Sonra demişdir: "İstəyirsən ki, sirrinin üstü açılmasın
başqalarının sirrini açma".
Sonra demişdir: "Dalda ələ salınmaq istəmirsənsə, əlin
altında işləyənlərlə mülayim dolan".
Sonra demişdir: "Uzun müddət peşman olmaq
istəmirsənsə, nəfsinə tabe olma".
Sonra demişdir: "Zirək olmaq istəyirsənsə, öz üzünü
başqalarının aynasında gör".
Sonra demişdir: "Qorxusuz yaşamaq istəyirsənsə,
başqalarına yamanlıq etmə".
Sonra demişdir: "İstəyirsən sənin qədrini bilsinlər,
başqalarının qədrini bil".
Sonra demişdir: "İstəyirsən
sənin dediyinə əməl etsinlər,
özün dediyinə əməl et".
Sonra demişdir: "İstəyirsən xalq səni ağıllı hesab etsin, ağlı
olmayan adama sirr vermə".
Sonra demişdir: "İstəyirsən camaatdan üstün olasan, duz-
çörək verən ol".
Sonra demişdir: "Nə üçün o adamı düşmən saymayasan ki,
o özünün igidliyini xalqı incitməkdə görür?".
Sonra demişdir: "Nə üçün o adama dost deyəsən ki, o sənin
düşmənlərinlə dostluq edir?".
Sonra demişdir: "İste'dadsız adamla dostluq etmə,
iste'dadsız adam nə dostluğa yarayar, nə düşmənliyə"
Sonra demişdir: "Özünü alim sayan nadandan uzaq gəz".
Sonra demişdir: "Ədalətli ol ki, ədalət məhkəməsinə işin
düşməsin".
Sonra demişdir: "Haqq acı olsa da,
onu dinləmək
lazımdır".
Sonra demişdir: "İstəyirsən düşmən sənin sirrini bilməsin,
onu dosta demə.
Sonra demişdir: "Xırdaçılıq edən və böyük ziyan verən
olma".
Sonra demişdir: "Ləyaqətsiz adamları diri hesab etmə".
Sonra demişdir: "Sərvəti olmadan dövlətli olmaq
istəyirsənsə, gözü tox ol".
Sonra demişdir: "Hədərə alma ki, hədərə də satasan.
Sonra demişdir: "Tay-tuşa möhtac olmaqdansa, ölmək
yaxşıdır".
Sonra demişdir: "Əclaf adamın çörəyi ilə dolanmaqdansa,
acından ölmək yaxşıdır".
64 /
ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ .……………………………………………..
Sonra demişdir: "Hər düşündüyünü etibarsız
adama demə,
lakin etibarlı adamdan da gizlətmə".
Sonra demişdi: "Özündən aşağı adama möhtac olmaq
böyük müsibətdir, suda boğulmaq alçaq adamdan kömək
ummaqdan yaxşıdır".
Sonra demişdir: "Bu dünya üçün çalışan təvazökar fasiq
46
o dünya üçün çalışan mütəkəbbir abiddən
47
yaxşıdır".
Sonra demişdir: "Ən nadan adam odur ki, birisi kiçiklikdən
böyüklüyə çata, lakin ona yenə də kiçik kimi baxa".
Sonra demişdir: "Ondan daha bədtər rüsvayçılıq
olmaz ki,
biri bilmədiyi şeyin doğruluğunu iddia edə, sonra yalançı
olduğu meydana çıxa".
Sonra demişdir: "Ən aldadılmış adam ona deyərlər ki,
nağdı nisyəyə dəyişə".
Sonra demişdir: "Ən alçaq adam odur ki, birinin ehtiyacı
ona düşə, imkanı ola, lakin kömək etməyə".
Sonra demişdir: "İstəyirsən ki, ədalətlilər sırasında adın
çəkilsin, sənə tabe olanları imkanın daxilində yaxşı saxla".
Sonra demişdir: "İstəyirsən ki, sənin adını nəciblər
sırasında çəksinlər, tamahkar olma və tamahkarlığı yaxına
buraxma".
Sonra demişdir: "İstəyirsən qara camaat səni pisləməsin,
onların işini tə'riflə".
Sonra demişdir: "İstəyirsən ki, ürəklərdə özünə yurd salıb
seviləsən və xalq səndən nifrət etməsin, xalqın xeyrinə danış".
Sonra demişdir: "İstəyirsən ki, xalq arasında ən yaxşı və ən
bəyənilmiş adam olasan,
özünə məsləhət bilmədiyini
başqalarına da məsləhət görmə".
Sonra demişdir: "İstəyirsən ki, ürəyinə heç bir məlhəmlə
sağalmayan yaralar vurulmasın, nadan adamla höccətə girişmə".
Sonra demişdir: "Adamların ən yaxşısı olmaq istəyirsənsə,
heç şeyi xalqdan əsirgəmə".
Axırda demişdir: "İstəyirsən ki, dilin uzun olsun, əlini
gödək et".
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib
Nuşirəvan Adilin öyüd və nəsihətləri bunlardan ibarətdir.
Ey oğul, oxuyarkən, bu sözlərə xor baxma, bunlardan həm
hikmət
iyi gəlir, həm hökmdarlıq iyi, çünki bunlar həm
həkimlərin
1
sözüdür, həm hakimlərin. Bunların hamısını öz
malın et. İndi nə qədər ki, cavansan öyrən, qocalanda özün
qulaq asmaq istəməyəcəksən. Çünki qocalar elə şeylər bilərlər
ki, onları cavanlar bilməzlər.
1
* Щяким - бурада алим, щикмят сащиби
мя'насында ишлядилмишдир.-Р. С.
66 /
ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ .……………………………………………..
Doqquzuncu fəsil
Dostları ilə paylaş: