Döyülən çuqunlar “KЧ” hərfləri ilə markalanırlar, hərflərdən sonrakı birinci iki rəqəm çuqunun dartılmada möhkəmlik həddini (x10MPa), sonrakı rəqəmlər isə nisbi uzanmanı (δ%) göstərir. Ferlitli çuqunların (döyülən): KЧ 30 – 6; KЧ 33 – 8; KЧ 35 – 10; KЧ 37 – 12; perlitli döyülən çuqunların isə KЧ 45 – 6, KЧ 50 – 4; KЧ 56 – 4; KЧ 60 – 3; KЧ 63 – 2 markaları vardır.
Döyülən çuqundan hazırlanan töküklər zərbə və titrəyən yüklər altında yaxşı işləyirlər. Bu çuqunlardan dinamik və statik yük altında işləyən reduktorların karterləri, arxa körpü və s. (KЧ 36 – 10, KЧ 37 - 12), qayka, mufta, flans (KЧ 30 – 6, KЧ 33 – 8) və əylər tutqacları, konveyer zəncirlərinin rolikləri, muftalar və s. (KЧ 50 – 4, KЧ 56 – 4, KЧ 63 – 2, KЧ 60 – 3) hazırlanır.
Xüsusi çuqunlar qəlpələnməyə davamlı, odadavamlı və korroziyaya davamlı olur. Bu məqsədlə boz çuqunlara 5% Si (4C 5 markalı) və 28...32%Cr –la legirlə-yirlər (4x28, 4x32). Boz lövhəli qrafitli –nikelli ЧH15D17 markalı və kürəşəkilli qrafitli nikelli – ЧH15D3Ш markalı çuqunlar qəlpələnməyə davamlıdırlar. Kor-roziyaya davamlığı artırmaq üçün boz çuqunları Si (ЧC13, ЧC15, ЧC17 markalı) və Cr –la (ЧX 22, ЧX 28, ЧX 32 markalı) legirləyirlər. Si –lu çuqunların korroziyaya qarşı davamlığını artırmaq üçün onlara Mo. də verirlər (ЧC15MЧ, ЧC17M3).
Legirlənmiş poladlar müvazinət strukturuna, havada soyudularkən alınan struktura, tərkibinə və tətbiq sahəsinə görə təsnifolunurlar.
Müvazinət strukturlarına görə legirlənmiş poladlar: strukturunda ferrit olan evtektoidə qədərki poladlara; perlit strukturlu evtektoid poladlarına; strukturunda 2-ci karbid olan evtektoiddən sonrakı poladlara; strukturunda 1-ci karbid (Fe3C) olan, maye metaldan ayrılan ledeburit poladlarına bölünürlər.
Havada soyudularkən, qalınlığı az olan nümunələrdə alınan strukturuna görə poladları perlit, martensit və austenit siniflərinə ayrılmaq olar. Perlit sinifli poladlarla legirləyici elementlər az (~5%), martensit sinfində bir qədər çox (~15%) və austenit sinfində isə daha yüksəkdir (>20%).
Tərkibindən asılı olaraq poladların təsnifatı onlarda olan legirləyici elementlərə görə edilir. Bu qaydaya görə poladlar Ni, Cr, CrNi, CrMo və s. qruplara təsnif olunurlar.
Tətbiqinə görə poladları aşağıdakı qruplara ayırmaq olar:
1. Maşın hissələrinin hazırlanmasında istifadə edilən –konstruksiya poladları;
2. Kəski, ştamp, ölçü alətləri və s. hazırlanmasında istifadə edilən- alət poladları;
3. Xüsusi xassəli polad və ərintilər. Bu qrup paslanmayan, odadavamlı, istiyədavamlı, yeyilməyədavamlı, istidən genişlənmə xüsusiyyətli, xüsusi maqnit və elektrik xassəli polad və ərintiləri aid etmək olar.
Poladların markalanması dövlət standartı üzrə qəbul edilmiş qaydaya əsasən hərflər və poladın təqribi tərkibini göstərən rəqəmlərdən ibarətdir.
Markadakı hər bir legirləyici element şərti olaraq aşağıdakı hərflərlə işarə edilir: Cr (xrom) –X; Ni (nikel) –H; Co (kobalt) – K; Mo (molibolen) –M; Mn (manqan) –Γ; Cn (mis)- D; B (bor) –P; Nb (nibium)- Б; Si (silisum) –C; P (fosfor) –П; TQM (torpaq qələvi metallar) –Ч; W (volfram) –B; Ti (titan) –T, N (azot) –A; V (vanadium) –Ф; Al (aliminium) –Ю və s.
Polad markasında birinci hərfə qədər olan rəqəmlər isə 1/100 %-lə C-nun orta miqdarını (yüksəkkarbonlu alət poladlarında 1/10 %-lə У9, У10 və s), hərfdən sonra gələn rəqəmlər isə təqribən həmin legirləyici elementin poladdakı miqdarını göstərir. Hərfdən sonra rəqəmin olmaması həmin elementin orta miqdarının 1%-ə qədər olmasını ifadə edir. Beləliklə, tərkibində 0,09...0,13 %C, 1,25...1,65 %Cr, 3,25...3,65 % Ni olan polad 12X2HЧ; 0,27...0,34 % C; 0,6...0,9% Cr; 2,0...2,4% Ni; 0,5...0,8% W, 0,15...0,30%V ibarət olan polad -30XH2BФ kimi markalanır.
Poladın tərkibində S və P miqdarı məhdud olarasa (S < 0,03%, P< 0,03%) belə polad yüksək keyfiyyətli hesab olunur və onun markasının sonunda A hərfi yazılır (12 X 2HЧA, 40XHMA). Əgər polada xüsusi olaraq N verilərsə, markanın ortasında A hərfi yazılır. Məsələn, X17Γ9AHЧ poladında 0,2% N vardır. Məsələn, tərkibində 1%-dən çox C olan alət poladlarında C-nun miqdarını göstərən rəqəmlər yazılmır. Belə ki, tərkibində 1,45...1,70%C, 11,0...12,5%Cr və 0,5...0,8% Mo olan alət poladı X12M kimi, kürəcikli yastıq poladlarında C 1%, Cr0,6% və 1,5% Cr olduğu halda onlar uyğun olaraq ШХ6, ШХ15 şəkilində markalanır.
Tezkəsən alət poladları P hərfi ilə (rapidsürət) və tərkibində olan əsas legirləyici elementin –W-ın miqdarına görə markalanırlar (P18, P12, P9).
Karbonlu alət poladlarının markasının qabağında У hərfi yazılır və ondan sonra gələn rəqəmlər 1/10 %-lə poladda C-nun miqdarını göstərir. Xüsusi maqnit xassəli poladların markasının qabağında E hərfi yazılır.
Standartdan kənar olan poladlar isə müxtəlif üsullsrla markalanır. Belə ki, “Elektrostal” zavodunda əridilən təcrübi poladlar N (исследовательские –tətqiqat) və П (пробный –yoxlamış) hərfləri və əritmənin nömrəsi (sayı) ilə markalanır. Mə-sələn, EИ 179, EИ 276, EП 398 və s.
Xarici ölkələrin standartlarına görə poladların markalanması RF-da olduğu kimi aşkar və sistemli deyildir. Bu ölkələrdə ümumi standartdan əlavə firmaların istehsal etdiyi poladlar sərbəst olaraq nömrələnir və markalanırlar. Bəzi hallarda poladın markasında onun tərkibində olan elementlərin kimyəvi işarəsi verilsə də, onların təqribi miqdarı RF standartlarındakı kimi göstərilmir. Adətən 1-ci rəqəmlər C-nun miqdarını -1/10 və ya 1/100 %-lə göstərir. Məsələn, Almaniyada şifri 5920 olan Birləşmiş Alaman Metallurqlarının (VDEH) 18 CrNi6 markalı poladında 0,18%C, 2% Cr və 2% Ni vardır. Markada elementlər aydın göstərilsə də, onların miqdarı və 6 rəqəminin nəyi bildirdiyi məlum deyildir. Belə polad RF stan. Görə 18 x 2H2 kimidir.
ABŞ-da AISI və SAE standartlarında poladın markasında sonuncu iki rəqəm 1/100 %-lə C-nun miqdarını göstərir. Poladın tam kimyəvi tərkibi verilmir. C1070 markalı poladın tərkibində 0,64...0,76 %C –nun olmasını 1/100 %-lə 70 göstərir. Almaniyadakı 1249 saylı polada uyğun gəlir. Bizdə isə bu polad У7 kimi göstərilir və tərkibində orta hesabla 0,7%C var. Həmin standartda 3130 markalı poladın tərkibində 0,28...0,33%C olmasını 30 rəqəmi göstərir. Poladda 0,75%Cr, 1,25%Ni olması isə bilinmir. Bu polad Almaniyada5710 N-li polada uyğun gəlir. Poladın tərkibində Cr və Ni olması rus markasından bilinir. TS8655 markalı poladın tərkibində 0,50...0,60 %C vardır. 1% Mn, 0,65 %Cr, 0,12% Mo, 0,60% Ni olması markada göstərilmir. Bizdə belə tərkibli polad 55 XΓMH kimi qeyd olunur.
Belçika NBN standartına görə tərkibində 0,12%C, 0,10%Si, 0,25%Mn olan qaynayan polad 253,11 B34K kimi markalanır. Bu tərkib St 3411 alman poladına və CT 10 KП rus poladına uyğun gəlir.
İngiltərə B.S.I və E.N standartlarına görə S71 poladın markasından tərkibində 0,25...0,35%C, 0,6...1,0%Mn olması aydın olur. Belə polad 0651 nömrəli alman poladına 30Γ markalı rus poladına uyğun gəlir. İngilis və alman markalarında tərkib verilmir, rus markasında isə verilir (tərkib). Həmin standarta görə tərkibində 0,16%C və 5% Ni olan polad S67 kimi, rus standart üzrə isə 15H5 kimidir.
Fransa A.F.N.O.R. standartına görə tərkibində 0,35; 0,45; 0,55% C olan adi C-lu poladlar müvafiq olaraq 35C2, 45C2, 55C2 kimi markalanır. Birinci iki rəqəm 1/100%-lə poladda C-nun olmasını göstərir.28C4 markalı poladda daimi qatışıqlardan əlavə 0,8...1,2%Cr olaması markadan bilinmir. RF standartında belə polad 30X kimidir.
Yaponiya Y.İ.S. standartında da poladın markası onun kimyəvi tərkibini təqribi olaraq göstərmir. Məsələn, tərkibində 0,24...0,30% C olan adi karbonlu poald Ç3103, SB42B kimi, tərkibində 0,1...0,2%C, 0,8...1,2% Cr, 0,2...0,5%Mo olan polad isə G3423 STT42 kimi markalanır. Rusiyada bu polad 15XM kimi markalanır.
Xarici ölkələrdə alət və xüsusi poladların markalanması RF-dan xeyli fərqlənir və poladın kimyəvi tərkibini onun şifrinə uyğun olaraq sorğu kitabçasından standarta görə təyin edirlər. Buradan aydın olur ki, RF –ını standartlar üzrə poladların markalanması daha əlverişlidir və sadədir.