Microsoft Word Qabusname doc


On üçüncü fəsil  ZARAFAT, NƏRD, ŞAHMAT VƏ ONLARIN ŞƏRTLƏRİ



Yüklə 1,84 Mb.
Pdf görüntüsü
səhifə39/103
tarix29.12.2016
ölçüsü1,84 Mb.
#3818
1   ...   35   36   37   38   39   40   41   42   ...   103
 
On üçüncü fəsil 
ZARAFAT, NƏRD, ŞAHMAT VƏ ONLARIN ŞƏRTLƏRİ 
HAQQINDA 
Bil, ey oğul, deyiblər: "zarafat şərrin müqəddiməsidir", 
yə'ni zarafat bütün bəlaların bələdçisidir.  
Bacardıqca  şit zarafatlardan qaç, əgər zarafat etsən, heç 
olmazsa, məst vaxtı etmə, belə halda şərr və bəla daha çox olar. 
İstər ayıq ol, istərsə  məst-nalayiq zarafatlardan və söyüş 
söyməkdən utan, xüsusilə  nərd və  şahmat oynadıqda, çünki bu 
iki oyunda adamlar daha tez əsəbiləşir və zarafata az davam 
gətirirlər. Çox nərd və  şahmat oynamağı özünə adət etmə 
oynamalı olsan, hərdənbir oyna, quş, qoyun, qonaqlıqdan və ya 
bunlardan daha kiçik olan bir şeydən oyna. Girov və puldan 
oynama, puldan oynamaq tərbiyəsizlikdir və qumar hesab 
edilər. Oynamağı yaxşı bilirsənsə, qumarbazlıqda ad qazanmışla 
oynama ki, sən də qumarbaz kimi tanınarsan; oynayırsansa. 
özündən daha adlı-sanlı və daha şöhrətlisi ilə oyna. 
Nərd və  şahmatda nəzakət qaydası belədir ki, gərək sən 
əvvəlcə  zərə  əl atmayasan, qoy hərif istədiyini götürsün. Əgər 
nərd oynasan, zərləri qoy əvvəlcə  rəqib götürsün, şahmatda da 
ilk gedişi ona ver. Lakin türklər, cığalbazlar, xidmətçilər, 
arvadlar, uşaqlar və tündxasiyyətli adamlarla girovdan oynama, 
içindən cəncəl çıxar. Zərin xalları üstündə  rəqiblə mübahisə 
edib hay-küy qaldırma, and içmə ki, filanı atmışdım. Andın 
doğru olsa da, camaat onu yalan güman edər. Bütün şərr və 
fəsadın əsası zarafat dır; zarafat etməkdən özünü qoru. Hərçənd 
zarafat nə günahdır, nə eyib. Peyğəmbər də zarafat edib. 
Aişənin evində bir qarı var idi, bir gün peyğəmbərdən 
soruşdu: "Ey Allahın elçisi, mənim üzüm behiştə gedənlərinki 
kimidir ya cəhənnəmə", yə'ni: "Mən behiştliyəm, ya 
cəhənnəmlik?" Deyiblər ki: "Allahın elçisi zarafat edərdi, lakin 
həm də doğrusunu deyərdi". Sonra peyğəmbər zarafatyana 
qarıya demişdir: "O dünyada heç bir qoca qadın behiştdə 
olmayacaqdır". Qarının kefi pozulur, ağlamağa başlayır. 
Peyğəmbər gülərək deyir: "Ağlama, mənim sözümdə xilaf ola 
bilməz, doğru dedim ki, heç bir qoca behiştdə olmayacaqdır, 
çünki qiyamət günü hamı qəbirdən cavan qalxacaqdır". Qarının 
könlü açılır. Zarafat etmək olar, lakin söyüş söymək yaramaz. 
78 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
Əgər söyüş söyməli olsan, barı az söy və öz taylarına de ki, 
cavab qaytarsalar, eyib olmasın.  Şit zarafat etdikdə  də ona 
ciddilik qarışdır, lakin söyüşdən qaç. Doğrudur. hər zarafatda 
bir şitlik olar, lakin həddini bilmək lazımdır. Hər nə desən onu 
da eşidərsən, xalqa nə edirsənsə, onu da xalqdan gözləməlisən. 
Lakin heç kəslə dalaşma, dalaşmaq kişi işi deyil, arvad və uşaq 
işidir. Əgər, işdir, biri ilə dalaşmalı olsan, bildiyin və bacardığın 
hər şeyi etmə, elə dalaş ki, barışığa yer qalsın. Çox da sırtıq və 
inad olma. Alçaq adamların ən pis xasiyyəti sırtıqlıq və inaddır. 
Ən gözəl sifət təvazökarlıqdır. Təvazö elə bir vergidir ki, heç 
kəs ona həsəd etməz. Hər sözbaşı demə: "a kişi!", çünki 
səbəbsiz olaraq "a kişi" deyən adam, kişini kişilikdən salmış 
olar. 
Şərab içmək, zarafat etmək, eşqbazlıq-bunların hamısı 
cavanların işidir, lakin işlərin  əndazəsini bilsən, bunları elə 
gözəl təşkil etmək olar ki, camaat sənə irad tuta bilməz. 
İndi ki, şərab içmək, zarafat etmək, nərd və  şahmat 
haqqında bir neçə söz deyildi, istər-istəməz məhəbbət, eşqbazlıq 
qaydaları  və onların  şərtləri haqqında da bə'zi  şeylər demək 
lazım gəlir. 
Yerinə yetirib yetirməyəcəyini bilmirəm, çünki, ürəyə 
hökm etmək çətin işdir.  
 
 
 
 
 
 

Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin