kimi səslənərdi.
Axı Keykavusun bütün bilikləri yalnız atası İskəndərin sə'yi
nəticəsində əldə edilmişdi və müəllif "Qabusnamə"də bir neçə
yerdə atasına çox minnətdar olduğunu deməkdən çəkinmir.
Şəmsülməali haqqında isə belə bir razılıq və ya minnətdarlıq
yoxdur. Yalnız öz ata-babalarının adını çəkəndə onu da qeyd
edir. Yeri gəlmişkən qeyd edək ki, ana tərəfi daha çox tə'riflənir,
26 /
ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ .……………………………………………..
onlar bir tərəfdən Sasani, digər tərəfdən Qəznəvilərlə qohumluq
əlaqələri ilə bağlıdır. Bundan əlavə, kitabın qarşısında qoyduğu
məqsəd də onun Şəmsülməaliyə həsr edilə biləcəyinə əsas
vermir. Kitabın başlıca məqsədi Gilanşaha xoşbəxt bir həyat
qurmağa kömək etmək, ona bir ağ gün ağlamaqdır. Belə
olduqda, ehtiyatlı, oğluna hər mühitə alışmağı məsləhət görən,
hər şəraitdə fayda götürməyə çalışmağı təbliğ edən Keykavus
kitabı dövrünün hökmdarlarının birinin adına bağlayıb oğluna
yaxşı bir vəzifə də duzəldə bilərdi, Qəznəvilərlə qohumluğu
daha möhkəmlədər, Səlcuqilərin könlünü ələ ala bilərdi. Kitabı
Şəmsülməalinin adına yazmağın isə o dövrdə Keykavus uçün
heç bir əhəmiyyəti yox idi.
Bütün bu deyilənlərə əsasən biz elə güman edirik ki,
kitabın əslində heç bir adı olmamışdır, sonradan onu haqlı
olaraq, "Qabusnamə" adlandırmış və burada Qabus adı altında
müəllifin babasını deyil, məhz özünü nəzərə almışlar.
* *
*
"Qabusnamə" əsərinin tarixi tədqiqi köstərir ki, o, az bir
müddət içərisində böyük şöhrət tapmış, öz əsrindən başlamış
indiyə qədər dönə-dönə üzü köçürülmüş, daş və mətbəə çapları
olmuş və dünyanın bir çox mədəni dillərinə tərcümə edilmişdir.
Şərqin böyük alim, şair, tarixçi və dövlət xadimləri yeri gəldikcə
ona müraciət etmiş və hər kəs özünə lazım olduğu şəkildə ondan
istifadə etmişdir. "Qabusnamə" bu gün də öz əhəmiyyətini
itirməmişdir. O, öz əsrinin bir sıra tarixi hadisələrini
aydınlaşdırmaq, o zamankı İran feodalizm cəmiyyətinin daxili
ziddiyyətlərini açıb göstərmək, din və təriqət çarpışmalarını ifşa
etmək üçün də müəyyən əhəmiyyətə malikdir. "Qabusnamə"
müəllifin və onun mənsub olduğu, iflasa üz qoymuş mülkədar-
feodal təbəqəsinin əxlaqını, mə'nəvi yoxsulluğunu açıq-aydın
göstərmək, din xadimlərinin-qazı, molla, rövzəxan və
başqalarının ikiüzlülüyünü meydana çıxarmaq üçün də
səciyyəvidir.
"Qabusnamə" sovet oxucuları üçün məhz bu nöqteyi-
nəzərdən maraqlıdır. "Qabusnamə" müəllifinin bu barədə
dediyinə isə şübhə etməyə heç bir əsas yoxdur. O, əsərin
əvvəlindən sonuna qədər öz sinfini sədaqətlə müdafiə edir.
Lakin bu kitab doğma oğulla olan məhrzəmanə bir söhbət, daha
dəqiqi, dünyadan köçməkdə olan bir atanın oğluna vəsiyyətidir.
Oğula da yalan danışmaq, özü də ölüm ayağında? Yox!
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib
Keykavus oğluna səmimi olmuş, öz bildiyini ona tam öyrətməyə
çalışmış, düşündüklərini açıq demişdir.
Kitab qırx dörd fəsildən ibarətdir və hər fəsil müəyyən bir
məsələyə həsr edilmişdir. Hər fəsildə müəllif eşitdiyi və ya
başına gəldiyi müxtəlif hekayətləri danışır və bunlardan
müxtəlif nəticələr çıxarır.
Dövrünün elə bir məsələsi yoxdur ki, "Qabusnamə" ona
toxunmasın. Burada hər şey vardır: Allahın tanınması,
peyğəmbərin yaranması, qumar oynamaq qaydaları, içki içmək
şərtləri, qonaq olmaq və qonaq etmək, eşqbazlıq, zarafat və nərd
atmaq, əmanət saxlamaq, qul almaq, mal satmaq, arvad
saxlamaq, yatmaq, dincəlmək, hamama getmək, münəccim
olmaq, ulduzların hərəkətini tə'yin etmək, qabaqcadan hər şeyi
xəbər verə bplmək, şairlik, həkimlik, sufilik, nədimlik, vəzirlik,
şahlıq, rəiyyətlik və s. haqqında müəllifin həm başqalarından
öyrəndiyi, həm də özünün həyat təcrübəsində əldə etdiyi orijinal
fikir və mülahizələr vardır.
Kitab X-XI əsrlərdə İran feodal həyatını öyrənmək, o
zamankı iqtisadi həyatı tədqiq etmək, elm və mədəniyyət
səviyyəsi ilə tanış olmaq, şahların, əmirlərin qəddarlığını,
ruhanilərin hiyləgərliyini nümayiş etdirmək üçün də maraqlıdır.
Bu, Ziyarilər xanədanının son nümayəndəsinin son sözü, özünü
ifşa məktubudur. Görün o, oğluna nələr deyir:
"Bil, ey oğul, əgər təsadüf səni gətirib şah sarayı adamları
içərisinə çıxarsa, sən ona xidmət etməli olsan və şah sənə
yaxınlaşmaq istəsə, bu, sənin gözünü tutub başını
gicəlləndirməsin, ondan uzaqlaşmağa çalış... Şah hansı gün sənə
desə ki, arxayın ol, sənə zaval yoxdur, sən o günü daha çox
qorx. Sən şahın hesabına piylənib yağlanıbsansa, demək, o səni
kəsmək üçün belə kökəltmişdir" ("Qabusnamə", səh. 188).
Vəzirlik haqqında danışarkən yazır:
"Nə qədər sadiq və ehtiyatlı olsan da, yenə də həmişə
şahdan qorx, hamıdan çox şahdan qorxası bir adam varsa, o da
vəzirdir" ("Qabusnamə", səh. 202).
Keykavusun din xadimlərinə münasibəti də qəribədir. O,
din xadimi olmağı ən faydalı, ən xeyirli və ən qazanclı sənət
hesab edir. Ümumiyyətlə, Qabus (Keykavus) hər şeyə yalnız və
yalnız qazanc gözü ilə baxmağı oğluna təlqin edir və bunun
üçün nə etmək lazımsa, hamısının yerinə yetirilməsini məsləhət
görür. Məhz bunun xatirinə də din xadimlərinin hiyləgərliyini
camaatı aldatmaq yollarını oğluna öyrətməyə çalışır.
28 /
ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ .……………………………………………..
"H a ş i y ə. Ey oğul, əgər vaiz olsan, hafiz ol və əzbərdən
çox şey bil. Xitabət kürsüsünə qalxdıqda tez otur, rəqibinin
zəifliyinə əmin olmayınca mübahisəyə girişmə. Kürsüdə nə
istəyirsən de, onu da iddia et. Sual verən olsa, qorxusu yoxdur,
lakin fəsahətli danış, elə hesab et ki, sənin məclisində
oturanların hamısı heyvandır. Nə istəyirsən de, lakin özünü
çaşdırma... Müridlərin və nə'rə çəkənlərin olsun, qoy onlar
məclisdə otursunlar, sən hər tə'sirli bir söz dedikdə nə'rə çəkib
ah-fəryad qoparsınlar və məclisi qızışdırsınlar. Camaat
ağlayanda sən də hərdən bir ağlamsın. Sözdə çaşsan, qorxma,
salavat çevitdirib dua oxu..." ("Qabusnamə", səh. 156).
Dini çəkişmələrdə təriqət, məzhəb mubəlliğlərinin bir-
birini necə ifşa etdiklərindən danışarkən müəllif yazır:
"H e k a y ə t... Sahibin dövründə Zəneganda bir qoca var
idi. Bu qoca adlı-sanlı şafei əshabələrindən idi. Özü din xadimi,
müfti, vaiz olmaqla qazı yanında müşavirlik də edirdi. Zənegan
rəisinin də ələvi, yə'ni Əli nəslindən olan bir oğlu var idi, o da
vaiz və qazı yanında müşavir idi. Bunlar hər ikisi həmişə bir-
birini ifşa edər və minbərdən bir-birinə ağır sözlər deyərdilər.
Bir gün bu ələvi minbərdən hamin qocanı "kafir" adlandırdı.
Xəbəri hamin qocaya çatdırdılar, o da minbərdən hamin cavanı
"haramzadə" adlandırdı. Bu xəbəri də ələviyə çatdırdılar..." və s.
("Qabusnamə", səh. 66).
Keykavusun "Qabusnamə"sində dövrünün bütün
məsələləri öz əksini tapmış və tipik feodal-zadəgan nöqteyi-
nəzərindən həll edilmişdir. Bu, yalnız Keykavusun öz şəxsi fikri
deyildir, onu atası İskəndər belə öyrətmişdir, ona da, şübhəsiz
ki, atası Qabus belə demişdir. Başqa şah, feodal-zadəgan
sülalələrinin də buna e'tirazı ola bilməz, çünki qədim İran
şahlarının hamısı belə etmişlər, Keykavus babalarından belə
eşitmişdir, oğluna da belə nağıl edir və öz təcrübəsində
gördüklərini buraya əlavə edir. Amma bunlar məcburi deyildir.
Əgər oğlu Gilanşah gözəl yaşamaq üçün bundan daha
yaxşılarını taparsa, onu da etməlidir. Lakin Keykavusun fikrinə
görə, o hər şeyi demişdir. Oğlu Gilanşah onun dediklərinə əməl
etsə, xoşbəxt olar.
Son fəsildə oxuyuruq:
"Özümə nəyi bəyənmişəmsə, sənə də onu məsləhət
görmüşəm. Əgər sən bunlardan daha gözəl adət və xasiyyət
tapsan, elə ol ki, sənin üçün daha yaxşı keçsin, tapmasan,
mənim bu nəsihət və öyüdlərimə canla-başla qulaq as və elə də
et. Qulaq asmayıb qəbul etməsən, məcburi deyil. Allah kimi
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib
xoşbəxt yaradıbsa, o oxuyub anlayar, çünki buradakıların hamısı
hər iki dünyanın xoşbəxtləri üçün yazılmışdır" ("Qabusnamə",
səh. 237).
Doğrudan da, Keykavus nəyi bəyənmişsə, nəyi bilibsə,
oğluna da onu məsləhət görmüşdur. Bu cəhətdən
"Qabusnamə"yə Ziyari feodal-zadəgan təbəqəsinin din, fəlsəfə,
elm, iqtisadiyyat və əxlaq "Qamusu" kimi də baxmaq olar.
Keykavus öz sinfinin nöqsanlarını yaxşı görür, vəzifə, mənsəb,
şan-şöhrət, var-dövlət naminə hər şeyə razı olan, əmisi
Mənuçehr Şərəfülməali kimi öz atasını həbs edib qara
zindanlara atan, babası Şəmsülməali Qabus kimi yaxın
adamlarını, qohum-qardaşlarını qıran, miras xatirinə ata-
anasının ölümünü arzulayan çoxlu feodal-zadəgan balaları göz
qarşısındadır. Lakin o, bunlara qarşı çıxa bilmir. Odur ki,
müəllif oğluna yalvarıb deyir:
"Amandır, miras xatirinə ana və atanın ölümünü arzulama"
("Qabusnamə", səh. 47).
Lakin yaxşı dolanmaq üçün Keykavus hər şey etməyə
hazırdır, o, bunun üçün heç bir şeydən çəkinməməyi oğluna da
məsləhət görür, yalan danışmaq, böhtan demək, saxta sənəd
düzəltmək, ikiüzlülük etmək, qəsdən ağılsız və iste'dadsız
olmaq, ümumiyyətlə, bütün vasitələrə əl atmağı mümkün hesab
edir. O yazır:
"Öz iste'dadınla qürrələnmə, dolanmaq üçün ağılsız və
iste'dadsız olmaq lazımsa, ağılsız və iste'dadsız ol
("Qabusnamə", səh. 54).
"Ey oğul, sən doğru danışan ol, yalan danışan olma, özünü
doğru danışan tanıt ki, işdir bir gün zərurət üzündən yalan
deməli olsan, doğru qəbul etsinlər" ("Qabusnamə", səh. 61).
"Kimə ehtiyacın varsa, özünü ona qarşı nökər və qul kimi
apar" ("Qabusnamə", səh. 152).
"Əgər xəttatlıqda qadir, başqalarının xəttini oxşatmaqda
mahir olsan, bu çox gözəl sənətdir. Lakin bunu hər adama
göstərmə ki, saxta xətt düzəltməkdə şöhrət tapmayasan və
ağanda şübhə oyatmayasan, biri başqasının xəttini oxşatsa,
tapmasalar, onu səndən görməsinlər. Kiçik şeylər üçün saxta
kağız düzəltmə. Bir gün böyük qazanc üçün lazım olsa və
düzəltsən, qoy heç kəsin gümanı sənə getməsin.
Deyildiyinə görə, mahir və fazil katiblər xətt oxşatmaqla
çox bilikli və təcrübəli vəzirləri məhv etmişlər" ("Qabusnamə",
səh. 200).
30 /
ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ .……………………………………………..
"Deməli, ağanın mal-dövlətini qoru, yesən, iki barmaqla ye
ki, boğazında qalmasın" ("Qabusnamə", səh. 202).
"Qabusnamə"də belə misallar çoxdur. "Qabusnamə" yalnız
hakim təbəqələri ifşa etmək deyil, həm də tarix, fəlsəfə, o
zamankı dövrün elm və mədəniyyətini, ictimai-iqtisadi həyatını
öyrənmək nöqteyi-nəzərindən də maraqlıdır. Heç də təəccüblü
deyildir ki, ümumiyyətlə Şərq, xüsusilə İran tarixi yazılarkən,
onun elm və mədəniyyətindən, əxlaq, adət və ən'ənələrindən
danışarkən istər-istəməz bu kitaba müraciət etməli olurlar.
Həqiqətən "Qabusnamə" faktik material cəhətindən də diqqətə
layiqdir. Əhatə etdiyi mövzular cəhətindən də çox maraqlıdır.
Bu əsər ilk fars nəsri kitablarına aid olmaq, dilin səlisliyi,
ibarələrin bədiiliyi, gətirilən hekayətlərin duzluluğu və ibrətli
olması ilə də çox orijinaldır. "Qabusnamə" tibb, nücum,
geodeziya kimi elmlərdən, şairlik, musiqişünaslıq kimi
incəsənət nümunələrindən də bəhs edir. Keykavus tibb elmini
çox sevdiyini deyir. Yəqin burada Şəmsülməali sarayında özünə
sığınacaq tapmış İbn-Sinanın şöhrəti və tə'siri də böyük rol
oynamışdır.
Əsərin oxucuda nifrət, qəzəb, doğuran fəsillərindən biri qul
alveri fəslidir. Burada adamların heyvan kimi müayinə edilməsi,
arıq-kökluyü, qaşı, gözü, dodağı, dişi, dərisinin rəngi, irqi və
sairə cəhətləri əsas götürülür. İnsan ləyaqəti əsl mə'kanda
tapdalanır. Hətta heyvanlar kimi insanlar da çinslərə bölünür.
Sonra hər tayfa və irq xüsusi xarakterizə edilir.
"Qabusnamə"nin maraqlı
fəsillərindən biri də
"Cavanmərdlik" fəslidir. Burada müxtəlif fəlsəfi problemlərdən
danışılır, müxtəlif sənətkarlıqda olan comərdliklərdən söhbət
gedir, sufizmin mahiyyəti, dərvişlik kimi məsələlərdən bəhs
edilir. "Qabusnamə" müəllifinin dərin də olmasa, çox müxtəlif
mə'lumata malik olduğu, bir çox sənətləri praktiki bildiyi, nəsrlə
gözəl yazdığı, şe'r deməkdə də əli olduğu aşkar görünür. Əsərdə
yüzdən yuxarı alim, şair, tarixçi, münəccim, həkim, filosofun
adı çəkilir ki, bu da Keykavusun bilik dairəsinin çox geniş
olduğuna dəlalət edir. Əsərdə hikmətli ifadələr, ibrətli
hekayətlər, tarixi müqayisə. və paralellər də çoxdur. Bunlar
hamısı kitabın tarixi bir mənbə kimi istifadə edilməsini, ədəbi
bir abidə kimi tədqiq edilib öyrənilməsini zəruri, bədii bir əsər
kimi isə maraqlı oxunmasını tə'min edir.
* *
*
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib
"Qabusnamə" dünyanın bir çox dillərinə tərcümə
edilmişdir, o cümlədən türk, fransız, alman və rus dillərinə
tərcümələri vardır. Rus dilində kitabın 2-ci nəşri 1958-ci ildə Y.
E. Bertels tərəfindən böyük müqəddimə və geniş izahla
buraxılmışdır. Fars dilində on dəfəyə qədər çap edilmişdir
1
.
"Qabusnamə" ilk dəfə olaraq Azərbaycan dilinə tərcümə
edilir. Tərcümə üçün Səid Nəfisinin
Dostları ilə paylaş: |