6. Dövlətlərarası münasibətlərə transmilli korporasiyaların təsiri və hökumətlərin nəzarəti itirməsi problemi


Dövlətlərin qeyri-bərabərliyi şəraitində transmilli münasibətlər



Yüklə 17,41 Kb.
səhifə6/6
tarix10.05.2022
ölçüsü17,41 Kb.
#56968
1   2   3   4   5   6
muhazire6

Dövlətlərin qeyri-bərabərliyi şəraitində transmilli münasibətlər bir növ transmilli şəbəkənin mərkəzi sayılan daha güclü dövlətlərə üstünlük qazandıra və ya əksinə onsuz da zəif dövləti siyasi arenadan götürə bilər. Hökumətlər hər zaman transmilli təsirlərdən siyasi nəticələr əldə etmək üçün istifadə edib: turistlərə casus funksiyasının tapşırılması, digər dövlətlərdə dini və etnik qrupların dəstəklənməsi- bütün bunlar “qeyri-rəsmi diplomatiyanın” ünsürləridir. Bunula belə hökumətlər tez-tez bağladıqları iqtisadi sazişləri öz iqtisadi siyasətlərinə uyğun şəkildə yönləndirirlər. Böyük dövlətlər tarif və kvota siyasətlərindən istifadə etməklə,beynəlxalq ticarətə təsir göstərə bilər.

TMK-lar dövlətlərə xarici siyasətlərinin həyata keçirilməsi işində bundan onlara nəzarət etmə forması kimi istifadə və ya hər hansı arzu olunan ittifaqın yaradılması üçün yardımçı ola bilər. Məhz bu məqsədlər naminə Birləşmiş Ştatlar höküməti öz ölkələrində əsası qoyulan çox millətli korporasiyaların işindən yararlanmağa çalışır. Belə ki 1960-cı illərdə ABŞ Fransanın nüvə potensialının inkişafını ləngitmək məqsədilə müharibə hədələri və ya ultimatumlarla deyil, Fransadakı İBM şirkətinin fransız hökumətinə kompüterlərin bəzi növlərinin satışına qadağa qoymaq yolu ilə ləngitməyə çalışıb. O, həm də TMK-lardan ÇXR və Kubaya qarşı tətbiq edilən embarqonun beynəlmiləl səviyyəyə qaldırmaq üçün istifadə etmişdir. Tarixdən gördüyümüz bəzi hadisələr vardır ki, məxsus olduqları hökümətlərinin xarici siyasəti ilə səsləşən öz siyasət kursunu ortaya qoyaraq amerikan və ingilis həmkarlar ittifaqları real və ya uydurma kommunist ideologiyası ilə mübarizə aparmaq məqsədilə dövlətlərin daxili işlərinə qarışırdı. Hətta dövlətlə açıq-aşkar münasibətlər qurulmasa belə, həmin dövlətlər üçün TMK-lar yenə də faydalılıq əmsalını itirmir. 1967-ci ildən bu yana Ford Fondu ərəb şeyxləri ilə Birləşmiş Ştatları birləşdirən xüsusi həlqə rolunu oynayır. Vallierin iddiasına görə, böyük resursların sahibi, transmilli resurslar sistemində həlledici mövqe tutan və onu qorumağa çalışan dövlətlər bu sistemdə tam qüvvəsi ilə fəaliyyət göstərən bütün “fondları” daima mobil vəziyətə gətirə bilər.
Yüklə 17,41 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin