69 vaxtında xəbər
gətirirlər ki, Buxarada bir tacirin iki min dinar qiymətində bir
qulu var. Bu əhvalatı, Əhmədi Coğdi
70 əmirin yanında danışır.
Əmir Sə'd Nəxxası
71
çağırıb Buxaraya göndərir, həmin qulu iki min iki yüz
dinara alıb Gürgana gətirir. Əmir qulamı bəyənir, onu özünə
dəsmaltutan tə'yin edir. Əmir əlini yuyanda, o, dəsmalı tutar,
əmir isə əlini qurulayarmış. Bir müddət keçdikdən sonra, bir
dəfə əmir əlini yuyur, qulam dəsmalı ona verir. Əmir əlini silə-
silə dəsmalı buraxmayıb hey ona baxır, mə'lum olur ki,qulam
onun xoşuna gəlir, sonra dəsmaldan əl çəkir.
Bir az keçdikdən sonra o, Əbul-Abbas Qanimiyə
72 deyir:
"Bu qulamı azad edirəm və filan kəndi ona bağışlayıram.
Fərman yaz, bir kətxuda qızı da onun üçün tap. Qoy onun
evində otursun və saqqalı gələnə qədər evdən xaricə çıxmasın".
Əbul-Abbas vəzir idi, deyir: "Əmr hökmdarın əmridir,
lakin əgər mümkünsə, əmir buyursun, görək burada nə hikmət
var?" Əmir deyir ki: "Bu gün bir hadisə baş verdi, çox da pis
oldu. Yetmiş yaşında şah hara, aşiqlik hara! Mənə yetmiş
yaşdan sonra Allah bəndələrini dolandırmaq, ordu, xalq və
ölkənin hayına qalmaq lazımdır. Mən eşqbazlıqla məşğul
olsam,nə Allah yanında üzrlü sayılaram, nə bəndə yanında".
Bəli, cavan nə etsə, üzürlüdur, lakin adam nə qədər cavan
olsa da, gərək birdən, dəlicəsinə eşqini büruzə verməsin,
beləliklə siyasət və hörmətə sədəmə vurmasın.
H e k a y ə t. Qəzneyndə
73 eşitmişəm, Məs'udun
xidmətində on qulam var imiş, onu da onun şəxsi paltar
saxlayanı imiş. Onların arasında Nuştəkin adlı bir qulam
sevimlisi imiş. Bir neçə il keçir, lakin: heç kəs, o cümlədən bu
on qulam da bilmir ki, Soltanın sevimlisi kimdir, çünki Soltan
Nuştəkinə nə bağışlayırmış, hamıya da ondan verirmiş ki, hərə
elə bilsin Məs'udun sevimlisi odur. Soltanın bu bəxşişləri
verməkdən məqsədi isə Nuştəkin imiş. Beş il bu münval ilə
keçir. Bir gün Soltan sərxoş ikən deyir: "Mənim atam Ayaza nə
bağışlamışdısa, onların hamısının bütün pul, qəbz və iqtaları
74
ilə birlikdə Nuştəkinə verilməsi haqqında fərman yazın. Yalnız
bundan sonra bilirlər ki, onun sevimlisi Nuştəkin imiş.
Hərçənd mən bu əhvalatları danışıram, lakin bilirəm ki,
aşiq olanda mənim dediklərimə əməl etməyəcəksən, ona görə,
eşq haqqında qocavarı bir rübai demək istəyirəm:
R ü b a i
82 /
ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ .……………………………………………..
Kimdə həyat ola, həm natiq ola,
Gərəkdir o, Üzra, ya Vamiq ola.
Əgər ikiüzlü deyilsə insan
Mutləq gərək sevə, ya aşiq ola!
Hərçənd mən belə demişəm, amma sən mənim rübaimə
fikir vermə, ona əməl etmə, çalış aşiq olma. Birini sevməli
olsan, eləsini sev ki, sevməyinə dəysin. Əlbəttə, mə'şuq
Ptolemey
75 ya Əflatun olmayacaqdır, lakin bir az ağıllı
olmalıdır; bilirəm, Yə'qub oğlu Yusif də olmayacaqdır, lakin bir
az gözəlliyi, incəliyi olmalıdır ki, camaatın ağzını bağlaya
biləsən və sənin üzrünü qəbul etsinlər. Axı camaat bir-birinin
qeybətini qırıb, bir-birinə eyib tutmağa adət etmişlər. Birindən
soruşdular: "Eybin varmı?" Dedi:Yox". Dedilər: "Eyib tutanın
necə"? Dedi: "Nə qədər istəyirsən"! Dedilər: "Onda dünyada ən
eybli adam sənsən".
Qonaq getsən, sevgilini özünlə aparma, aparsan xalqın
qabağında onunla mazaqlaşma, bütün fikir-zikrini ona vermə,
qorxma, onu heç kəs yeməz. Elə təsəvvür etmə ki, o, hamının
gözünə sənə görünən kimi görünər. Bu barədə şair belə deyir:
Bey t
Mən yazığın halına vay olsun o gün ki, sən
Mənə görünən kimi, hamıya görünəsən.
Sənin gözünə hamıdan gözəl göründüyü kimi, başqalarının
da gözünə hamıdan çirkin görünə bilər.
Bir də ona fasiləsiz olaraq meyvə, noğul vermə,
dəqiqəbaşı qonaq etmə, hər saatdan bir çağırıb qulağına söz
demə, guya mən xeyirli-zərərli şeyləri gizli deyirəm, camaat
biləcək ki, sən nə dedin.
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib