İbn Müqlə deyir: "Filankəsi gətirin, bizimlə orucunu açsın".
Xülasə, Nəsr bütün ramazan ayını onun yanında iftar edir. Elə
ki, orucluq bayramı qurtarır
və bir neçə gün keçir, Müqlənin
oğlu xəbər göndərir ki, "malın gətirilməsini yubadırlar, nə tədbir
görək?" Nəsr deyir: "Mən qızılları vermişəm". Müqlənin oğlu
deyir: "Kimə veribsən?" Nəsr deyir: "Sənə vermişəm".
Müqlənin oğlu təəccüb edib Nəsri çağırtdırır, ona deyir: "A kişi,
sən qızılı kimə veribsən?". Nəsr deyir: "Mən qızıl verməmişəm,
lakin bir ay pulsuz sənin çörəyini yemişəm, sənin çörəyinlə tam
bir ay oruc açıb, sənin qonağın olmuşam, indi bayram çatdıqda
mənim zəhmət haqqım budur ki, məndən qızıl istəyirsən?"
Müqlənin oğlu gülüb deyir: "Qəbzini alıb salamatlıqla get, mən
o malı sənə diş muzdu verdim, sənin əvəzinə o qızılı mən özüm
qoyaram".
Beləliklə, Nəsr malını müsadirə olunmaqdan xilas etdi.
Deməli, xalqın minnətini götürən, xoşsifət, gülərüz ol,
lakin yersiz gülmə, şərab az iç və qonaqlardan tez məst olma,
Elə ki, gördün qonaqlar kefləniblər, bu zaman öz məharətini
göstər, onların sağlığına badələr qaldır və ləzzətlə iç, qonaqlarla
mehriban
olub zarafatlaş, şuxluq et, lakin yersiz gülən olma,
çünki yersiz gülmək dəlilik kimi bir şeylir.
Qonaq sərxoş olduqdan sonra getmək istəsə, bir iki dəfə
qalmasını xahiş et, qayğıkeşlik göstər, qoyma getsin, üçüncü
dəfə icazə ver getsin.
Əgər sənin qulamlarından bir xəta baş versə, bağışla,
qonaqların yanında danlama, üzünü turşudub onlarla dava-
dalaşa başlama və demə ki, "bu niyə belə pisdir, bu niyə belə
yaxşıdır". Əgər bir şey sənin xoşuna gəlməyibsə, başqa vaxt
deyə bilərsən belə etməsinlər. Bu dəfəlik isə gərək özünü
saxlayıb dözəsən. Əgər qonağın min axmaqlıq edib nalayiq
sözlər desə, hamısını bağışla və ona layiqincə xidmət et, H e k a
y ə t. Eşitmişəm, bir dəfə xəlifə Mö'təsim
65
öz qarşısında bir
günahkarın boynunun vurulmasını əmr edir. O kişi deyir: "Ya
əmirəl-mö'minin, o böyük Allah xatirinə mənə bir
içim su verib
qonaq edin, yaman susuzam, sonra nə istəyirsiniz onu da edin".
Mö'təsim and xatirinə əmr edir ona su versinlər. O kişi suyu
içdikdən sonra ərəb adətinə görə deyir: "Ya əmirəlmö'minin,
Allah sənin payını artıq eləsin, mən bu bir içim su ilə sənin
qonağın oldum, indi isə insanlıq naminə qonağı öldürməzlər,
məni öldürməyi əmr etmə, bağışla ki, sənin əlinlə tövbə etmiş
olum". Mö'təsim deyir: "Doğru deyirsən, qonağın haqqı
76 /
ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ .……………………………………………..
böyükdür, səni bağışladım, bundan sonra bir daha xəta etmə ki,
sənə də qonaqlıq haqqını yerinə yetirmək vacibdir".
Lakin qonaqlıq haqqı haqq qanan, qədir bilən adamlar
üçündür, yoxsa bu o demək deyildir ki, hər qabağına çıxanı, ya
hər tüfeylini evinə aparıb, yedirdib içirdəsən, əzizləyib yola
salasan ki, nə var bu mənim qonağımdır. Kimə yaxınlıq edib,
kimə ürək verməyi bilmək lazımdır.
H a ş i y ə. Əgər qonaq olsan, hər kəsə qonaq olma ki, ada-
sana ziyanı vardır. Qonaq getdikdə ac getmə, tox da getmə ki,
bir şey yeyə biləsən və süfrə sahibinin ürəyinə dəyməyəsən.
Şərab iç, lakin ifrat etmə, eyib olar.
Süfrə sahibinin evinə
getsən, dostlarının evlərindən olsa da, elə yerdə otur ki, ora
sənin yerin olsun, sırtıq olma, o evdə, süfrə başında və mey
məclisində füzulluq etmə və süfrə xidmətçilərinə demə ki, "ay
filankəs, filan nimçəni, filan kasanı filan yerə qoy", özünü elə
göstərmə ki, guya mən də bu ev adamıyam. Üzlü qonaq olma,
camaatın kasa və nimçəsinə göz tikmə. Öz nökərlərinə süfrədən
bir şey vermə ki, deyiblər: "Süfrədən pay səfillikdir". Şərab
düşkünü olma, elə et ki, yol gedərkən sənin sərxoşluğunu
bilməsinlər, elə keflənmə ki, insanlıq simasını itirəsən. Məstliyi
evində et, dilinə bircə qədəh şərab dəyibsə, nökərlərin yüz
günah etsələr və tənbihə layiq olsalar da, yenə onlara cəza
vermə, çünki heç kəs onu tərbiyə tədbiri kimi qəbul etməz, hamı
deyər ki, kefli olduğu üçün belə edir. Nə istəyirsənsə, şərab
içməmiş et, onda bilərlər ki, məqsədin budur, içdiyin üçün deyil.
Sərməst nə etsə,
onu sərxoşluğa yozarlar, deyərlər ki, dəliliyi
tutub. Deyirlər: "Əlcünün-fünun", yə'ni "dəlilik cürbəcür olar".
Sərməstliyin növü müxtəlifdir: çoxlu əl çalıb ayaq yerə
döymək, ağlamaq, gülmək, mahnı oxumaq, yeməkdə şitini
çıxarmaq, zayvaqlayıb çox danışmaq, danışmayıb hey susmaq,
mehribanlıqda həddini aşmaq, qulluq göstərməkdə ifrata
varmaq, bunların hamısı sərməstlikdir, ya dəlilik.
Bütün bu dediklərimdən özünü qoru, ailə üzvlərindən və
qullarından başqa heç bir yad adamın qarşısında sərməstlik
etmə. Hərçənd cavanlara yüngül musiqi xoş gəlir, onu sevirlər,
çalırlar və çalınmasını tələb edirlər, lakin əgər sən xanəndə və
mütrüb çağırsan təkcə yüngül hava oxumalarını istəmə, qoy səni
diringəçi və mey düşkünü hesab etməsinlər.
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib