290
özünün "Rəsaili adab-ət-təsəvvüf", Şeyx
Əbulhəsən əlMüqəddəsi
291
"Bəyan-əs-Səfa", Əbu-Mənsur əd-
Dəməşqi
292
"Əzəmət" və Əli Vahidi
293
"Kitabül-Bəyan fikəşfil-
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib
əyan" kitabında yazmışlar. Mən burada bu təriqətin bütün
şərtləri haqqında, şeyxlərin başqa kitablarda yazdıqları qədər
mə'lumat verə bilmərəm. Mənim bu kitabdan məqsədim nəsihət
vermək və sənə yaxşı gün ağlamaqdır. Ona görə bu baradə də öz
borcumu yerinə yetirdim ki, əgər bu tayfa ilə də oturub dursan,
nə sən onlara yük olasan, nə onlar sənə.
Mən bu dəstənin də cavanmərdlik şərtlərini sənə danışmaq
istəyirəm, çünki elə bir adam tapılmaz ki, özlərini hamıdan daha
üstün və daha yaxşı hesab edən bu dəstə kimi Allah xatirinə,
könüllü olaraq həyatda bu qədər əziyyətə mə'ruz qalsın.
Eşitmişəm ilk dəfə bu təriqəti kəşf edən Üzeyr peyğəmbər
olmuşdur, iş oraya çatmışdır ki, lə'nətə gəlmiş yəhudilər onu
Allahın oğlu adlandırmışlar (ağızlarına daş-torpaq).
Eşitmişəm ki, Peyğəmbərin vaxtında onun səhabələri
arasında da yamaqlı paltar geyən on iki "suffə sahibi" olmuşdur.
Peyğəmbər tez-tez onlarla xəlvətə çəkilər və onları sevərmiş.
Bu dəstənin cavanmərdlik şərtləri o biri dəstələrdən
çətindir. Bu dəstənin adət və ən'ənələri, cavanmərdlikləri iki
curdür: biri yoxsul sufilərə xasdır, o birisi sufi dostlarına. Hər
ikisindən də danışaçağam. Lakin tam mə'nada əsl dərvişlik odur
ki, heç bir şeyin olmasın. Heç bir şey olmamaq və təklik
təsəvvüfün özüdür.
H e k a y ə t. Belə eşitmişəm, bir dəfə iki sufi gedirmiş,
bunlardan birinin heç bir şeyi yox imiş, o birisinin isə beş dinar
pulu var imiş. Heç bir şeyi olmayan ürəklə gedir, heç kəsdən
qorxmur, haraya çatırdısa, orada özünü arxayın hiss edir,
təhlükəli yerlərdə yatır və könlü istədiyi kimi şellənirdi. Beş
dinarı olan isə qorxusundan yata bilmir, lakin pulunu da ata
bilmirdi. Nəhayət, gəlib bir quyunun başına çıxdılar. Yer
qorxulu və bir neçə yol ayırıcı idi. Şeysiz sufi çörəyini yedi,
başını atıb yatdı. Beş dinar sahibi ieə qorxudan yata bilmir və
hey deyirdi: "Nə edim, beş dinar qızılım vardır, bura qorxulu
yerdir, sən yatırsan, amma məni yuxu aparmır nə yata bilirəm,
nə gedə bilirəm". Şeysiz sufi deyir: "O beş dinarı ver bura".
Alır. Alan kimi dinarları quyuya atır və deyir: "canın qurtardı,
arxayın yat, müflis mis qalada olar, yə'ni müflisə zaval yoxdur".
Bütün şeyxlərin fikrinə görə, təsəvvüf üç şeydən ibarətdir:
təcrid, təslim və təsdiq (yə'ni heç bir şeyi olmamaq, özünü
Allaha təslim etmək, sidq ilə iman etmək). Əgər hər şeyə bir
nəzərlə baxsan, bəladan uzaq olarsan, heç bir işində maneəyə
rast gəlməzsən, təriqətin əsli də elə budur. Deməli, özünü təslim
etmiş dərviş heç bir adamla özü üstündə açıq düşmənlik
190 /
ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ .……………………………………………..
etməməlidir. Məsləkdaşı və ya qohumu üstündə edə bilər. Onun
paxıllığı həmişə bu olmalıdır ki, "nə üçün mənim qardaşım
məndən yaxşı deyil?". O, mənliyini unutmalı, qərəzi bir kənara
atmalı, özündən keçməli, hər şeyə təcrid və təsdiq gözü ilə
baxmalı, heç kəsə iki müxtəlif nəzərlə baxmamalı, şəkk, şübhə,
güman kimi şeylərdən əl çəkməlidir, çünki şəkkə yol verməyən
baxış təsdiq deməkdir. Heç kəs buna e'tiraz edə bilməz, çünki
həqiqətin mahiyyəti ikiliyi rədd etmək, təsdiqinki isə ziddiyyəti
rəf etməkdir.
Bil, ey oğul, kim ayağını sidqlə suya qoysa, su onun ayağı
altında buz olar. Bu barədə söhbət açsalar, bil ki, mümkün
olmasa da ağıl onu rəva bilər. Bir şeyə ki, sidqlə inandın, onu
inkar etmə, şübhəyə yol vermə. Sidq elə bir şeydir ki, onu ağıl
və ya güclə ürəyə daxil etmək olmaz, o ya Allah-taala tərəfindən
bəxş edilməlidir, ya da adamın öz canında olmalıdır.
Dərviş ona deyərlər ki, sidq gözü ilə baxsın, qorxunu
özünə peşə etməsin, zahirdə və batində bir olsun, həmişə
Allahın təkliyi haqqında düşünsün. Lakin düşünərkən, bir az
ehtiyatlı olmalıdır ki, düşüncələr atəşi içərisində yanmasın. Bu
təriqət sahibləri düşüncəni elə bir od adlandırmışlar ki, onun
suyu yalnız təsəlli ola bilər. Ona görə də işrət, rəqs və musiqini
təsəlli üçün vasitəçi ediblər. Əgər dərviş oxuyub vird etməyə
meyl göstərməsə, həmişə düşüncələr odu içərisində yanar.
Tövhid haqqında düşunməyənə musiqiyə qulaq asmaq və avazla
oxumaq çətin olar, çünki bu, qaranlıq üstünə qaranlıq gətirər.
Şeyx Əxi Zənkanı
294
ömrünün axır vaxtlarında musiqini
qadağan etmişdi, O deyirdi: "Musiqi (səma) sudur, su od olan
yerdə lazımdır. Suyu suya töksən, bulanıqlıq və lillik artar. Əlli
adamdan yalnız birində od varsa bu bir nəfər xatirinə o biri qırx
doqquzunun üstünə su səpməyinə dəyməz, o bir nəfərdən səbr,
bu qırx doqquz nəfərdən isə sədaqət tələb etmək lazımdır".
Əgər dərvişin batinində ədəb nuri yoxdursa, zahiri tərbiyə
vacibdir ki, heç olmasa, iki xususiyyətdən biri yerində olsun.
Deməli, dərviş ibadət edən, şirindil, ziyansız, pis işlərdən uzaq,
təmiz, pəhrizkar və düz olmalıdır. Onun səfərdə və başqa
yerlərdə lazım olan dərvişlərə aid butün ləvazimatı, məsələn,əsa,
kəşkül, su qabı, səccadə, yelpic, daraq, iynə, dırnaq düzəldən,
heybə və s. olmalıdır. Dərvişin dərziyə və paltaryuyana ehtiyacı
olmamalıdır, bu iki işdə o, bəlkə özü qardaşlarına xidmət
göstərməlidir. O səyahəti sevməli, lakin səfərə tək çıxmamalı,
Xanqaha
295
tək getməməlidir. Həmişə bəla təklikdən doğur.
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib
Xanqaha getdikdə, başqalarının işinə mane olmamalı,
xoşrəftarlığı heç kəsdən əsirgəməməlidir. Əvvəlcə, sol
ayaqqabısını çıxarmalı, geydikdə isə sağ ayaqqabısını
geyməlidir. Kəməri bağlı olmamalıdır. Xalq arasına
soxulmamalıdır. Səccadəsi haraya salıblarsa, orada oturmalı,
oturduqda içazə istəməli və icazə ilə də iki rükət namaz
qılmalıdır. Başqa vaxtlar gəlib getdikdə salam versə də olar,
verməsə də, lakin səhər salamını yaddan çıxarmamalıdır.
Camaatla xoş söhbət etməli, nalayiq sözlər deməkdən
qaçmalıdır. Şirin danışmağı bacarmırsa, şirin əhvalatlar nağıl
etməlidir ki, Xanqahda qaldıqca onun xatirini daha çox
istəsinlər. Heç kəsi zorla söhbətə məcbur etməməlidir. Qocalara
hörmət etməlidir. Hörmət vacibdir, söhbət isə yox. Hər işi
razılıq və cəmiyyətin tapşırığı ilə etməlidir. E'tiraz etsə günahı
olmasa da, gərək cəmiyyətin əksinə getməsin, üzr istəsin.
Xalqa çox xırda eyiblər tutmaqda ifrata varmamalıdır ki,
onun özünə də hər addımbaşı eyib tutmasınlar. Səccadədən az-
az ayrılmalı, hər şey üstündə tez-tez bazara qaçmamalıdır. Bir iş
başlamaq istədikdə və ya özünə aid bir iş görmək arzusunda
olduqda,cəmiyyətin razılığı ilə görməlidir. Paltar geymək və
çıxarmaq istəsə, cəmiyyətdən və ya cəmiyyətin mürşüdündən
(başçısından) icazə almalıdır. Səccadəyə dirsəklənməməli və
bardaş qurub onun üzərində oturmamalıdır. Camaatdan gizlin
xirqə yırtmamalı, camaatdan xəlvət heç şey, bir badam belə
yeməməlidir. Bu çox pis iş sayılır heç bir şeyi öz zahiri adı ilə
adlandırmamalı, came
296
necə deyirsə, o da elə deməlidir.
Cəmiyyət arasında çox danışmamalıdır. Hamı xirqəni yerə
salanda o da salmalı, geyəndə o da geyməlidir. Bacardıqca heç
kəsin xirqəsini cırmamalı və tək bir şey yeməməlidir, bunların
hər ikisinin xüsusi şərtləri vardır ki, hər adam onu yerinə yetirə
bilməz.
Ələ su tökməyi qənimət bilməli, ayağını başqasının
səccadəsi və xirtəsi üzərinə qoymamalıdır. Cəmiyyətin
içərisində sür'ətlə getməməli və çəmiyyətdən çox qabağa
keçməməlidir. Başqalarının yerində oturmamalı, zəhlətökən
olmamalıdır. Musiqi çalınarkən və oxunarkən, ya xirqə
parçalanarkən, ya sirr aşkar edilərkən mürşüdlə öcəşməməli,
ayağa qalxmamalı və səs salmamalıdır. Yersiz rəqs etməməli,
əynindəki naltar cırılankimi çıxarıb başçının qabağına
qoymalıdır. Əgər bir dərviş onu pisləyib ya tə'rifləsə təşəkkür
edib, ona bir şey təqdim etməlidir. Bir dərviş ona xirqə versə
alıb: "Xoşdur" deyib öpməli, bundan sonra özünə qaytarmalıdır.
192 /
ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ .……………………………………………..
Əgər dərvişlik işi görsə, ya paltar tiksə, ya paltar yusa, təşəkkür
etməyinçə geri verməməlidir. Bir dərvişi incitmiş olsa, tez
ürəyini ələ almalı, kəffarəsini
297
verməlidir.
Əgər biri yaxşılıq etsə, dərhal təşəkkür etməli və əvəzini
çıxmalıdır. Bacardıqca heç kəsdən, xüsusilə dərvişlərdən bir şey
istəməməlidir. İsfahan camaatı istəyər, lakin verməz;
xorasanlılar həm istəməzlər, həm verməzlər.
Təbəristanlılar istəməzlər,lakin verərlər; parslar istərlər və
verərlər. Eşitmişəm sufilik ilk dəfə farsda meydana çıxmışdır.
Dərviş gərək cavanlıqda zəhmət çəkib əziyyətə dözməyi
özünə peşə etsin, qocalıqda isə bir güncə çəkilib sakit-sakit
yaşasın.
Çörək yemək vaxtı süfrə başında hazır olmalıdır ki, camaat
onu gözləməsin. Camaatdan əvvəl çörəyə əl uzatmamalı,
camaatla birlikdə yöməkdən əl götürməlidir. Payından artığına
göz dikməməli, göstəriş olmadan heç kəsi öz payına şərik
etməməlidir. Müəyyən səbəbə görə çörək yeyə bilməyəcəksə,
süfrə açılmamışdan əvvəl üzr istəməli və süfrə başında heç bir
şey deməməlidir. Orucdursa, süfrə açsalar, oruc olduğunu
deməli və orucunu yeməlidir. Təharət qaydasını öyrənməli,
ayağını səccadənin altına soxmamalı, müxtəlif qaydalarla
təharət almamalıdır. Cavanmərdlik, sufilik, onların qayda və
şərtləri mənim bu dediklərimdən ibarətdir.
Sufi dostu olmağın şərti budur ki, sufilərin rəmzli sözlərini
rədd etməyəsən, onların şərhini soruşasan. Sufilərin eybini
məziyyət biləsən, məsələn, küfrünü iman sayasan. Onların
sirrini heç kəsə deməməli, bəyəndiyi işlərini tə'rifləməli,
bəyənmədiyini düzəltməyə çalışmalıdır. Onların yanına
getdikdə təmiz paltar geyməli, nəzakətlə öz yerində oturmalı və
onların xirqəsinə layiqi hörmət etməlidir, onu geyməməli,
başına qoymamalı, yerə salmamalı, nalayiq işlərdə ondan
istifadə etməməlidir. Bacardıqca yaxşılıq etməli, sufilərin
xirqələrini yerə saldıqlarını gördükdə, o da salmalıdır. Əgər
xirqə işrət xatirinə salınıbsa, onları də'vət etmək və ya qonaqlıq
verməklə əvəzini çıxmalı, bir-bir yerdən götürüb öpməli və
yiyəsinə qaytarmalıdır, yox əgər xirqə çəkişmə nəticəsində
salınıbsa, əlbəttə, ona baş qoşmamalı, bunu mürşidin öhdəsinə
buraxmalıdır və bacardıqca mübahisə edən sufilərin arasına
düşməməlidir, düşsə, yerində oturmalı, onlar məsələni özləri
həll edib qurtarana qədər səsini çıxarmamalıdır. Sufilər arasınla
özünü Allahın vəkili hesab etməməli və deməməlidir ki,
"Namaz vaxtı çatıb, durun namaz qılağın", ibadətə də'vət
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib
etməməlidir, çünki onların heç kəsin göstərişinə ehtiyacları
yoxdur. Onların arasında çox gülməməli, eləcə də cansıxıcı və
qaşqabaqlı olmamalıdır, beləsinə "ağırayaq" adam deyərlər.
Əlinə şirin yemək düşsə, az olsa da, onların yanına
aparmalı, azlığı üçün üzr istəməli və deməlidir: "Doğrudur,
azdır, lakin əliboş gəlmək istəmədim". Sufilərin əsl malı
halvadır. Bu barədə mən bir şe'r də demişəm:
Mən ki bir sufiyəm, ey çöhrəsi nur, nazlı nigar,
Bunu hər kəs bilir: arvad, kişi, gənclər, qocalar
O sənin al dodağın halva kimi şirindir,
Onu sən sufiyə ver, sufi malı halva olar.
Belə olsan, dostların ən kamili və ən düzü olarsan, çünki
cavanmərdlik və dostların düzluyü bundan ibarətdir.
İnsanlıq idealından payına bədən, can və hisslər, yə'ni
cavanmərdlik, doğruluq və elm düşən dəstə peyğəmbərlərdir.
Hansı bəndədə bu üç xüsusiyyətin üçü də birlikdə olsa, o,
mütləq ya peyğəmbər olar, ya nəsihətçi filosof, çünki cismani
iste'dadın hər ikisi ondadır. Cismani iste'dad doğruluq və
mə'rifət, ruhani iste'dad isə elmdir. Elmin nə üçün mə'rifətdən
sonra yazıldığı və nə üçün bilikdən üstün tutulduğu sənə
qaranlıqdırsa, mən bu sirri sənə aça bilərəm. Bil ki, "mə'rifət"
farsca "tanımaq" deməkdir. Tanımaq ona deyərlər ki, bir şeyi
tanıya bilmək həddindən tanışlıq dərəcəsinə çatdırasan. "Elm"
farsca "daneş" deməkdir, onun vasitəsilə tanış və yad şeyi
tanışlıq və yadlıq cəhətdən tam şəkildə tanıyırsan, onun yaxşılıq
və pislik dərəcələrini tə'yin edirsən.
Bil ki, tam bilmək beş cürdür: "əniyyət", "keyfiyyət",
"ləmiyyət", "kəmiyyət" və "səbəbiyyət", yə'ni "nəlik", "necəlik",
"nə üçünlük", "neçəlik" və "səbəb".
"Nəlik" odur ki, deyəsən: "Filanı tanıyıram, "nədir" və
"kimdir". Bu "mə'rifət"dir.
"Mə'rifətdə", yə'ni tanımaqda heyvanlar insanlara
şərikdirlər, ona görə ki, onlar da öz yeməklərini və balalarını
tanıyırlar, adamlar da. Lakin əlavə olaraq insanlarda bilik də
olduğundan onlar "nəliyi", "necəliyi", "neçəliyi", "nə üçünlüyu"
və "səbəbi" də bilirlər. Görmürsənmi, heyvanların yemi olan
yerə od qoyduqda onlar başını ora soxub odun yandırdığını hiss
etməyincə çəkilmirlər, çünki onlar odun "nəliyini" bilir,
"necəliyini" bilmirlər. İnsanlar isə həm "nəliyi", həm də
"necəliyi" bilirlər.
194 /
ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ .……………………………………………..
Demək, aydın oldu ki, nə üçün elm "mə'rifətdən"
yüksəkdir. Buna görə dedim ki, kimin elmi kamil olsa, o,
peyğəmbərliyə layiq olar. Biz heyvanlara nisbətən üstün
olduğumuz qədər peyğəmbərlər də bizdən üstündürlər.
heyvanlar bircə "nəliyi" bilirlər, insanlar "nəliyi" və "necəliyi",
peyğəmbərlər isə adamların ən kamilləridir, onlar "nəliyi",
"necəliyi", "neçəliyi", "nə üçünlüyü" və "səbəbi" də bilirlər.
Heyvan yalnız onu bilir ki, "od" yandırır, insan bilir ki, "necə
yandırır", ən kamillər bilirlər ki, "nə yandırır", "necə yandırır",
"nə üçün yandırır" və "nə səbəbə yandırıcıdır".
Lakin adamların ən kamili odur ki, onda cavanmərdlik
kamil olsun. Cavaimərdlik o zaman kamil olar ki, bilik kamil
olsun, bu isə peyğəmbərlərdə olar. Peyğəmbərlik tam
ruhanilikdir, çünki insanlıq dərəcəsində peyğəmbərlikdən daha
yüksək mövqe yoxdur. Deməli, insanlıq idealından paylarına
bədən, can, hisslər və mə'nəviyyat düşən dəstə yalnız
peyğəmbərlərdir. Həqiqətən, insanlıq idealından kimin payına
insanlığa aid olan bütün xüsusiyyətlər düşübsə, onu
"təmizlikdən" başqa heç cür təsvir etmək olmaz, ondan
üstününü axtarsan, özü kimisin taparsan, bu isə
ünsiyyət,danışmaq və təcrübə vasitəsilə əldə edilər.
Kimdə "təmizlik" varsa, o, özlüyündə təkdir, onun nəyi
varsa, ondan onadır, ondan nə baş verirsə, o onu ona vadar edir,
o kimlə olursa, onunla birlikdə olur; onun suyu təmiz, məqsədi
qərəzsiz, köməyi tələbsiz olar, qorxu bilməz, xudpəsəndlik
tanımaz, məhrumiyyətdən uzaq olar. O, varlığını yoxluqda
tapar, yoxluq içində yox olduğu üçün əbədi qalar, yoxluqda
varlıqla birlikdə mövcud olar. Təmizlikdə tə'rifə gəlməz qədər
təmiz olar, özünü başqasında görər, başqalarını isə özündən
xaricdə görə bilməz, o, hər şeyə gözü olmayan bir gözlə baxar.
Ona görə bu dəstə nə qədər yüksək dərəçə, nə qədər böyük
hörmətə çatsa layiqdir.
Deməli, ey oğul, nə olursan ol, qabaqda ol, cavanmərdliklə
yaxınlıq et. Yalnız beləliklə dünya elçisi ola bilərsən. Hansı
təbəqədən olursan ol, cavanmərdlik yoluna düşmək istəsən ayıq
ol. Görmək lazım olmayan, etmək lazım olmayan və demək
lazım olmayan şeylərdən üç şeyi həmişə bağlı saxla: gözü, əli və
dili.
Üç şeyi isə həmişə dost və düşmən üzünə açıq qoy: ev
qapısını, yemək süfrəsini və pul kisəsini.
Bacardıqca yalan danışma, çünki əsl nacavanmərdlik yalan
danışmaqdır. Bir adam sənin cavanmərdliyinə e'tibar edirsə, sən
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib
ən əziz adam olsan və o sənin ən əziz adamını öldürüb, sənə ən
böyük düşmən olsa, lakin özünü sənə təslim edib zəifliyini iqrar
etsə və sənə pənah gətirsə bağışla. Bu iş üstündə həyatın da
məhv olsa, qoy olsun, qorxma, son damla qanına qədər onu
müdafiə et, onda əsl cavanmərdliyə çatmış olarsan.
Bir də nə qədər ki, sağsan, vaxtı keçmiş intiqamla məşğul
olma, ona xəyanət etmək haqqında fikirləşmə cavanmərdlikdə
belə bir qayda yoxdur.
Ey oğul, bu küçə uzun küçədir, hər təbəqənin cavanmərdlik
şərtlərini sənə saysam, çox "necə" və "nə üçünlər" meydana
çıxar. Ona görə xülasə edirəm. Cavanmərdlik haqqında nə
demişəmsə, hamısının məğzi də bu sözdədir: bil, ən kamil
cavanmərdlik odur ki, öz malını özününkü hesab edəsən, özkə
malını özgəninki. Başqalarının malına tamah salmayasan,
özünün bir şeyin varsa, xalqa verəsən, gözünü xalqın malına
dikməyəsən. Özün qoymadığın şeyi götürməyəsən. Xalqa
yaxşılıq etməyi bacarmasan, heç olmasa, bəlanı onlardan
uzaqlaşdıra biləsən. Ən böyük və ən insani cavanmərdlik budur.
Kim mən dediyim kimi yaşasa, bu dünya da onundur, o
dünya da.
Bil, ey oğul, mən bu kitabda dəfələrlə qənatdən
danışmışam, bir də təkrar edirəm: istəyirsən ki, qanı qara
olmayasan, qane olmalısan. həmişə könlünün xoş olmasını
istəyirsənsə, paxıl olma. Qəmli olmağın əsası paxıllıqdır.
Bir də bil ki, insana yetişən yaxşılıq və pislik fələyin
əlindədir. Mənim müəllimim deyərdi: İnsan gərək uzaqgörən
olsun, fələyin işləri qarşısında boynunu uzadıb, ağzını açıq
saxlasın, fələkdən zəiflik gəlsə, boynuna salsın, yemək gəlsə,
ağzına alsın. Allah-taala da buyurmuşdur: "Payını al, Allahına
şükür elə!".
Fələyin tə'siri bu iki şeydən xaric ola bilməz. Bu yolu
tutsan, sənin azad bədənin heç vaxt qul olmaz.
Bir də qəlbində tamahkarlığa yer vermə, yaxşı, pis nəsibin
nə olsa, onunla da kifayətlən və bil ki, bütün tayfalar bir
Allahın—bir Adəm əleyhissəlamın övladlarıdır, biri o birindən
əskik deyil. İnsan tamahı qəlbindən çıxartsa, qənaəti özünə peşə
etsə dünyada heç kəsə ehtiyacı olmaz.
Be yt
İşlərin asan olar, olsan tamahdan
azad,
Qənaətə başladın, ev-eşik oldu
abad!
196 /
ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ .……………………………………………..
Dünyada ən möhtəşəm adam odur ki, heç kəsə ehtiyacı
olmasın. Ən məzlum və yazıq adam odur ki, hamıya möhtac
olsun və utanmadan qızıl, gümüş üçün özü kimi kişilərə əl açsın.
H e k a y ə t. Eşitmişəm bir gün Şibli
298
(Allah ona rəhmət
eləsin) iki rükət namaz qılmaq və bir az dincəlmək üçün
məscidə gedir. Məktəb şagirdləri məsciddə imiş və təsadüfən
onların çörək yemək vaxtları imiş. İki şagird Şiblinin (Allah ona
rəhmət eləsin) yanında oturmuşmuşlar. Bunlardan biri dövlətli
oğlu, biri yoxsul uşağı imiş. Dövlətli oğlunun heybəsində çörək
və halva, yoxsulun zənbilində isə yavan çörək var imiş.
Dövlətlinin oğlu halva-çörək yeyir, yoxsul uşağı isə ondan hey
halva istəyirmiş. Dövlətli oğlu deyir: "Sənə bir parça halva
versəm, mənim itim olarsanmı?" Deyir: "Olaram". Deyir: "hür,
sənə halva verim". O yazıq hey hurür, dövlətli oğlu da ona hey
halva verir. Bir neçə dəfə belə edirlər, Şibli (Allah ona rəhmət
eləsin) onlara baxır və ağlayır, Müridləri
299
soruşurlar: "Ya
şeyx, sizə nə oldu ki, ağlayırsınız?" Deyir: "Görünüz tamah və
qane olmamaq insanı nə kökə salır. Nə olardı, o uşaq öz quru
çörəyinə qane olaydı və o oğlanın halvasına tamah salmaya idi?
Onda o, özü kimi birisinin iti olmazdı".
Deməli, ey oğul, zahid də olsan, fasiq də, gözü tox və
qənaətkar ol, onda dünyanın ən böyük və ən təmiz adamı da sən
olarsan.
Bil, ey oğul, bu kitabın qırx dörd fəslində bildiyim hər
fəndən bacardığım qədər danışdım və hərəsi haqqında sənə
nəsihət edib öyüd verdim, yalnız ağıllılıqdan başqa. Deyə
bilmərəm ki, zorla ağıllı ol ağılı zorla öyrətmək olmaz.
Bil, ağıl iki cürdür: biri anadangəlmə, ikincisi, sonradan
əldə edilmə. Sonradan əldə edilmiş ağlı öyrənmək olar,
anadangəlmə ağıl böyük və izzətli Allahın hədiyyəsidir, onu
tə'lim və təhsillə əldə etmək olmaz. Əgər böyük Allah sənə
anadangəlmə ağıl versə, bu sənin üçün böyük xoşbəxtlikdir,
zəhmət çək, sonradan əldə edilmiş ağlı da öyrən, sonradan əldə
edilmiş ağlı anadangəlmə ağılla birləşdirsən, öz əsrinin ən gözəl
alimi olarsan. Əgər anadangəlmə ağıl olmasa, nə sən, nə mən
heç bir şey edə bilmərik. Onda sonradan əldə edilmiş ağla qarşı
səhlənkarlıq etmə, mümkün qədər yaxşı öyrən. Ağıllılar
zümrəsinə daxil olmasan da heç olmasa axmaqlar sırasına da
daxil olma. Heçdənsə ikisindən biri olmaq daha yaxşıdır.
Deyiblər: "Atası olmayana atalıqdan yaxşı heç nə yoxdur".
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib
İndi istəyirsən ağıllı olasan, hikmət öyrən, çünki ağlı
hikmətlə öyrənmək olar.
Filosof Ərəstudan
300
soruşdular: "Ağıl qüvvəti haradan
alır?" Dedi: "hamı qüvvəti yeməkdən alar, ağlın yeməyi isə
hikmətdir".
İndi, ey oğul, bil, mən nəyə adət etmişdimsə, hamısını
sənin üçün bir kitab etdim. Bildiyim elm, sənət və peşə
haqqında bu kitabın qırx dörd fəslində hərəsindən bir az
danışdım.
Bil, ey oğul, mənim uşaqlıqdan qocalığa qədər peşəm bu
olmuş və belə olmuşam, mənim altmış üçillik ömrüm bu cür, bu
minvalla başa vurulmuşdur. Mən bu kitabı dörd yüz yetmiş
beşinci ildə başladım. Əgər bundan sonra Allah ömur versə, nə
qədər varam, belə də olacağam. Özümə nəyi bəyənmişəmsə,
sənə də onu məsləhət bilmişəm.
Əgər sən bunlardan daha gözəl adət və xasiyyət tapsan, elə
ol, qoy sənin üçün daha yaxşı keçsin. Tapmasan, mənim bu
nəsihət və öyüdlərimə canla-başla qulaq as və elə də et. Qulaq
asmayıb qəbul etməsən, məcburi deyil. Allah kimi xoşbəxt
yaradıbsa, oxuyub anlayar, çünki burada yazılanların hamısı hər
iki dünyanın xoşbəxtləri üçün yazılıbdır...
O böyük və müqəddəs Allahın mənə və sənə rəhmi gəlsin.
Mənim bu xoş arzularım sənə tə'sir etsin, Məhəmməd Mustafa
və onun xanədanı xatirinə.
198 /
ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ .……………………………………………..
Dostları ilə paylaş: |