5. Qədim Hind və Çin fəlsəfəsi



Yüklə 36,16 Kb.
səhifə2/7
tarix08.09.2022
ölçüsü36,16 Kb.
#63485
1   2   3   4   5   6   7
1.7. Qədim Hind və Çin fəlsəfəsi

«Bhaqavad– Gita» (hərfi tərcüməsi «İlahi nəğmə») əsəri iki qohum nəsil– Pandav və Kaurav ailələri arasında döyüşdən əvvəl Pandav qoşununun sərkərdəsi Arcunanın bu qardaş qırğınının düzgün olub– olmaması haqqında şübhələri ilə başlanır. Arcunanın şübhələri və tərəddüdlərini allah Krişna dağıdır. Onun fikrincə, ədalətli döyüşdə əl titrəməməlidir. Onun nəsihət və göstərişləri ««Bha­qavad– Gita»nın əsas məzmununu təşkil edir.
Krişnanın mülahizələrinin nəzəri əsasını monist, teist sankhayalar təşkil edir ki, bunlar da etik– sosial baxışları ifadə edir. Krişna həyatın mənasını allahı dərk etməkdə görür və özünü allah kimi qələmə verirdi. Allahı dərketmə üsullarından biri ona sədaqətli məhəbbət bəsləməkdən ibarətdir. İnsanın sevən ürəyi olmalıdır. O, ürəyi vasitəsilə biliyə sahib olmağa, çətinlikləri keçib allahı dərk etməyə qabildir. Allaha məhəbbət göstərən və onu dərk edənlərə həyatda xüsusi imtiyazlar bəxş edilir. Yuxarıda qeyd etdik ki, hind fəlsəfəsində elə sistemlər olmuşdur ki, onlar bilavasitə vedlərə əsaslanmışdır. Bu sistemlərdə Vedlərin mətnlərinə Qədim yəhudilərin Bibliyası və xristian ədəbiyyatının Əhdi– cədidi kimi, müqəddəs kitab kimi baxılırdı. Vedantlar üçün Vedlər misilsiz avtoritet olmuşdur. Vedant fəlsəfəsi b.er.əv. IV– II minilliklərə aiddir. Vedant təsəvvürlərinə gö­rə dünya həyat məktəbidir. Şagird bütün hallarda müəllimin dediklərinə əməl etməlidir. Vedant fəlsəfəsinin ən böyük nümayəndəsi Şankara (Şankaraçayra, VIII–IX əsrlər) olmuşdur. O, «Atmabadha» traktatında vedant təliminin əsas prinsiplərini şərh edir və brəh­man atman substansiya kimi varlığın məcmusu kimi təsdiq edilir, cis­mani fiziki ruhla «ruhani ruh» arasındakı qarşılıqlı münasibət haqqında, həqiqi bilik haqqında, atmanlığın karma və sansaradan xilas olmağın yeganə yolu olması barədə danışılır (bütün bunları isə biz artıq həm Upanişadlarda, həm də «Bhaqavad–Gita»da gör­müşük). Vedanta həmçinin maddi dünyanın illyuzorluğu (mayya) olması haqqında təlimi hazırlanmış və illyuzanın (mayya) real varlıqdan fərqləndirilməsi zərurətini qeyd etmişdir. Reallığın yeganə yolu həqiqi biliyə (brəhmənə) nail olmaqdır. Qədim hind təfəkkür sistemində yoqa təliminin, yəni xilasolmanın fərdi yolunun da böyük əhəmiyyəti olmuşdur.
Qeyd etmək lazımdır ki, Yoqa Vedlərə əsaslanır və ona görə də vedlər fəlsəfi məktəbinin biri hesab olunur. «Yoqa» «cəmlənmə», «mərkəzləşmə» mənasını verir. Bu təlimin əsasının müdrik Patancali (b. er. əv. II– əsr) tərəfində qoyulduğu ehtimal olunur. Yoqa sistemində allaha etiqad nəzəri dünyagörüşün elementi kimi, iztirablardan azad olmağa yönəldilmiş, praktik fəaliyyət şəraiti kimi başa düşülür. «Yeganə» ilə birləşmə şəxsi vəhdətin dərk edilməsi üçün zəruridir. Yoqa fəlsəfə və praktikadır. Yoqanın fəlsəfi sitemi sankhya– yoqadır. O, meditasiya şüurunun formalaşması metodikasını verir. Allah obrazına meditasiyanı tövsiyə edir. Uğurlu meditasiya samadhi vəziyyətinə (bir sıra cəmləşmənin fiziki və psixik tapşırıqları sayəsində tam intraversiya vəziyyəti) aparıb çıxarır. Yoqa praktikası xilasolmanın fərdi yolu olub, hisslər və fikirlər üzərində nəzarətə nail olmağa yönəldilmişdir. O, yemək qəbul qaydasını da müəyyən edir. Bunun özü isə maddi təbiət qunlarına müvafiq olaraq üç kateqoriyaya bölünür. Nadanlıq və ehtiras qunlarındakı yemək əzab– əziyyəti, bədbəxtlikləri, xəstəlikləri artıra bilər (buraya, hər şeydən əvvəl, ət daxildir). Yaxşılıq qunlarındakı yemək (ağartı məhsulları, tərəvəz, dənli bitkilər və s.) şən əhval– ruhiyyə, xeyirxahlıq yaradır. Yoqa təliminin müasir təbliğatçıları digər təlimlərə pis münasibət bəsləməyin əleyhinə çıxırlar. Məsələn, Ramakrişna bu məqsədlə «Fil haqqında ibrətli hekayə»ni misal gətirir.
Onun da mənası budur ki, «Allah çoxlu aspektə malikdir və hərə onu bir cür görür» «Dörd nəfər kor filə yaxınlaşır. Biri ayağına əl gəzdirir və deyir: «Fil dirəyə bənzəyir». İkincisi xortuma əl gəzdirir və deyir: «Fil dəyənəyə bənzəyir». Üçüncüsü «Fil çəlləyə bənzəyir». Dördüncüsü, filin qulaqlarına əl gəzdirir və deyir: «Fil böyük zənbilə bənzəyir». Mübahisəyə başlayırlar və heç biri fili görmür. Hamı üçün o müxtəlifdir. Əslində isə fil dörd nəfərin «gördüyü» bütün cəhətləri birləşdirir. Ramakrişna, Ramaçarağa və digər Yoqa müəllimləri digər təlimlərə dözməyi və onlara düşmən münasibəti bəs­ləməməyi məsləhət görürlər. Yuxarıda göstərdiyimiz ibrətamiz hekayədə belə bir həqiqət ifadə olunur ki, Allah vahiddir, lakin çoxlu aspektlərə malikdir. Müxtəlif xalqlar allaha müxtəlif adlar ve­rir və müxtəlif formalarda təqdim edirlər. Allah adlıdır və həmçinin adsızdır. Onun adı və forması var, eyni zamanda onun nə adı var, nə də forması var. Budur, Yoqa təliminin fəlsəfəsi və praktikası.İndi isə Qədim Hindistanın ortodoksal olmayan fəlsəfə məktəbləri haqqında söhbətimizi davam etdirək. Onlardan biri b. er. əv. VI əsrdə yaranmış caynizm fəlsəfi məktəbidir. Bu məktəb «müdriklər» təliminin inkişafı nəticəsində əmələ gəlmişdir. caynizmin əfsanəvi banisi cina (sanskritdə– qalib) təxəllüsü olan Mahavira Vardhavana olmuşdur. cina və onun ardıcılları haqqında əhvalatlar kanonik, caynist ədəbiyyatını (siddahanta) təşkil etmişdir. caynizmə görə cina 5 həqiqəti təbliğ etmişdir: adam öldürmək, yalan danışmaq, oğurluq etməmək, dünyəvi şeylərə bağlanmamaq, bakirliyini, saxlamaq (rahiblər üçün).
Ümumiyyətlə, caynist fəlsəfəsinin əsas məzmunu onun etikası, yəni insanın ehtiraslardan azad olması təlimidir.
Bilik geniş mənada başa düşülür. O, mənəvi müəllimlər tərəfindən verilir. Bilik təkcə müəllimə qulaqasma deyil, həm də düzgün əxlaq, davranış və hərəkət tərzidir, caynizm etikası asketizm etikasıdır. caynizm kimi, buddizm fəlsəfəsi də qeyri– ortodoksal məktəblərə aiddir. O, b.er.əv. VII– VI əsrlərdə meydana gəlmişdir. Buddizmdə əsas yeri dörd müqəddəs həqiqət göstərişi tutur: «yaşamaq əzab çəkməkdir», «əzabların səbəbi arzulardır», «əzablardan xilas olmaq üçün arzulardan çəkinmək lazımdır», «arzulardan çəkinməyin çarəsi Buddanın təliminə riayət edilməsidir». Bu təlim hər bir buddisti öz mövcudluğunun başlıca məqsədinə– Nirvanaya çatdıra bilər, yəni həyata bağlılıqdan tamamilə ayrılıb, ilahi ilə qovuşub əbədi səadətə nail ola və mütləq sakitlik vəziyyətinə düşə bilər. 
Gündəlik həyatla əlaqədar nə varsa o buddizmdə iztirab hesab olunur. İztirab varlığın qanunudur.Buddizmdə fəlsəfi– nəzəri və mifoloji planda münasibətdə də spesifiklik özünü göstərir. Abstrakt– nəzəri və mifopoetik təfəkkür arasındakı fərqi görən buddist filosoflar da mifopoetik təfəkkürün vacibliyini inkar etməmişlər. Elə buna görə də buddist fəlsəfəsinin və psixologiyasının nəzəri ideya və konsepsiyaları mifoloji məzmunla zənginləşdirilmişdir. Digər tərəfdən, mifologiyanın bir sıra xüsusiyyətləri bəzi nəzəri müddəaların simvolik təsvirində köməkçi rolunu oynamağa əsas vermişdir. Buddizmdə ümumi dəyişkənlik haqqında, ruhun mövcudluğunun inkarı haqqında fikirlər fəlsəfi cəhətdən maraqlıdır. Bizim eranın əvvəllərində hazırlanmış buddizm kitablarından olan «Dxammanada»da maraqlı fəlsəfi fikirlərə rast gəlmək mümkündür.
Tədqiqatçıların əksəriyyətinin fikrincə, dünyada ilk fəlsəfi abidə hind Upanişadları olmuşdur. Sual oluna bilər, nəyə görə dünya fəlsəfəsinin tarixini hind fəlsəfəsindən başlamaq lazımdır? Hər şeydən əvvəl, ona görə ki, Hindistan ən qədim mədəniyyət ölkəsidir. İkincisi, məsələ budur ki, Hindistan mədəniyyəti sırf, tipik Şərq mədəniyyətidir. Üçüncüsü, qədim dövrlərdə yalnız hinduslar müstəqil, ardıcıl fəlsəfə ilə məşğul olmuşlar. Qədim Hindistan bərabərsizlik, qulçuluq, kasta sisteminin hökm sürdüyü cəmiyyət olmuşdur. Aşağı kastadan olanlar ən murdar heyvandan belə aşağı səviyyədə qəbul edilmişdir. İnsanın taleyi onun hansı kastada doğulmasından asılı olmuşdur. Lakin quldarlıq və bərabərsizlik ölkəsində eşidilməyən bir şey elan edilir: «hər şey birdir. Bütün varlıqlar Yeganənin təzahürüdür». Hər şey birdir– bu, fəlsəfədə ilk söz idi ki, bəşəriyyətə onun birliyi, vahidliyi, azadlığı elan olunurdu. Bu ümumbirliyin elan edilməsi ideyası insaniyyətçiliyin başlanğıcı idi. Hər bir insan hətta allahın köməyi olmadan hər şey edə bilər. Qeyd etmək lazımdır ki, heç bir fəlsəfə Qərb dünyasına Hind fəlsəfəsi qədər təsir göstərməmişdir. Bu, təkcə ekzotika deyil, insanın yaşaması üçün müalicə reseptidir. Təsadüfi deyildir ki, çox vaxt görkəmli alim və yazıçılar hind xalqını filosof xalq adlandırmışdır.

Qədim Çində, xüsusilə quldarlıq cəmiyyətinin formalaşdığı dövrdə (b.er.əv. VIII– VI əsrlərdə) ideologiyada iki tendensiya hökm sürürdü. Bunlar mühafizəkar və mütərəqqi, mistik və materialist xətlər idi. Bu iki tendensiya arasında gedən mübarizə gedişində 5 dünya elementi (metal, ağac, su, od, torpaq) haqqında sadəlövh materialist ideyalar getdikcə daha geniş şəkildə yayılırdı. Həmin dövrdə, eyni zamanda iki zidd başlanğıclar (in və yan), təbii qanun (dao) və. s. haqqında II– I minilliklərin mövcud biliklərinin ümumiləşdirilməsi nəticəsi kimi təsəvvürlər geniş yayılmışdır.Ümumiyyətlə, Çində fəlsəfi cərəyanların formalaşması b.er.əv. VI– V əsrlərə aiddir. Onlar Çin milli xarakterinin və sosial praktikanın bütün spesifikasını özündə əks etdirirdi. Çin fəlsəfəsi millətin patriarxal cizgilərini və praktikanın konkret– əməli oriyentasiyasını təzahür etdirirdi. Çin fəlsəfəsində Qədim hindistana və digər ölkələrə xas olan zəngin mifoloji zəmin yox dərəcəsindədir. Çin fəlsəfəsi əsas etibarilə praqmatikdir və axirət dünyasına deyil, bu günkü günün praktikasına müraciət etməsi ilə fərqlənir. 
Qədim Çin fəlsəfəsinin mənbələrini ilk Çin yazılı abidələri, xüsusilə məşhur «Dəyişikliklər kitabı» («İtszin») və ona olan şərhlərdə axtarmaq lazımdır. Bu kitab «Şerlər kanonu»– «Şi tszin» kitabı ilə birlikdə Hindistanda Upanişadların oynadığı rola malik olmuşlar. Qədim Çin fəlsəfəsinin inkişafında daosizm– Lao-tszının dao– şeylərin yolu haqqında təlimi mühüm rol oynamışdır.

Yüklə 36,16 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin