Bouer Bell qeyd edir ki, baxmayaraq ki, xaricdən TMK-lar dəstək ala bilərlər, transmilli inqilabçılar hər hansı bir dövlətdə hakimiyyətə can atırlar. Kroz və Vernon cütlüyü isə transmilli mübadilənin intensivliyinə qanuni şəkildə söykənən yeni beynəlxalq sazişlərin gərəkliliyindən söhbət açırlar.61 Robert Qlipin hesab edir ki, hökumətlər regional hökumətlərarası təşkilatlara əvvəl-axır kömək göstərəcək, çünki onlar qlobal transmilliləşmədən qorunmaqda yardımçı ola bilər. Beləliklə, aydın olur ki, transmilli cəmiyyətlərin formalaşdığı və formalaşdırdığı münasibətlər vacib deyil ki hamının qane düşəcəyi ümumi razılığa və transmilli münasibətlərin sonrakı inkişafına gətirib çıxarsın.
Transmilli münasibətlərin digər təsir variantları beynəlxalq plüralizmin inkişafıdır, daha doğrusu, öz fəaliyyətinin koordinasiya edilməsi məqsədilə transmilli təşkilatların iştirakına şahid olduğumuz transmilli strukturlardakı milli maraqların təsiri ilə yaranan əlaqələrdir.
Ümumi maraqlar ətrafında milli təşkilatları bir yerə cəmləyən beynəlxalq qeyri-hökümət təşkilatlarının sayı artmaqdadır. Transmilli təşkilatların yaradılması yeni milli iştirakçıların ortaya çıxmasına stimul verə bilər ki, bu da dövlətlərin daxili siyasətlərinin beynəlmiləlləşməsinə şərait yaradacaq. TMK-lar özləri insanların bu təşkilatları öz imkanlarının realizə olunmasının yeganə çıxış yolu kimi görməsi və qəbul etməsinə səbəb olan səyahət və nəqliyyatın da daxil olduğu cəmiyyət və transmilli kommunikasiyanın getdikcə artan ixtisaslaşmasının yekun məhsulu sayılır. Təşkilat miqyasında əlaqələrin yaradılması prosesinin özü hökumətin yeritdiyi siyasətə milli qrupların təsir etmə cəhdlərinin təşəbbüskarı kimi çıxış edə bilər. Transmilli münasibətlərə təsiretmənin 2 variantı Avropaya inteqrasiya proseslərini araşdıran tədqiqatçı-alimlərin irəli sürdükləri ilə oxşardır. Belə ki “kibernetik məktəbin” nəzəriyyəçiləri münasibətlərin kütləvi şəkildə dəyişməsinə səbəb olan imzalanan sazişlərin təsirinin altından dəfələrlə xətt çəkirlər, qeyri-funksional yanaşmanın tərəfdarları isə maraq qrupları və elitanın rollarını ayırırlar. Hər iki qrupun təmsilçiləri hökumətlərin əl-qolunu bağlayan və onların yürütdüyü siyasəti əməkdaşlıq səviyyəsinə qaldıra biləcək transmilli münasibətlərə təsirin bir neçə növlərini müəyyənləşdirməyə çalışıblar.
Dostları ilə paylaş: |