Microsoft Word Qabusname doc


KƏNDÇİLİK VƏ BAŞQA BİLDİYİN PEŞƏLƏRİN



Yüklə 1,84 Mb.
Pdf görüntüsü
səhifə82/103
tarix29.12.2016
ölçüsü1,84 Mb.
#3818
1   ...   78   79   80   81   82   83   84   85   ...   103
KƏNDÇİLİK VƏ BAŞQA BİLDİYİN PEŞƏLƏRİN 
QAYDALARI HAQQINDA 
Ey oğul, bil ki, kəndli olsan, hər  şeyin öz vaxtını yaxşı 
bilməlisən. Nə  əkmək istəsən, qoyma vaxtı keçsin, hər  şeyi 
vaxtından on gün tez əksən, bir gün gec əkməyindən yaxşıdır. 
Kənd təsərrüfatı alətlərini cütü saz saxla, yaxşı öküzlər al və 
yemini bol elə. Gərək sənin süründə  həmişə qoşqu öküzü çox 
olsun ki, şum vaxtı öküzlərdən biri xəstələnsə, iş axsamasın, 
səpindən qalmayasan. 
Əkin-biçin vaxtı çatdıqda torpağı  şumlamağı unutma, 
gələn ilin səpini haqqında bu il tədbir gör. Həmişə elə torpağı ək 
ki, o özünü geyindirə bilsin onda səni də geyindirə bilər. Torpaq 
özünü geyindirə bilmirsə, səni də geyindirə bilməz. 
Kəndçilikdən xeyir görmək istəyirsənsə, abadlıq işləri ilə 
məşğul ol. 
Bazar sənətkarlarından olsan, hər sənət olur olsun, tez 
işləyən və yaxşı düzəldən ol ki, alıcın da çoxalsın.  İşi 
qonşularından daha yaxşı gör, az qazancla kifayətlən. Bir dəfə 
ona bir qazanmaq əvəzinə, iki dəfə ona yarım qazan. Çənə 
vurub zəhlə tökməklə müştərini qaçırma, beləliklə adamların 
çoxu səninlə alver edər, ruzun başının altında olar. Şeyi satana 
qədər müştəri ilə can bir dost ol, ona yağlı dil tök, ona "ağa" 
deyib təvazö'karlıq et. Gülərüz olub mehribanlıq göstərsən, 
səndən bir şey alarlar, qaşqabaqlı oturub nadanlıq etsən, 
məqsədə çata bilməzsən. Mən deyən kimi etsən, alıcın çoxalar, 
başqalarının qibtəsinə  səbəb olarsan, bazardakı  sənətkarların 
hamısından çox ad qazanıb şöhrət taparsan. 
Lakin doğru danışmağı adət et, xüsusilə satdığın  şey 
haqqında. Xəsislikdən qaç, amma israfçı da olma. Özündən 
aşağıya bağışla, özündən yuxarıya ehtiram et. Özündən zəifləri 
incitmə, arvadları və uşaqları alverdə aldatma, qəriblərdən artıq 
alma. Abırlı adamlarla çox çənə vurma, ehtiyacı olanlarla yaxşı 
rəftar et, şahlarla düz dolan. Şah xidmətinə çox həris olma, 
Orduda olanlarla yaxınlıq etmə. Sufilərlə  təmiz sufi ol. Daş-
tərəzini düz saxla. Öz ailənlə ikiüzlülük edib iki kisə saxlama, 
şəriklərinə xəyanət etmə. 
Hər nə hazırlasan, başı  çıxan və  çıxmayan üçün eyni 
dərəcədə yaxşı hazırla, namuslu ol. Varın olsa borc verməkdən 
imtina etmə, doğrudan və ya yalandan and içmə, sələmçilikdən 
uzaq qaç, alverdə  qəddar olma. Yoxsula borc versən, imkanı 
184 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
olmadığını bilsən, teztez borcunu istəmə, inadkarlıq göstərmə. 
Ürəkdə xeyirxah ol, üzdə nikbin, Allah sənin işinə  rəvac, 
alverinz bərəkət verər. Bu xasiyyətlərə malik olan sənətkar 
cavanmərdlərin
286
 cavanmərdi olar. 
Hər peşə sahibinin öz sənətində bir cavanmərdlik  şərti 
vardır.  İndi son fəsildə  hər sənətdə lazım olan cavanmərdlik 
şərtlərindən danışacağam, Allah qoysa, hər növə aid, bacarığım 
daxilində müvafiq mə'lumat verəcəyəm. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Qırx dördüncü fəsil  

Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin