5. Qədim Hind və Çin fəlsəfəsi


Konfutsiçiliyin əsas müddəaları



Yüklə 36,16 Kb.
səhifə5/7
tarix08.09.2022
ölçüsü36,16 Kb.
#63485
1   2   3   4   5   6   7
1.7. Qədim Hind və Çin fəlsəfəsi

Konfutsiçiliyin əsas müddəaları aşağıdakılardır:
1. Konfutsi baxışlarının əsasında Səma haqqında («Tyan») ənənəvi dini təsəvvürlər dururdu. Bu böyük başlanğıc, ali allah öz iradəsini insana diqtə edirdi. Səma– ümumi əcdaddır və baş hakimdir, dünyaya insan nəslini gətirərək ona həyati qaydalar bəxş edir.2. Tyan kultu konfutsinin sosial təlimi ilə əlaqədar idi. Burada hər kəsin öz işini görməsi və subordinasiyaya uyğun olaraq hərəkəti nəzərdə tutulurdu.
3. Daosizmdən fərqli olaraq konfutsiçilikdə rituala, etiketə, yazılmayan qaydalara üstünlük verilir. Buna müvafiq olaraq Li– yə riayət edən «xeyirxah insan» haqqında təlim mövcud olmuşdur. «Xeyirxah insan», hər şeydən əvvəl, qanunları pozmamaq haqqında düşünür, o, ritualın tələblərinə riayət etməyə borcludur. Bu isə özündə bir çox əxlaqi qaydalara riayət edilməsini birləşdirir. Li– şeylərin qoyulmuş qaydasıdır. 
4. Konfutsi həm də pedoqoq olmuşdur. Onun təlimində pedoqoqika, tərbiyə problemləri mühüm yer tutmuşdur. Burada qədim Çin ənənələrinin öyrənilməsinə diqqət yetirilmişdir.
Konfutsiçilik özünün «ortalıq» nəzəriyyəsi ilə məşhurdur.Bu nəzəriyyə sonralar onun ardıcılları tərəfindən inkişaf etdirilmişdir. Məsələn, XII əsrdə Yeni konfutsiçilər «ortalıq haqqında» təlimin mə­nasını belə izah edirdilər: həyatın məqsədi– şeylərin mahiyyətini bil­məkdir; şeylərin mahiyyətini yanlız biliyin köməyi ilə anlamaq müm­kündür; bilik də öz növbəsində qəlbin təbiətini dəyişdirməyə və bədəni təkmilləşdirməyə kömək edə bilər. Biliyin əsasında «səma əqlinin»– qanunun dərk edilməsi durur. Əql– səma qanununu öyrədir ki, yalnız iki şey var: bunlar yalan və doğru olandır.Kim həqiqətə qulluq edirsə, xeyirxahlıq yaradır. Kim yalana qulluq edirsə, şər ya­radır. Valideyinlərə xidmət– onlara hörmətlə bağlıdır. Ağaya xid­mət– ona sədaqətlə bağlıdır. Hər cür xidmət həqiqətin və yalanın fərq­ləndirilməsinin, həqiqətin seçilməsi isə onun əməllərə çevrilməsini tələb edir. Beləliklə, qədim Çin fəlsəfəsinin iki– konfutsiçi və daosizm konsepsiyalarını nəzərdən keçirdik. Konfutsiçi konsepsiya insanla sosium, müəyyən qaydaların (Li) qoruması ilə bağlı harmoniya etikasına əsaslanır. Daosizm konsepsiyası isə insanla kosmosun harmonizasiyası ideyasını irəli sürür. «Çjuan– tszı» adlı qədim trak­tatda deyilir: Konfutsi təsdiq edirdi ki, o, «insanda səyahət edir», daoistlər isə deyirdilər ki, onlar «insandan kənarda səyahət edir».
Belə nəticəyə gəlmək olar ki, konfutsiçilik Çin ənənəsinə, daosizm isə dünya fəlsəfəsinə mənsubdur. Daoistlərin sosiumdan kənara– kosmosa çıxmaq cəhdləri şəxsiyyətin «yer» dairəsindən, qapalılıqdan və dövlətçilikdən ümumibəşəriliyə çıxışı bildirir.Bütün zamanlarda insana ümumbəşəri keyfiyyətlər xas olmuşdur. Nəticədə insanın özünü mikrokosmos– kosmosun təbii elementi hesab etməsi mümkünlüyü irəli sürülmüşdür.
Qədim Çin fəlsəfəsində Mo– tszının (b.er. əv. 479– 400– cü illər) idrak nəzəriyyəsi mühüm yer tutur. Məsələ burasındadır ki, qədim Çində rəqabət aparan «yüz məktəbdən» biri də 
Yüklə 36,16 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin