da ora-bura vurma, ora-bura soxulmaqla ruzi artmaz, ona görə
deyiblər: "Zəhmət çəkməklə yaşa, özünə əziyyət verməklə
yaşama!".
Ruzi haqqında həmişə Allahdan razı qalmaq istəyirsənsə
halı səninkilərdən yaxşı olanlara deyil, pis olanlara bax.
Mal-dövlət cəhətdən yoxsul olsan, çalış ağıl və kamalca
dövlətli ol, çünki ağıl-kamal zənginliyi var-mal dövlətliliyindən
daha yaxşıdır. Ağıl ilə dövlət əldə etmək olar, dövlətlə ağıl
qazanmaq isə olmaz. Cahil adam tez yoxsullaşa bilər, lakin ağlı
oğru apara bilməz, su və od məhv edə bilməz.
Beləliklə, əgər ağlın varsa, sənət öyrən, çünki biliksiz ağıl
paltarsız bədən, simasız adam kimidir. Yaxşı deyiblər: "bilik
ağlın aynasıdır.
Altıncı fəsil
Dostları ilə paylaş: