28 hakimiyyəti və
Büzürcmehrin
29 vəzirliyi dövründə Rumdan çox savadlı bir elçi
gəlir. Xosrov o zamankı fars şahlarının adətinə görə taxta oturub
elçini qəbul edir. Elçi öz e'tibarnaməsini təqdim etdikdən sonra
şah da özünün Büzürcmehr kimi vəziri olduğunu göstərmək
üçün e'tibarnaməni onun vasitəsilə alır və söhbət zamanı elçinin
yanında Büzürcmehrə deyir: "Filankəs, dünyada nə varsa,
hamısını sən bilirsən..." və istəyir o desin: "Bəli bilirəm", lakin
Büzürcmehr deyir: "Xeyr, hökmdarım, bilmirəm". Xosrov pərt
olur, elçidən utanır və soruşur: "Bəs hər şeyi bilən kimdir?".
Büzürcmehr deyir: "hər şeyi hamı birlikdə bilir, hamı isə hələ
anadan olmamışdır.
Ey oğul, sən özünü hamıdan bilikli hesab etmə, elə ki,
özünü bilməyən hesab etdin, bilən olarsan, əsil bilən ona
deyərlər ki, bilmədiyini bilə. Sokrat, bütün böyüklüyünə
baxmayaraq, demişdir: "Mən özümdən sonra gələcək böyük və
ağıllı adamların mənə tə'nə vuracaqlarından və "Sokrat bir
dəfəlik dünyanın bütün biliklərini öyrənmək iddiasında
olmuşdur"-deyəcəklərindən qorxmasaydım, mütləq deyərdim ki,
mən heç nə bilmirəm və öyrənməyə də acizəm, lakin bunu deyə
bilmirəm, çünki bu mənim tərəfimdən çox böyük iddia olardı".
54 /
ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ .……………………………………………..
Əbu Şükur Bəlxi
30 bir beytdə özünün çox böyuk alim olduğunu
tə'rifləyir, o beyt budur:
Beyt
O yerə çatmışdır indi elmim ki,
Anlayıb bilməmişəm hələ nadanam.
Ey oğul, nə qədər böyük alim olsan da, öz biliyinlə
qürrələnmə, öhdəsindən gələ biləcəyin işlərdə də öz rə'yin
haqqında böyük fikirdə olma, özləri haqqında böyük fikirdə
olanlar həmişə peşmançılıq çəkərlər. Başqaları ilə
məsləhətləşməyi özünə əksiklik hesab etmə, ağıllı qocalar və
sınanmış dostlarla məsləhətləş. Bütün hikmət və
peyğəmbərliyinə, müəlliminin və işlərini sahmana salanın
Allah-taalanın özü olmasına baxmayaraq, Allah yenə də
Məhəmməd Mustəfa səlləllahü əleyhi və səlləmə bununla
kifayətlənməyə razılıq verməmiş və: "işlərində onlarla məsləhət
et" demişdir. Demiş ki: "ya Məhəmməd, öz əshabə və
dostlarınla məsləhət et, çünki sizdən hərəkət Allah olduğum
üçün isə, məndən bərəkətdir". Bilməlisən ki, bir adamın rə'yi iki
adamınkı kimi ola bilməz, bir göz iki gözün gördüyünü görə
bilməz, görmürsənmi təbib xəstələndikdə və xəstəliyi
şiddətləndikdə, nə qədər hazır həkim olur olsun, yenə də özü ilə
kifayətlənməyib, başqa bir həkimi çağırar, onun məsləhəti ilə
müalicə olunar. Yaxın bir adamın sənə işi düşsə, ona kömək
etməyə çalış, rəqib və düşmənin olsa belə, yardım əlini və
malını ondan müzayiqə etmə. İşi düzəlsə, etdiyin kömək onun
sənə qarşı məhəbbətini artırar və ola bilər ki, o düşmən dönüb
dost olsun. Görüşünə gələn söz ustadlarına hörmət edib, onlara
bəxşiş ver ki, sənin görüşünə həris olsunlar (yə'ni tez-tez
gəlsinlər). Adamların ən yazığı odur ki, alim olsa da, heç kəs
onun görüşünə getməsin.
Camaat ilə mehriban danış və qaş-qabağını turşutma. Qaş-
qabaqlı adam yaxşı sayılmaz. Adam nə qədər hikmət sahibi olsa
belə, qaş-qabağını tökdükdə onun nə hikmətində hikmətlik
qalar, nə sözündə gözəllik. Xülasə, bil ki danışmağın qaydası
necədir və nədir, qalanına Allah kərimdir.
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib